Məhkəmə qərarları › İş №3(014)-166/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-166/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-166/2021 26.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1963-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18.02.2021-ci il tarixdə saat 10:30 radələrində şəhəri, F.Səfərov küçəsində Zərərçəkmiş şəxs yüksək səslə söyüb təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 13.04.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 3(014)-166/2021 saylı qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 13 aprel 2021-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci və 322-ci maddələrinin tərkib əlamətləri olduğundan işin materiallarının əlavə araşdırmanın aparılması üçün Ağdaş rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Ağdaş Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli, 3(107)-159/2021 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, inzibati xəta haqqında iş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 3(014)-166/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun və əri barədə Ağdaş RPŞ-yə etdiyi şikayətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs onların uzaq qohumudur. Onların arasında olan mübahisə mülk məsələsinə görədir. Bacısı onları bu məsələnin həlli ilə bağlı bir neçə dəfə danışmağa çağırmışdır. Sonuncu dəfə onların arasında olan mübahisə zamanı Zərərçəkmiş şəxs onları söyüb təhqir etmiş, o da Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Hadisə vaxtı əsəbi və emosional olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 18.02.20210-ci il tarixdə saat 10:30 radələrində sonradan adının Güllü olduğunu bildiyi şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinin qarşısında küçədə yüksək səslə onu söyərək təhqir etmişdir. Hesab edir ki, Şəxs əməlində cinayət tərkibi vardır. Buna görə də onun barəsində cinayət işinin başlanması üçün tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, 18.02.2021-ci il tarixdə saat 10:30 radələrində şəhəri, Ağdaş şəhəri, F.Səfərov küçəsində X1 Ağa Akif oğlunu yüksək səslə söyüb təhqir edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 13.04.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar