Məhkəmə qərarları › İş №3(014)-17/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-17/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-17/2023 19.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 01 yanvar 2023-cü il tarixdə gecə saat 23 radələrində Ağdaş rayonu, dörd yol ərazisində yerləşən “Holvvod” çay evində X3 və X8 qumar oynamışdır. Buna görə Ağdaş RPŞ-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 01 yanvar 2023cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və bildirdi ki, 01 yanvar 2023-cü il tarixdə gecə saat 23 radələrində Ağdaş rayonu, dörd yol ərazisində yerləşən “Holvvod” çay evinə məxsus çayxanaya çay içmək üçün getmişdir, orada qumar oynamamışdır. Orada stolun üstündə 65 ədəd kart olmuşdur ki, o qədər kartla qumar oynamırlar. Polis Şöbəsində yazılmış izahatı özü yazmamışdır, izahatın altındakı imza da ona məxsus deyildir. Onun həmin izahatını polis özü yazmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş X8 və X1 izahatlarından görünür ki, 01 yanvar 2023-cü il tarixdə gecə saat 23 radələrində Ağdaş rayonu, dörd yol ərazisində yerləşən “Holvvod” çay evində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə birlikdə 1 manat müqabilində kartla qumar oynamışdır, polis onlara yaxınlaşan zaman masanın üstündə 21 manat pul olmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş raportdan görünür ki, Ağdaş RPŞ-nin manqa komandiri, polis baş serjantı İlahi Muxtarov xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin rəisi, polis polkovniki Vəfalı Həsənalıyevə raportla məruzə edərək 01 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində PPXT-nin polis nəfəri X4 ilə birlikdə xidmətdə olan zaman “Holvvod” çay evində üç nəfər şəxsin (kişi) pul müqabilində qumar oynamasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək etdikləri əməlin qanun pozuntusu olduğunu bildirmiş və həmin şəxsləri rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxslərin ünvan 1 ünvanında yaşayan X8, Ağdaş rayonu, Tofiqi kəndində yaşayan X3 və Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Şəxs olmalarının müəyyən edildiyini bildirmiş və həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş maddi sübutun götürülməsi haqqında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis serjantı Nail Məhəmmədli tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, polis əməkdaşları tərəfindən 01 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, dörd yol ərazisində yerləşən “Holvvod” çay evində üç nəfər şəxsin, Şəxs, X3 və X5 pul müqabilində qumar oynamaları aşkar olunmuş və orada olan 01 ədəd 10 (on) manatlıq, 01 ədəd 5 (beş) manatlıq, 06 ədəd 1 (bir) manatlıq pul əskinasları və 65 ədəd kart maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xətatərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini, yəni 01 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, dörd yol ərazisində yerləşən “Holvvod” çay evində qumar oynamadığını bildirsə də, məhkəməyə dediklərini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz etirazının əsasını sübut etməyə borcludur. Həmçinin inzibati xəta haqqında materiala əlavə edilmiş X3 və X5 izahatları və işin digər halları ilə Şəxs qumar oynaması təsdiq olunur. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum məbləğdə cərimə tənbehi tətbiq edilməlidir. İş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 01 ədəd 10 (on) manatlıq, 01 ədəd 5 (beş) manatlıq, 06 ədəd 1 (bir) manatlıq pulun və 65 ədəd kartın Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)-18/2023 saylı inzibati xəta haqqında iş üzrə məhkəmənin 18 yanvar 2023-cü il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1986-cı ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Aşağı Zeynəddin Ərazi Dairəsi, Ağdaş rayonu, Tatlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilsin. İş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 01 ədəd 10 (on) manatlıq, 01 ədəd 5 (beş) manatlıq, 06 ədəd 1 (bir) manatlıq pulun və 65 ədəd kartın Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)-18/2023 saylı inzibati xəta haqqında iş üzrə məhkəmənin 18 yanvar 2023-cü il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar