Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-175/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdaş rayonu, Ağdaş rayonu, X8 ərazi dairəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu, Aral Bir kəndi ərazisində yaşadığı evin qarşısında olan küçədə uca səslə Zərərçəkmiş şəxs söyüb təhqir edərək ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, İsmətin həyəti onun yaşadığı evin arxasında yerləşir. Ancaq İsmətin həyəti ilə onun evinin arasında ona məxsus olan, lakin hasarlanmayan təxminən eni 1 metr və uzunluğu 40 metr olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə o, özü beton tökdürmüşdür. xx.xx.2021ci il tarixdə İsmət həyətinə kamazla qum gətirmişdi. Lakin həyəti dar olduğu üçün kamaz ona məxsus sahəyə keçmişdir. Hesab edir ki, kamazın və boşaltdığı yükün çəkisi onun ərazisinə zərər vurmuşdur. İsmət göstərilən əraziyə mişar daşları və armaturlar yığaraq onun evinə və evinin orta hissəsinə ciddi zərər vurmuşdur. O da buna etiraz etmək üçün İsmətin həyətinə getmişdir. Orada heç kimi təhqir etməmişdir. Aralarında sadəcə mübahisə olub. O, İsmətə ona məxsus əraziyə yük maşınının girməsinə etirazını bildirdikdə, İsmət “səni yabaya taxaram” deyib yaba ilə onun üstünə hücum çəkmişdir. Orada olan vətəndaşlar İsmətin onu yaba ilə vurmasının qarşısını alıblar. O, dərhal Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edib onların münaqişəli ailə kimi qeydə alınmasına baxmayaraq, polis əməkdaşlarının gələrək kimin münaqişə yaratmasını görmələrini bildirmişdir. İsmət və ailəsi ona qarşı maddi, mənəvi və psixoloji zərər vurublar. Hadisə vaxtı əsəbi və emosional olmuşdur. Lakin Zərərçəkmiş şəxs öz iradını yüksək səs tonu ilə bildirsə də, onu təhqir etməmişdir. Əməlindən peşmandır. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə Aral Bir kəndində X2 məxsus həyət evində usta işləyirdi. Həmin vaxt onun həyətinə kamazla qum gətirilmişdi. Bu zaman qonşuluqda yaşayan Fəqan adlı şəxs həyətə gələrək həyətinin arxasına qum və daş tökülməsinə etiraz etdi, onunla, ev sahibi ilə və kamaz sürücüsü ilə mübahisə etməyə başladı. Daha sonra Fəqan küçəyə çıxaraq onlara qarşı təhqiramiz ifadələr işlətməyə başladı. Fəqan yüksək səslə onları təhqir etdiyindən, qonşular da da onun səsinə görə hadisə yerinə yığıldı. İctimai yerdə uca səslə onu təhqir etdiyi üçün Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat verdi. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə Şəxs Ağdaş rayonu, Aral Bir kəndində yaşadığı evin qarşısında olan küçədə uca səslə Zərərçəkmiş şəxs söyüb təhqir edərək ictimai asayişi pozmuşdur. Hadisə tərəflərindən araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-175/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-175/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver