Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-167/2021 12.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 18 fevral 2021-ci il tarixdə saat təxminən 10:30 radələrində Ağdaş şəhəri, F.Səfərov küçəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar Şəxs barəsində 13 aprel 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-167/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 13 aprel 2021-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci və 322-ci maddələrinin tərkib əlamətləri olduğundan işin materiallarının əlavə araşdırmanın aparılması üçün Ağdaş rayon Polis Şöbəsinə və həmçinin məlumat üçün Ağdaş rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmənin 3(014)- 167/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarından şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-157/2021 saylı 26 may 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, inzibati xəta haqında iş üzrə Ağdaş Rayon Məhkəməsinin 3(014)-167/2021 saylı 13 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildiyini, Zərərçəkmiş şəxs onun arvadının uzaq qohumu olduğunu, 18 fevral 2021-ci il tarixdə təxminən saat 10:30 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mülk məsələsinə görə mübahisə yarandığını, həmin mübahisə vaxtı əvvəlcə Zərərçəkmiş şəxs onu söyüb təhqir etdiyinə görə o da Zərərçəkmiş şəxs söyüb təhqir etdiyini, mübahisə etdiyi yerdə əvvəlcə onların qapılarının olduğunu, Zərərçəkmiş şəxs onların hasarından sökdüyü daşlarla özünə yeni divar çəkdirdiyini, bunları oraya daş aparanda gördüklərini, buna görə aralarında mübahisə yarandığını, əgər onun əməlində inzibati xətanın tərkibi varsa, Zərərçəkmiş şəxs əməlində də inzibati xətanın tərkibinin olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Şəxs əvvəldən tanımadığını, Vasibin dediyi qapıya onun heç bir aidiyyatının olmadığını, Şəxs ona maddi ziyan vurduğunu, arvadı ilə birlikdə özbaşına onun həyətinin hasarını sökdüyünü, Zərərçəkmiş şəxs 18 fevral 2021-ci il tarixdə təxminən saat 10:30 radələrində küçədə yalnız onu deyil, onu və onun ailə üzvlərini küçədə başqa şəxslərin yanında yüksək səslə söyüb təhqir etdiyini, onun işə diks əlavə etdiyini, Apellyasiya Məhkəməsində baxılan diskdə Şəxs onu söyməsinin olmadığını, həmin diskə müdaxilə olunduğunu hesab etdiyini, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmadığını bildirdi. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci və 322-ci maddələrinin tərkibinin əlamətlərinin olduğunu, buna görə də inzibati xəta haqqında materialı Polis Şöbəsinə və rayon prokurorluğuna qaytarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl i (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar nəzərə alınaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan maksimum həddə cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxx 1958-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-167/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-167/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver