Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-174/2021 16.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdaş şəhər, SU 18-də qeydiyyatda olan vəyaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində xx xxxxx 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsininin rəisi X2 tərəfindən xx xxxxx 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 479 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İbrahimov Şəxs tələbkar X1 olan 3556 manat borcu ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-479 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tələbkarın ondan tələb etdiyi 3556 manat məbləğində pulu maddi imkanı zəif olduğundan ödəyə bilməmişdir. Borcunu yaxın zamanda hissə-hissə tələbkara ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq Ağdaş şəhəri, SU-18-də borclu Şəxs yaşadığı ünvanda əmlaka baxış keçirilmiş, borclunun həmin ünvanda yönəldilə biləcəyi zəruri əmlakdan başqa heç bir əmlak aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq Şəxs qeydiyyatda olduğu ünvanda olmuşlar, borclunun həmin ünvanda yaşamadığı, qonşuların dediklərinə görə Bakı şəhərində naməlum ünvanda yaşaması tərəfimizdən aşkar olunmuşdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-479 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X1 3556 manat məbləğində borcunu üzürsüz səbəbdən qaytarmamaqla Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-174/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-174/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver