Məhkəmə qərarları › İş №3(014)-176/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-176/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-176/2021 05.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 06.02.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 13.12.2020-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonunun Nemətabad kəndində özünə məxsus ov silah ilə lazımı icazə olmadan ov edərək ov qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq Ağdaş rayon Polis şöbəsi tərəfindən 06.02.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 13 dekabr 2020-ci il tarixdə ov üçün istifadə etməsinə icazə verilmiş silahı üzərində daşıyaraq özünə məxsus əkin sahəsinə baxış keçirməyə getmişdir. Həmin vaxt ov etməmiş, silahı üzərində gəzdirməsinə səbəb isə həmin ərazidə tez-tez rast gəlinən vəhşi heyvanların ehtimal olunan hücumlarından özünü qorumaq olmuşdur. Həmin silahın sənədi və onun silahı daşımaq hüququnu təsdiq edən sənəd mövcuddur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən verilmiş 021166 saylı biletdən görünür ki, Şəxs müvafiq vəsiqə verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş vəsiqədən görünür ki, Şəxs 323/10 nömrəli şəhadətnamə əsasında ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququ verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 03.02.2021-ci il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfəri polis serjantı Müşviq Bilalovun müraciəti əsasında toplanmış 15.12.2021-ci il tarixli, HK-1/1434 saylı materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasını rədd edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 3(014)- 82/2021 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuna müvafiq qaydada tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 13 dekabr 2020-ci il tarixdə ov üçün istifadə etməsinə icazə verilmiş silahı üzərində daşıyaraq özünə məxsus əkin sahəsinə getmişdir. Həmin silahın sənədi və onun silahı daşımaq hüququnu təsdiq edən sənəd mövcud olmuşdur. Buna görə də Ağdaş rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 03.02.2021-ci il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfəri polis serjantı Müşviq Bilalovun müraciəti əsasında toplanmış 15.12.2021-ci il tarixli, HK-1/1434 saylı materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasını rədd etmişdir. Ağdaş Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 3(014)-82/2021 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuna müvafiq qaydada tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılmışdır. Hazırda inzibati xəta haqqında protokolda Şəxs ov silah ilə lazımı icazə olmadan ov edərək ov qaydalarını kobud şəkildə pozması göstərilsə də, hansı lazımı icazənin olmaması konkret göstərilməmiş, əksinə Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti tərəfindən verilmiş 021166 saylı biletin surəti işin materiallarına əlavə edilmişdir. Bundan başqa, işin materiallarından görünür ki, fakt üzrə X3 tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında qərar 03.02.2021-ci il tarixdə tərtib olunsa da, inzibati xəta haqqında protokol məhkəməyə təqdim olunduqdan sonra qanunvericiliyə uyğun olaraq 15 gün ərzində məhkəmə iclası təyin olunmuş və müəyyən edilmişdir ki, məhkəmədə işə baxılarkən (05.05.2021-ci il) inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti də buraxılmışdır. Yəni, hətta Şəxs əməllərində inzibati xətanın tərkibi olsaydı belə ona inzibati tənbeh tətbiq edilməsi qeyri-mümkün olacaqdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar