Məhkəmə qərarları › İş №3(014)-173/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-173/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-173/2025 03.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş rayon X13 X16 Yol-Patrul Xidməti inspektoru X6, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Yol Patrul Xidməti inspektoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 03 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 02 aprel 2025-ci il tarixdə saat 21:22 radələrində sərxoş vəziyyətdə “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, M.İsayev küçəsində öz hərəkət zolağında manevr edərkən yolun sağ kənarında dayanmış “Hyundai” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyərək yol nəqliyyat hadisəsi törətmiş, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs2 və X5 maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X13 X16 Yol-Patrul Xidməti inspektoru X10 izahat verərək bildirdi ki, 03 aprel 2025-ci il tarixdə saat 21:22 radələrində Şəxs “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, M.İsayev küçəsində öz hərəkət zolağında manevr edərkən yolun sağ kənarında dayanmış “Hyundai” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21154” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyərək yol nəqliyyat hadisəsi törətmiş, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs2 və X5 maddi ziyan vurmuşdur. Hadisədən dərhal sonra Şəxs Ağdaş rayon Polis Şöbəsinə dəvət olunmuş, alkotesterlə müayinə olunmuş və spirtli içki qəbulu nəticəsində sərxoş olması müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, 03 aprel 2025-ci il tarixdə tanışları ilə spirtli içki qəbul etmiş və evə getmişdir. Daha sonra çörək almaq üçün sərxoş vəziyyətdə avtomobilə əyləşmiş və Müşfiq İsayev küçəsində hərəkətdə olarkən yolun sağ hissədində avtomobili boş yerdə saxlamaq istəyərkən idarəetməni itirmiş və yolun sağ zolağında dayanmış “Hyundai” markalı və “VAZ 21154” markalı avtomobillərə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı öz avtomobili də olmaqla ümumilikdə üç avtomobilə ziyan dəymiş, xəsarət alan olmamışdır. İlk dəfədir sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Himayəsində xəstə anası var, həmçinin uşağın saxlanılması üçün aliment ödəyir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınıb ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, o, işi ilə əlaqədar rayonlarda olur. 03 aprel 2025-ci il tarixdə Ağdaş rayonunda olacağı üçün 02 aprel 2025-ci il tarixdə Ağdaş şəhərinə gəlmiş və gecələmək üçün moteldə qalmaq qərarına gəlmiş və motelin yaxınlığında yolun sağ zolağında avtomobilini saxlamışdır. Motelə çatdıqdan təxminən bir saat sonra polis əməkdaşı ona zəng edərək yol nəqliyyat hadisəsi baş verdiyini və hadisə nəticəsində ona məxsus avtomobilə də ziyan dəymişdir. Bundan sonra o, hadisə yerinə getmiş və daha sonra Polis Şöbəsinə gedərək izahat vermişdir. Onun avtomobilinə sol tərəfdən olmaqla ön hissəyə təxminən min manat civarında ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənilməmiş, ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, o, Ağdaş rayon Polis Şöbəsində xidmətdə olarkən, ona Şöbnin yaxınlığında saxladığı avtomobilə başqa avtomobil çırpıldığını və avtomobilinə xeyli məbləğdə ziyan dəydiyini bildirmişlər, o, bayıra çıxdıqda zədələndiyini görmüşdür. Hazırda ona dəymiş ziyan ödənilməmiş, ziyanın ödənilməsini, sürücünün isə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalandırılmasını xahiş edir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 03 aprel 2025-ci il tarixli arayışından görünür ki, Şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat sistemində yoxlanılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 02 aprel 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sol ön hissədən, “VAZ 21154” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə sol arxa hissədən, “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə sağ ön hissədən zərbə dəymişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə 02 aprel 2025-ci il tarixli, 64213 nömrəli alkotester qəbzindən görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda 1.318% sərxoşluq vəziyyəti aşkar olunmuşdur İş materiallarında olan DİN BDYPİ Qİİ Mingəçevir “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş BC213409 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi var və 12 fevral 2034-cü il tarixədək etibarlıdır. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X4 12 fevral 2014-cü il tarixdə “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Şəxs sərəncamına vermişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 05 oktyabr 2024-cü il tarixdə “VAZ 21154” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X1 vermişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Hacıyev X8 göstərilən tələblərini pozaraq, avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, özünün etirafedici ifadəsi, 02 aprel 2025-ci il tarixli, 64213 nömrəli alkotester qəbzi və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini spirtli içkidən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4.-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsində şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini, həmçinin nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən saat 18:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyət vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar