Məhkəmə qərarları › İş №3(014)-171/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-171/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-171/2022 11.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı Nümayəndə iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu Qarağan-Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Qarağan-Sədi kəndində qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 11 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 535.1-ci maddələri ilə 11 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 21.03.2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evdə qardaşı arvadı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bundan başqa o, 10 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində DİN-nin 102 xidmətinə edilmiş müraciət əsasında yaşadığı Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izah etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 11 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 21.03.2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evdə qardaşı arvadı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı təhqiqat bölməsində araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa 10 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində DİN-nin 102 xidmətinə edilmiş müraciət əsasında Şəxs yaşadığı Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Faktla bağlı araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Ağdaş rayonu Qarağan-Sədi kəndində yaşadığını, Zərərçəkmiş şəxs onun qardaşı arvadı olduğunu, 21.03.2022-ci tarixdə evə spirtli içki qəbul edərək gəldiyini, bu zaman qardaşı və qardaşı arvadı ona sərxoş olduğu üçün iradını bildirdiyini, bundan sona yaşadığı otağa keçərək yatdığını və heç kimi döymədiyini bildirdi. 10.04.2022-ci tarixdə 16:30 radələrində həyətlərinə gələn polis əməkdaşlarına tabesizlik etməmişdir. Həmin vaxt sərxoş olmamış, polis əməkdaşlarının onun barəsində tərtib etdiyi Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol razı deyildir. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs onun əri Gümrahın qardaşı olduğunu, 21.03.2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evdə sərxoş halda onu döyərək xəsarət yetirmişdir. Bundan başqa Şəxs 10 aprel 2022-ci il tarixdə saat 16:30 radələrində DİN-nin 102 xidmətinə edilmiş müraciət əsasında yaşadığı Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Şəxs ilə barışmadığını, buna görədə onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid inzibati xəta haqqında Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Şəxs 22 mart 2022-ci il tarixdə saat 02:32-də müayinə olunan zaman orta dərəcəli sərxoş olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 10 aprel 2022-ci il tarixdə saat 16:50-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Şəxs 10 aprel 2022-ci il tarixdə saat 16:40-da müayinə olunan zaman orta dərəcəli sərxoş, yəni 0.76 promilli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elçin Mütəllimovun 11 aprel 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 21 mart 2022-ci il tarixdə saat 21 radələrində Şəxs radələrində yaşadıqları Ağdaş rayonu Qarağan-Sədi kəndində yerləşən evdə qardaşı arvadı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli zərərçəkmiş şəxsin və şahid ifadələri və iş materialları ilə Azərbaycan Respublikası İXMnin 157-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təqsirlndirildiyi maddələrin hər birirnin ayrı-ayrılıqda sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran halın olmasını və yüngülləşdirən halların olmamasını, şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 15 (on beş) gün müddətinə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən inzibati həbsin müddəti 23 (iyirmi üç) gün müəyyən edilsin. İnzibati həbsin əvvəli 11 aprel 2022-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar