Məhkəmə qərarları › İş №3(014)-173/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-173/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-173/2021 16.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Ağdaş rayon, Qoşaqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayon, Qoşaqovaq kəndindəyaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində xx xxxxx 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsininin rəisi X7 tərəfindən xx xxxxx 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Yevlax rayon Məhkəməsinin 2(039)- 714/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İbrahimov Şəxs tələbkar X5 olan 1300 manat borcu ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Yevlax rayon Məhkəməsinin 2(039)-714/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər X3 1500 manat məbləğində pul, Məmmədov Nicat bəkir oğlu və X2 müştərək qaydada 900 manat pul və X1 1300 manat pul iddaçı X4 xeyrinə tutulmalıdır. Hal-hazırda işsiz olduğu üçün borcunu ödəməyə maddi imkanının çatmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq Ağdaş rayonu, Qoşaqovaq kəndində borclu Şəxs yaşadığı ünvanda əmlaka baxış keçirilmiş, borclunun həmin ünvanda yönəldilə biləcəyi zəruri əmlakdan başqa heç bir əmlak aşkarlanmadı. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Yevlax rayon Məhkəməsinin 2(039)-714/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə X5 1300 manat məbləğində borcunu üzürsüz səbəbdən qaytarmamaqla Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar