Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-174/2022 12.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdaş rayonu Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Pirəyir kəndində qeydiyyatda olan və yaşayn Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 12 aprel 2022-ci il tarixdə saat 17:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində 12 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 11.04.2022-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində anası Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək istəyərkən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izah etdi ki, 11.04.2022-ci il tarixdə Ağdaş rayonu Pirəyir kənd sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq, oğlu Şəxs onu söyərək təhqir etdiyini bildirmişdir. Dərhal hadisə yerinə əməliyyat qrupu getmiş və Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olduqda Şəxs anası Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyini görmüşlər, bu zaman hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək istəyərkən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs 11.04.2022-ci il tarixdə saat 22:45də inzibati qaydada tutulmuş, sərxoşluq halı yoxlanılmış, sərxoş olduğu üçün ayıldıqdan sonra, bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs və Zərərçəkmiş şəxs izahatları alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Ağdaş rayonu Pirəyir kəndində yaşadığını, Zərərçəkmiş şəxs onun anası olduğunu, 11.04.2022-ci tarixdə evə spirtli içki qəbul edərək gəldiyini, bu zaman anası ona sərxoş olduğu üçün iradını bildirdiyini, bundan sona yaşadığı otağa keçərək yatdığını, 12.04.2022-ci il tarixdə saat 09:00-da Ağdaş rayon PŞ-nin MSY-də ayıldığını göstərdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs onun oğlu olduğunu, 11.04.2022-ci tarixdə Pərviz evə spirtli içki qəbul edərək gəldiyini, bu zaman ona sərxoş olduğu üçün iradını bildirdiyini, Pərviz bundan hiddətlənərək onu təhqir etməyə və qışqırmağa başladığını, bu zaman DİN-nin 102 xidmətinə zəng vuraraq Pərvizin hərəkətlərindən şikayətçi olduğunu, daha sonra həyətlərinə gələn polis əməkdaşları Pərvizi sakitləşdirməyə çalışsalarda, Pərvizin polislərə tabe olmadığını, oğlu Pərvzlə barışmadığını, buna görədə Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edi. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 11 aprel 2022-ci il tarixdə saat 22:45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoldan görünür ki, Şəxs 11 aprel 2022-ci il tarixdə saat 23:00-da müayinə olunan zaman orta dərəcəli sərxoş, yəni 0.71 promilli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli zərərçəkmiş şəxsin və şahid ifadələri və iş materialları ilə Azərbaycan Respublikası İXMnin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran halın olmasını və yüngülləşdirən halların olmamasını, şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 12 aprel 2022-ci il tarixdən saat 09:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-174/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-174/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver