Məhkəmə qərarları › İş №3(014)-168/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-168/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-168/2021 14.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş rayon, Eymur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayon, Eymur kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, xəstə olduğuna görə bədənində ağrılar olduğunu, buna görə də hərdən narkotik vasitələrdən istifadə etdiyini, təxminən 2020-ci ilin aprel ayında Ağdaş rayonu Eymur kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsindəki istixanada bir ədəd narkotik tərkibli bitki əkdiyini, təxminən hər 15-20 gündən bir əkdiyi narkotik tərkibli bitkini suvardığını, xx.xx.2020-ci il tarixdə təxminən saat 18-30 yaşadığım evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətəndə yaşadığı evin həyətyanı sahəsindəki istixanada narkotik tərkibli bitki əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidlərinin və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindəki istixanada yerə əkib becərdiyi hündürlüyü 3 metr 90 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolu aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş narkotik tərkibli kol torbaya qablaşdırıldığını, torbanın üzərinə imza etdiklərini, daha sonra torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşkar edilmiş narkotik tərkibli kolu təxminiən 2020-ci ilin aprel ayında şəxsi istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkinin toxumunu yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarından aşkar etdiyini, heç kimə narkotik vasitə satmadığını, heç kimlə şərikli narkotik tərkibli bitkilər əkmədiyini, əkdiyi narkotik tərkibli bitkinin yalnız yaşadığı evin həyətindəki istixanada olan bitki olduğunu bildirmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs Ağdaş rayonu Eymur kəndində yerləşən evinin həyətyanı sahəsində yerləşən istixanada əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 37kq 265 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq 2020-ci ilin aprel ayında əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18:40 radələrində əkmiş olduğu 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi yaşadığı Ağdaş rayon Eymur kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 17/541 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Şəxs yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşkar edilmiş....bitki” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 01 ədəd hündürlüyü 390sm, ümumi təmiz çəkisi 37 kq 265 qram olan bitki əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kannabis bitkisidir. Baş aqronom mütəxəssis Arif Səmədovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 208ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 37 kq 264,95 qram çəkidə narkotik tərkibli- çətənə (kannabis) məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 37 kq 264,95 qram çəkidə narkotik tərkibli- çətənə (kannabis) məhv edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar