Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-172/2025 18.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Ağdaş rayonu, Malay kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs atası X1 qalmış sənədsiz ov silahını qanunsuz saxlamışdır. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Ağdaş rayon X6 Təhlükəszilik Bölməsinin sahə rəisi vəzifəsini müvəqqtəi icra edən X4 tərəfindən Şəxs barəsində 25 mart 2025-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmeti olan ov tüfəngi mərhum babasından ona miras qalmışdır. Həmin silah təxminən 10 ildən artıqdır ki, ondadır. Həmin silahı o, qeydiyyata aldırmamışdır. 28 dekabr 2024-cü il tarixdə səhər saatlarında qardaşı X10 ilə birlikdə ova getmişlər. O, həmin ov tüfəngini, qardaşı isə özünə məxsus olan ov tüfəngini götürərək Ağdaş rayonu, Malay kəndində yerləşən çöllük sahəyə getmişlər. Ov zamanı ördək, dövşan və çöl quşları ovlamağı düşünmüşlər. Onlar ovdan geri qayıdan zaman qardaşı Anar Əliyev arxasında hərəkətdə olarkən həmin vaxtı səmada quş sürüsünün uçduğunu görmüşlər. Qardaşı bilmədən atəş açarkən güllə onun qarnından sıyrılıb keçib ayağına dəymişdir. Nəticədə o, yüngül xəsarət almış və xəstəxanaya getmişlər. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli, 25/193 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd KK-0155 nömrəli silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Silahın hissə-mexanizmlərinin üzərində istehsal ili müşahidə olunmur, yoxdur. İş materiallarında olan Ağdaş rayon X5 bölməsinin müstəntiqi Bədrəddin Yasərlinin 17 mart 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, X10 və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə, himayəsində iki azyaşlı övladının olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs məxsus Ağdaş rayon Polis Şöbəsində saxlanılan 01 ədəd KK-0155 nömrəli silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngi dövlət nəfinə müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 ədəd KK-0155 nömrəli silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-58 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-172/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-172/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver