Məhkəmə qərarları › İş №3(014)-160/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-160/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-160/2021 13.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1835/19 saylı, 14 noyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən 29.04.2011-ci ildə anadan olmuş X10 və 02.07.2013-cü ildə anadan olmuş qarayev Mübariz Elvin oğlunu 18 yaşına çatana qədər X5ən xeyirinə cəmi 200 manat aliment tutulmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1835/19 saylı icra vərəqəsinə əsasən Şəxs 1700 manat borcu X2 ödəməli olduğunu imkanı olmadığına görə tələb olunan borcu ödəyə bilmədiyini, buna görə də 1700 manat borcunun yarandığını, ancaq hal-hazırda imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X9 məhkəmə iclasında 29 noyabr 2019-cu il tarixdə X3 icraatına Ağdaş Rayon Məhkəməsinin 2(014)-1835/19 saylı icra vərəqəsinə əsasən Şəxs X4 1700 manat borcu yarandığını, ondan həmin borcu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. İş materiallarına əlavə olunmuş 13 aprel 2021-ci il tarixli telefonoqramdan göründüyü kimi məhkəmə iclas katibi Qarayev X7 Dilbər Cəlal qızı ilə telefonla danışmış, tələbkar şəxs X8 barəsində inzibati iş ürzə icraat aparılan şəxs Şəxs həbs və ya cərimə olunmasını istəmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1835/19 saylı 14 noyabr 2019-cu il tarixli icra vərəqəsi 24 noyabr 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, iş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraatına daxil olduqdan sonra borclu Şəxs həmin icra vərəqəsi üzrə 1700 manat borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış pul borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar