Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-161/2021 13.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, X2 İXP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta protokolunun ləğv edilməsi barədə şikayətinə Ağdaş şəhərində xx.xx.2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək barəsində Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta protokolunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəməyə təqdim etdiyi ərizəyə İXP ******* saylı protokol üzrə qəbul edilmiş qərar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-də inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələrində inzibati xəta protokolundan şikayət verilməsi nəzərdə tutulmadığından X2 şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İXP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta protokolun ləğv edilməsi barədə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. X3 inzibati xətalar məcəlləsində inzibati protokoldan şikayət verilməsi nəzərdə tutulmadığı izah edilsin. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-161/2021
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-161/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver