Məhkəmə qərarları › İş №3(014)-166/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-166/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-166/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxılmağa hazırlanmasına məhkəmə iclаsındаn kənаr prоsessuаl qаydаdа bаxаrаq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən оlundu ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlunun bаrəsində Azərbaycan Respublikası İXM-in 333.2-ci mаddəsi ilə tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Belə ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunmasından bəhs edən Azərbaycan Respublikası İXM-in 37-ci mаddəsinə əsаsən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Qeyd olunan normalardan göründüyü kimi Şəxs оğlunun təqsirləndirildiyi inzibati xətanı nəzərdə tutan İXM-nin 333.2-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Onun təqsirləndirildiyi maddə nəqliyyat vasitələrin narkotik vasitələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə edilməsi ilə bağlıdır. Şəxs barəsində inzibati xəta haqqında işə baxılması zamanı qiymət verilməli məsələlərdən biri də ona narkomaniyadan məcburi müalicə təyin edilib-edilməməsi məsələsidir. Lakin iş materiallarında onun məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün heç bir tibbi sənəd yoxdur. İnzibati xətaya görə sanksiya qismində inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinin tələbi baxımından hazırki materiala daxil olduğu gün baxılmalıdır. Bu müddət ərzində məhkəmənin Şəxs оğlunun tibbi yoxlanılmasını təşkil etməsi və rəy alması mümkün deyildir. Buna görə məhkəmə hesab edir ki, təqdim edilmiş material natamamdır və işə baxılarkən materialın tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP4558246 nömrəli, 06.04.2022-ci il tarixli inzibati xətaya dair protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nizam Əliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAŞ RAYON MƏHKƏMƏSİ AZ-0300 Ağdaş rayonu, M.İsayev küç., 17 Tel: (020) 235-33-33, Faks: (020) 235-50-63 www.aghdashcourt.gov.az Elektron ünvan 07 aprel 2022-ci il № 3(014)-166/2022 Ağdaş rayon Polis Şöbəsinin rəisi v.m.i.e, polis polkovnik-leytenantı cənab Nabil Əzəmmədova Hörmətli Nabil müəllim, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP4558246 nömrəli, 06.04.2022-ci il tarixli inzibati xətaya dair protokol və ona əlavə olunmuş sənədlər Sizə geri qaytarılır. Qoşma: qərardad 02 vərəq, inzibati material ____ vərəq. Hörmətlə, Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar