Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-178/2022 12.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs KTİİK-nin müdafiəçisi X7 iştirakı ilə Ağdaş rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs Şəxs X11-İstehlak Kooperativinin (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan Şəxs KTİİK-nin təsisçilərindən biri vəzifəli şəxs X12 Şəxs KTİİKn-in Ağdaş rayonu Xosrov kəndi ərazisində yerləşən payını idarə etmək səlahiyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd olunmuş Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməsinə dair tələbi pozularaq əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən Ağdaş rayon sakini X8 Şəxs KTİİK-nin Ağdaş rayonu Xosrov kəndi ərazisində bağban və mühafizəçi kimi müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Ağdaş rayon Polis Şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru X4 icraatında olmuş ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 15 mart 2022-ci il tarixli qərarı ilə istintaq zamanı ifadəsi alınmış X9 və təqsirləndirilən şəxs X1 istintaqa verdiyi ifadələrdən məlum olduğu kimi Vüqar Hacıyevlə birlikdə əlbir olaraq oğurluq etmiş (istintaqa ilkin olaraq X2 gösərilən) şəxs Azorganik KTİİK-də mühafizəçi işlədiyindən və rəsmi müqaviləsi olmadıığından bu barədə inzibati icraat açılaraq araşdırılması üçün rayon prokurorluğuna göndərilmiş, Ağdaş rayon prokuroru X3 12 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə iş üzrə icraat başlanması haqqında qərarı ilə hüquqi şəxs Şəxs KTİİK-in barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inziabti xəta haqqında icraat başlanılmış və inzibati tənbeh tədbirinin tətbiq olunması məsələsinə baxılması üçün qərar toplanmış materialla birlikdə 18.04.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs KTİİK-nin müdafiəçisi X14 bildirdi ki, Ağdaş rayonu sakini X5 Şəxs KTİİK-in Ağdaş rayonu Xosrov kənd ərazisində bağban və mühafizəçi kimi müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmasını istintaq orqanı əsas kimi iki şəxsin – Əli Məmmədovun və Vüqar Hüseynovun ifadələrini əsas götürmüşdür. Baxmayaraq ki, Vüqar Hüseynov həmin şirkətin işçisi olmamışdır, Əli Məmmədov isə günəmuzd işçi olmaqla daimi olaraq işdə olmamış, hərdən gəlmiş, hərdən gəlməmişdir, bundan başqa Şəxs KTİİK-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə inzibati xəta hadisəsinin başlandığı vaxt da göstərilməmişdir. Qeyd olunan inzibati xəta hadisəsi ilə razılaşsaq belə, bu hadisə 2021-ci ilin iyul ayının əvvəllərində baş vermiş, lakin faktla bağlı cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilməmiş, uzun müddətdən sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-in 99-cu maddəsinin tələbi pozulmuşdur. Odur ki, qeyd olunanları və inzibati xəta üzrə müddət keçdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs KTİİK-in təmsilçisinin və Ağdaş rayon prokurorunun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisinin fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs KTİİK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin İQ-nun müstəntiqi, polis mayoru X4 icraatında olmuş ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 15 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, X6 qeyd edilən cinayət işi üzrə cəlb edilərək təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, barəsində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi ilə cinayət işi başlanıldığını və həmin işin hal hazırda Ucar rayon məhkəməsinin icraatında olduğunu, X10 tanımadığını, dayısı X5 Ağdaş rayonu Xosrov kəndi ərazisində yerləşən taxıl anbarında mühafizəçi işləyərək ailəsi ilə birlikdə həmin taxıl anbarının yaxınlığında yerləşən evdə qaldığını, həmçinin həmin ev və taxıl anbarının bağ əkin sahəsində yerləşdiyini, özünün bir neçə dəfə dayısı Elxan Qasımov və onun ailəsi üçün ərzaq məhsulları alaraq onun yaşadığı yerə getdiyini, ərzaq məhsullarını ona verərək geri qayıtdığını, dayısı Elxan Qasımovun təxminən bir il orada işlədiyini, dayısı Elxan Qasımovun ailəsi ilə birlikdə uzun müddət Rusiya Federasiyasında yaşadığını və orada müəyyən qədər borcu olduğu üçün Azərbaycan Respublikasına geri qayıtdığını, dayısı Elxan Qasımovun burada yaşayan zamanlarda da onun maddi imkanı yaxşı olmadığını, lakin özünün təxminən 2 ay əvvəl ondan borc istədikdə ona 1000 (min) manat borc pul verdiyini, təxminən 2 ay əvvəl yəni 2021-ci ilin iyul ayının əvvəllərində dayısı Elxan Qasımovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Ağdaş rayonu Xosrov kəndi ərazisində yerləşən taxıl anbarından taxıl aparmağını ondan xahiş etdiyini, bir neçə dəfə dayısı Elxan Qasımovun işlədiyi yerə gedərək taxıl anbarından hər dəfə 500-600 kq torbalarda olan buğdanı idarə etdiyi özünə məxsus VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparıb Göyçay rayonun Mallışıxlı kəndində və digər kəndlərdə səyyar 1 kiloqramı 0.30 qəpik olmaqla satıb pulunu aparıb dayısı Elxana verdiyini, dayısı Elxanın da bunun müqabilində ona hər dəfə 10 manat benzin pulu və 20 manat zəhmət haqqı verdiyini, özünün ümumillikdə dayısı Elxanın ona təqdim etdiyi 10-12 ton buğdanı aparıb 1 kiloqramını 0.30 qəpikdən satıb dayısına verdiyini, həmçinin dayısı Elxan Qasımovun ona Qubadlı rayonuna getməli olduğunu bildirdiyini və Əli adlı şəxsin ona 100 (yüz) manat borcunun olduğunu, həmin pulu Əli adlı şəxsdən alaraq ona göndərməli olduğunu tapşırdığını, bundan təxminən iki gün sonra Əli adlı şəxsin ona zəng edərək ondan nəyə görə pul istədiyini soruşduğunu və ona dayısı Elxan Qasımovla bir neçə iş birliyinin omasını, həmin pulu ondan istəsə Elxan Qasımovun barəsində polisə müraciət edəcəyini söylədiyini, buna görə də, Əli adlı şəxsə onunla heç bir işinin olmadığını, dayısı Elxan Qasımovla aralarında olan məsələləri həll etmələrini tapşırdığını, dayısı Elxan Qasımovun “Azorganik KTİİK” şirkətində mühafizəçi işlədiyini, dayısının işlədiyi şirkətə məxsus taxıl anbarından təxminən 2021-ci ilin iyul ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı gündə təxminən bir ay müddətində yəni 2021-ci ilin avqust ayının əvvəllərinə qədər 10-15 dəfə olmaqla dayısı Elxan Qasımovun dəvəti ilə axşamlar, yəni hava qaralandan sonra təxminən saat 22-23 radələrində dayısı Elxan Qasımovun əvvəldən təyin etdiyi yerə, yəni anbarın yerləşdiyi kənarları bağlı olan əraziyə daxil olduğunu, həmin yerdə yerləşən taxıl anbarının yaxınlğına getdiyini, dayısının da anbarın yaxınlığında gizlətdiyi, yolun kənarına yığdığı taxıl ilə dolu kisələri onun idarə etdiyi avtomobilə birlikdə yüklədiklərini, ona 10(on) manat benzin pulu əvvəldən verdiyini, daha sonra idarə etdiyi avtomobili sürüb yaşadığı kənddə getdiyini, səhəri günü isə idarə etdiyi avtomobil ilə yaşadığı kənddə və qonşu kəndlərdə həmin buğdanı səyyar satdığını, pulunu isə dayısı Elxan Qasımova verdiyini, dayısının da ona zəhmət haqqı olaraq 20(iyirmi) manat verdiyini, dayısının ona satmaq üçün verdiyi buğdanı anbardan oğurladığını, çünki dayısı Elxan Qasımovun hər dəfə ona taxıl ilə dolu kisələri verərkən gizli satmağını və heç kimə bu barədə heçnə deməməyini ona tapşırdığını, buna görə də dayısı Elxan Qasımovun işlədiyi şirkətin anbarından taxılı oğurlayıb ona verməsini başa düşdüyünü, dayısı Elxan Qasımov hər dəfə onu taxıl aparmaq üçün dəvət edərkən taxılı götürmək üçün tək getməyini və hava qaralandan sonra getməyini ondan tələb etdiyini, konkret günləri xatırlamadığını, həmişə də tək getdiyini, taxılı dayısı Elxan Qasımovun özü tək oğurladığını, oğurluqda iştirak etmədiyini, lakin taxılın satışını həyata keçirtdiyini, həmin vaxtlardan da dayısı Elxan Qasımovun taxılı oğurlamasını bildiyini, lakin qohum olduğu üçün onun barəsində şikayət etmədiyini, ümumillikdə 10-12 ton taxıl satdığını, taxılı yaşadığı kənddə, qonşu kəndlərdə, Göyçayın mal bazarında və kolxoz bazarında satdığını, bazarda satdığı şəxslərin adlarını xatırlamadığını, lakin kənddə satdıqlarının bir neçəsinin adını qeyd edə biləcəyini, Göyçay şəhərində yaşayan ünvanını bilmədiyi Vüqar adlı şəxsə 1(bir) ton satdığını, həmkəndlisi Pərvizə 1(bir) ton satdığını, Pərvizin Göyçay bazarında alverlə məşğul olduğunu, digər satdığı şəxslərin isə adlarını bilmədiyini, adlarını çəkdiyi şəxslərin ünvanını təxmini dediyini, buğda satdığı şəxslərə buğdanın oğlurluq olduğunu demədiyini, əvvəllər başqa hər hansı bir yerdən oğurluq etmədiyini, ilk dəfə idi ki, belə bir hərəkət etdiyini bildirmişdir. Bundan əlavə iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, heç bir yerdə işləmədiyini, X10 tanıdığını, onun nəzarətçi işlədiyi bağda günlük 15 (on beş) manata günəmuzd işlədiyini, işlədiyi bağ sahəsində həmçinin bir taxıl anbarı da olduğunu, Elxan Qasımovu həmin vaxtdan tanıdığını, Elxan Qasımovun həmin bağda onlarla birlikdə fəhlə kimi işlədiyini, həmçinin ailəsi ilə birlikdə orada mühafizəçilər üçün nəzərdə tutulmuş tikilidə qaldığını və gecələr bağ sahəsinin və taxıl anbarının mühafizəçisi olduğunu, 2021-ci ilin yay aylarında Elxan Qasımovun onunla söhbət edən zaman ona anbarın daxilində kənara yığılmış 20 kisə taxılı anbaradan gizli yolla çıxararaq satacağını bildirdiyini və ondan bu barədə heç kimə heç bir söz deməməyini xahiş etdiyini, bundan iki gün sonra Exan Qasımovun ona 60 (altmış) manat pul verdiyini, ondan nəyə görə həmin pulu ona verdiyini soruşduğunu, bu zaman Elxan Qasımovun onu satmadığı üçün həmin pulun onun olduğunu bildirdiyini, əvvəlcə həmin pulu götürmək istəmədiyini, lakin Elxan Qasımovun təkid etdiyi üçün pulu götürdüyünü, daha sonra bağda öz işini gördüyünü, bundan sonra müdiri olan Elçin müəllimin onlara artıq günlük deyil, işçilərin aylıq işləyəcəyini və əmək haqqılarının da aylıq veriləcəyini bildirdiyini, özünün də həmin şərtlərlə razı olmadığı üçün işdən çıxdığını, artıq heç bir yerdə işləmədiyi üçün maddi vəziyyətinin çox pis olduğunu, buna görə də Elxan Qasımovdan 100 (yüz) manat borc pul istədiyini və işləyən zaman qaytaracağını bildirdiyini, bundan təxminən 1 ay əvvəl Elxan Qasımovun onun istifadəsində olan mobil telefona zəng edərək ona olan 100( yüz) manat borcunu onun bacısı oğlu Vüqar adlı şəxsə verəcəyini, özünün isə Rusiyaya getdiyini bildirdiyini, daha sonra Vüqar adlı şəxsin onun istifadəsində olan mobil telefona zəng edərək dayısı Elxan Qasımova olan borcunu ona verməli olduğunu bildirdiyini, özünün də ona pulunun olmadığını, onun borcunu qaytara bilmədiyini söylədiyini və ona əgər bir daha ondan pul istəsə, dayısı Elxan Qasımovun etdiyi hərəkətlər barədə polisə məlumat verəcyini bildirdiyini, Vüqar adlı şəxsin bundan sonra bir daha ona zəng etmədiyini, Elxan Qasımovla adı iş yoldaşı kimi münasibəti olduğunu, əvvəllər Elxan Qasımovla onun heç bir iş birliyi olmadığını, Elxan Qasımovun mühafizəçisi olduğu taxıl anbarından taxıl oğurlanmasınada onun heç bir iştirakı olmadığını, Elxan Qasımovun göstərdiyi 20 kisə taxılı konkret olaraq nə vaxt, kimin vasitəsi ilə və hardan oğurlayacağı barədə heç bir söz demədiyini, həmçinin ona kömək göstərməyini xahiş etmədiyini və Elxan Qasımova taxıl anbarından taxıl oğurlamaqda heç bir köməklik etmədiyini bildirmişdir. Qeyd olunan ifadələrdən məlum olur ki, X13 “Azorganik KTİİK”-in Ağdaş rayonu Xosrov kəndi ərazisində yerləşən taxıl anbarında mühafizəçi işləmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs KTİİK-nin müdafiəçisi tərəfindən məhkəməyə qeyd edilən faktı təkzib edəcək hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs X11 İstehlak Kooperativi barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: ünvan 2 ünvanında yerləşən hüquqi şəxs Şəxs X11 İstehlak Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib iyirmi min manat məbləğində cərimə edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-178/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-178/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver