Məhkəmə qərarları › İş №3(014)-177/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-177/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-177/2025 09.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 10 avqust 1984-cü ildə Ağdaş rayonunun Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ofisiant işləyən, Ağdaş rayonu, Pirəyir kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-631/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat aliment Zərərçəkmiş şəxs ödəməlidir. İş üzrə yığılmış 1210 manat alimenti ödəmir. İcra məmurunun qanuni tələbini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-631/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat aliment Zərərçəkmiş şəxs ödəməlidir. İş üzrə yığılmış 1210 manat alimenti ödəmir. İcra məmurunun qanuni tələbini yerinə yetirmir. İcra vərəqəsi 2024-cü ilin sentyabr ayında icraata daxil olmuş və 21 oktyabr 2024-cü il tarixdə onun tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş göndərilməklə icra sənədində olan tələb olunan məbləği ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Bundan sonra borclunun axtarılmasına dair qərar qəbul olunaraq icra olunması üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs icra şöbəsinı gəlmiş, izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Daha sonra Gülşən Herdərova məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, icra sənədi icraatına 21 oktyabr 2024-cü il taarixdə daxil olmuş, borclunun izahatı 15 yanvar 2025-ci il tarixdə alınmış, borclu 2024-cü ilin dekabr ayında 100 manat, 2025-ci ilin yanvar ayında 450 manat, həmin ilin fevral ayında 200 manat, aprel ayında isə 200 manat ödənişlər etəsinə baxmayaraq tələbkar onunla razılaşmayaraq qətnamə çıxarılana qədər yığılmış alimentin hamısını ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, heç bir yerdə işləmir, bir uşaq üçün hər ay cəmi 180 manat aliment ödəməlidir. Maddi imkanı zəif olduğu üçün o, alimenti tam olaraq ödəyə bilməmiş və 1210 manat borc yığılmışdır. O, borcundan artıq ödənişlər edərək azaltmağa çalışır, lakin tələbkar onunla razılaşmır, icra şöbəsinə çağırılarkən hər ay ödənişlər edir. Hər ay artıq ödənişlər edib borcu bağlayacaq, lakin həmin borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, o, borcun birdəfəlik ödənilməsini tələb edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-631/2024 saylı 11 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 01 aprel 2024-cü il tarixdən başlayaraq 11 oktyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq iddiaçı Babayeva (Umudəliyeva) Vüsalə Bəxtiyar qızına ödəməlidir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-631/2024-012 saylı 11 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 21 oktyabr 2024cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs borcun ödənilməsi barədə bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən 21 oktyabr 2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan borclu Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, borclu Şəxs izahatı 15 yanvar 2025-ci il tarixdə alınmışdır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs icra məmurunun icra sənədinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra sənədinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, borclu Şəxs da borcu ödəməkdən yayınmayaraq hər ay icra vərəqəsində göstərilən məbləğdən artıq ödənişlər etmişdir. Həmçinin, məhkəmə iclasında tələbkara hər ay 200 manat məbləğlində ödənişlər ödəməyə dair öhdəlik götürmüşdür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar