Məhkəmə qərarları › İş №3(014)-165/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-165/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-165/2021 22.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi ilə Ağdaş rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin rəisi X5 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək ona 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Ağdaş rayonu ərazisində M.İsayev küçəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə olunmuşdur. Polis əməkdaşı ona yaxınlaşaraq adını, soyadını soruşmuş, daha sonra cərimə olunduğunu bildirərək uzaqlaşmışdır. Lakin ona heç bir protokol təqdim olunmamışdır. Ünvanına Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021ci il tarixili 26/132-4327-124 nömrəli məktub göndərilmişdir. Həmin məktubda onun X7 xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 100 (yüz) manat məbləğində cərimə olunmağı və cərimənin tərəfindən ödənilmədiyi təqdirdə müvafiq materialların Ağdaş Rayon Məhkəməsinə göndəriləcəyi qeyd olunmuşdur. Yənə də Polis şöbəsi tərəfindən hüquq pozuntusu edilərək məktubda qeyd etdikləri pozuntuya dair nə protokol, nə də qərar ona təqdim olunmamışdır. Bununla əlaqədar Polis şöbəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək qeyd olunan protokolun və qərarın surətini müvafiq qanunvericiliyə uyğun olaraq ona təqdim olunmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixində protokolun və qərarın surətini rəsmi qaydada almışdır. Məlum oldu ki, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında, xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Qeyd edir ki, barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN 100471 nömrəli protokoldan xəbəri olmamışdır. 17 yaşı var, Ağdaş rayonu, Səməd Vurğun adına tam orta məktəbin 11-ci sinif şagirdidir və universitetə hazırlaşır. Məlum məsələdir ki, məktəbli olduğu üçün onun hər hansı bir işdə işləməyi mümkünsüzdür. Universitetə qəbul olmaq, ölkəmizin adını daim yüksəklərdə tutmaq üçün gecə-gündüz dayanmadan dərs oxuyur və çalışır. Bununla yanaşı özü də xəstədir və qara ciyərində şiş var. Dəfələrlə Bakı şəhərində müalicə olunmuş, əlavə olaraq nevroloji pozuntuları da vardır. Ailəsinin maddi durumu olduqca aşağıdır, nə atasının, nə də anasının heç bir rəsmi gəlir mənbəyi yoxdur. X4 Ağdaş rayonu 5 nömrəli məktəbin 6-cı sinif şagirdidir. Pandemiyanın yaratdığı çətinliklər ailəsindən də yan keçməmişdir. Onun təhsil və müalicə xərcləri eyni zamanda qardaşının təhsil xərcləri kifayət qədərdir. Hal-hazırkı durumuna nəzər yetirdikdə barəsində tətbiq olunmuş 100 manat cəriməni ödəmək mümkün deyildir. 100 manat onlar üçün böyük məbləğ olduğunu və bir ailə üçün müəyyən xərcləri qarşıladığı məlumdur. Xəstə olduğu üçün piyada uzun məsafədə yol gedərkən bir müddətdən sonra təngnəfəslik yaranır. Bu səbəblə maskanı 1- 2 dəqiqəlik çıxartmış ola bilər. Xəstə olduğunu sənədlərlə də sübut edir. Qaydalar tətbiq olunduğu gündən heç bir qayda pozmamış və barəsində inzibati protokol tərtib olunmayıb. Onun bu şəkildə cərimə olunmağı onu məyus edir. Pandemiya səbəbiylə maskadan istifadənin məcburiliyini dərk edir, məsuliyyətini başa düşür və peşmanlığını etiraf edir. Buna görə də xx xxxx 2021-ci il tarixli, MN ******* nömrəli qərar əsasında barəsində tətbiq edilmiş 100 manat cərimə tənbeh növü rəsmi və yazılı formada xəbərdarlıq növündə inzibati tənbehlə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X7 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Bundan başqa, X10 şikayətində ona daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etsə də, onun təqsirli bilindiyi maddənin sanksiyasında daha yüngül inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət rədd edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar