Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-170/2022 11.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə materiallara 11 aprel 2022-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli və Azəbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta protokolları tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs müxtəlif vaxtlarda iki inzibati xəta törətdyindən barəsində Azəbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli və Azəbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta protokolları edilmiş, həmin inzibati xəta protokolları üzrə işə eyni vaxtda baxıldığından həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Ağdaş rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli və Azəbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta protokollar üzrə materiallar icraata qəbul edilsin və həmin materiallar bir icraatda birləşdirilisin. İşin baxılması 11 aprel 2022-ci il tarixə, saat 17:00-a Ağdaş Rayon Məhkəməsinin inzibati binasına təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirakı təmin edilsin. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-170/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-170/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver