Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-167/2022 08.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun qanuni tələbini yerinə yetirməmiş, Maxsudova (Hümbətova) Jalə İmran qızına 1920 (bir min doqquz yüz iyirmi) manat aliment pulunu ödəməmişdir. Buna görə onun barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, ədliyyə qulluqçusu X4 tərəfindən 08 aprel 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, ədliyyə qulluqçusu X4 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli icra vərəqəsinin icraatına daxil olduğunu, icra sənədi icraatına daxil olduqdan sonra tərəfindən 17.08.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, bundan sonra borclunun, yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, icra sənədinin icrası ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edildiyini, izahatının alındığını, lakin Şəxs icra sənədi üzrə tələbkara, yəni Zərərçəkmiş şəxs icra sənədi üzrə hər ay 200 manat ödəməli olduğu halda, hər ay 110 manat aliment ödədiyini, buna görə onun Zərərçəkmiş şəxs 1920 (bir min doqquz yüz iyirmi) manat aliment borcunun yarandığını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, ondan borcunu ödəməsinin tələb olunduğunu və borcunu ödəməsi barədə ona dəfələrlə rəsmi xəbərdarlıq edildiyini, lakin Şəxs onun qanuni tələbini yerinə yetirmədiyini, Zərərçəkmiş şəxs olan borcunu ödəmədiyini, tələbkarın isə aliment borcunun ödənilməsini tələb etdiyini, borcun ödənilməsi ilə bağlı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan bütün tədbirlərin görüldüyünü, borclunun adına borcun ödənilməsi üçün hər hansı bir əmlakının aşkar edilmədiyini, buna görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və əməlindən peşman olduğunu, Ağdaş Rayon Məhkəməsinin 2(014)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli icra vərəqəsi üzrə Zərərçəkmiş şəxs borclu olduğu 1920 (bir min doqquz yüz iyirmi) manat aliment borcunu maddi vəziyyəti ağır olduğuna görə ödəyə bilmədiyini, ikinci dəfə ailə qurduğunu və ikinci ailəsindən də bir uşağının olduğunu, İİİ qrup əlil olduğunu və 110 manat müavinət aldığını, həmin kartı da aliment pulunun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs verdiyini, ailəsini isə orda-burda fəhləlik edərək birtəhər dolandırdığını, aliment borcunu ödəməkdən imtina etmədiyini, lakin hazırda buna maddi imkanının olmadığını, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini, hazırda pensiyasının 120 manat olduğunu, bundan əlavə yaranmış aliment borcunun ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs hər ay 40 manat pul ödəyəcəyinə söz verdiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-993/2020 saylı 23 iyul 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs iki uşağın saxlanılmsı üçün hər ay onun xeyrinə 200 manat aliment ödəməli olduğunu, dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq hər ay alimenti tam olaraq ödəmədiyi üçün onun 1920 manat aliment borcunun yarandığını, özü işləyib ayda 300 manat əməkhaqqı alsa da, uşaqlar böyük olduqları üçün aldığı əməkhaqqının və ödənilən 110 manat alimentin onların ehtiyaclarını qarşılamadığını, Şəxs pensiya kartının onda olduğunu, Şəxs kartda olan puldan əlavə yaranmış aliment borcunun ödənilməsi ilə bağlı hər ay ona 40 manat pul ödəməsinə razı olduğunu bildirdi və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, ədliyyə qulluqçusu X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Zərərçəkmiş şəxs 08 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətiriləndən sonra aliment borcunu ödəyəcəyi barədə onunla razılığa gəldiyinə görə Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərədə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxx 1989-cu ildə Ağdaş rayonu Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-167/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-167/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver