Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-170/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 19:45 radələrində Şəxs idarə etdiyi “Volkswagen Passat” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri H.Əliyev prospektində üzü Qəbələ dairəsi istiqamətində hərəkətdə olarkən Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Banu” gözəllik salonunun yanında həmin prospektdə hərəkətdə olan və sola dönmək istəyən Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmamaq üçün qarşı hərəkət yoluna çıxmış və qarşı hərəkət yolunda sonuncunu vurmuş, nəticədə “Volkswagen Passat” markalı avtomobildə olan sürücü Şəxs və həmin avtomobildə olan sərnişinlər X4, X3, X7 və X5 müxtəlif növ bədən xəsarətləri alaraq Ağdaş RMX-yə müraciət etmişdirlər. Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi X6 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Ağdaş rayonunun YPX-nin inspektoru polis leytenantı X10 tərəfindən xx.xx.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək etibarnamə əsasında “Volkswagen Passat” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədləri olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 19:45 radələrində həmin avtomobillə qonşuları ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospekti ilə Ərzumanın yanacaq doldurma məntəqəsinə getdiyini, avtomobildə qabaqda X3, arxada sağda X5, ortada X7, solda isə X2 əyləşdiyini, avtomobili təxminən 55-60 km saat sürətlə hərəkət etdirdiyini, avtomobillə Ağdaş şəhəri H.Əliyev prospekti ilə üzü Qəbələ dairəsi istiqamətində hərəkətdə olduğunu, onun avtomobilinin sol təkərinin yolun orta ağ xəttinə yaxın olduğunu, həmin vaxt Rəhmanın idarə etdiyi “BMW” markalı avtomobilin yolun sağ tərəfində özünün kafesinin qarşısında dayandığını, Rəhman avtomobili yolun sağ tərəf hissəsi ilə yavaş-yavaş idarə etdiyini, ona çatmağına təxminən 5-10 metr qalmış Rəhmanın avtomobilinin əyləcinin işığı yandığını, onun sola tərəf dönmək üçün sağ tərəfdə dayandığını, ona çatmağına təxminən 5-10 metr qalmış qəflətən Rəhman yolun sol tərəfə dönmə işığını yandırıb sol tərəfə qarşı hərəkət yoluna döndüyünü, onun bu hərəkətini görüb onu vurmamaq üçün avtomobilini sol tərəfə, yəni qarşı hərəkət yoluna çəkdiyini, lakin hadisənin qarşısını ala bilmədiyini, həmçinin əvvəlcədən işıqlarını yandırıb söndürməklə Rəhmana gəlməyi barədə xəbərdarlıq etdiyini, ancaq qarşı hərəkət yolunda onun avtomobilinin qabaq sağ hissəsi Rəhmanın avtomobilinin sol tərəfinin iki qapısının ortasından dəydiyini, zərbədən onun avtomobilinin yolun sol tərəfində dayandığını, Rəhmanın avtomobilinin isə fırlanıb yolun sol tərəfində olan səkiyə çıxdığını, avtomobildən dərhal yerə düşdüyünü, onun avtomobilində olan Vüsalın burnunun qanadığını, Nicatın yaxşı olduğunu, Rauf və Nazimə diqqət edə bilmədiyini, çünki onun özünün başının yarıldığını, başının qanadığını, Rəhmana avtomobilin sürücüsünün özünün olduğunu dediyini, dərhal taksiyə əyləşib evlərinə getdiyini, sonradan Vüqar adlı qohumunun onu çağırdığını, daha sonra həkimə getdiyini, orada polis əməkdaşlarının onun sərxoşluğunu yoxladıqlarını, onun sərxoş olmamağı öz təsdiqini tapdığını, hadisənin baş verməsinə səbəbin Rəhmanın yolun sağ tərəfi ilə yavaşyavaş gedib qəflətən sol tərəfə dönmə işığını yandırıb yolun sağ künc hissəsindən əks istiqamətə dönməsi olduğunu, hadisədən əvvəl avtomobili təxminən 55-60 km saat sürətlə hərəkət etdirdiyini, avtomobildə onunla birlikdə 5 nəfər şəxs olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə və protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-170/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-170/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver