Məhkəmə qərarları › İş №3(014)-178/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-178/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-178/2025 11.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağdaş rayon X6 X10 Yol-Patrul Xidməti inspektoru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1995-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İnternational Bank olmayan Kredit Təşkilatında aparıcı mütəxəssis vəzifəsində işləyən, Ağdaş rayonunun Binələr kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon X6 X10 Yol-Patrul Xidməti inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 10 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 29 mart 2025-ci il tarixdə saat 23 radələrində Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Ləki qəsəbəsi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə dəyərək toqquşma baş vermiş və nəticədə “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol bud çanaq oynağının, sol baldırın yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəssarətlərə, eləcə də maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X6 X10 Yol-Patrul Xidməti inspektoru X7 izahat verərək bildirdi ki, 29 mart 2025-ci il tarixdə saat 23 radələrində Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Ləki qəsəbəsi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə dəyərək toqquşma baş vermiş və nəticədə “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol bud çanaq oynağının, sol baldırın yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəssarətlərə, eləcə də maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Onlar hadisə yerinə getmişlər və Şəxs hadisə yerində olmadığından ona zəng edərək hadisə yerinə dəvət etmişlər. Hadisədən dərhal sonra Şəxs Ağdaş rayon Polis Şöbəsinə dəvət olunmuş, alkotesterlə müayinə olunmuş və spirtli içki qəbulu nəticəsində sərxoş olması müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, 29 mart 2025-ci il tarixdə, saat 23 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21074 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş-Ləki yolunun Pirəyir kənd ərazisindən keçən hissəsində üzü Ləki istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq ötmə əməliyyatını yerinə yetirərkən onunla eyni istiqamətdə olan onun qarşısında hərəkətdə olan “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ötən zaman onun arxa sol tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı sərxoş olmuş, onun idarə etdiyi avtomobil dostu Rəcəbə məxsus olmuşdur. Hadisə zamanı vurduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 xəsarət almışdır. Şəxs sualları cavablandıraraq bildirdi ki, o, nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbul etmişdir. Belə ki, o, dostları ilə kafedə oturarkən spirtli içki olan araq qəbul etmiş və müayinə zamanı spritli içki qəbul etməsi öz təsdiqini tapmışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı var, ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, 29 mart 2025-ci il tarixdə saat 23 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Ləki yolunun Pirəyir kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman onunla eyni istiqamətdə olan və arxada hərəkət edən avtomobil onun avttomobilinin arxa sol tərəfindən vurmuş və o, idarə etməni itirərək yolun sağ hissəsinə çıxmış və avtomobil aşmışdır. O, hadisə zamanı bir neçə nəfər şəxsin köməyi ilə avtomobildən çıxmış və daha sonra Ağdaş rayon Mərkəzi xəstəxanasına getmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o. yüngül dərəcəli xəsarət almış, onun avtomobilinə 5-6 min manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, o, özünə məxsus “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün etibarnamə əsasında oğlu Zərərçəkmiş şəxs3 vermişdir. Oğlu Zərərçəkmiş şəxs3 29 mart 2025-ci il tarixdə avtomobili idarə edərkən sözügedən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı ona məxsus avtromobilə 5025 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən ziyanın ödənilməsini tələb etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, “VAZ 21074 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında sinif yoldaşı olan Şəxs vermişdir. 29 mart 2025-ci il tarixdə saat 23 radələrində onlar sözügedən yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon X3 bölməsinin müstəntiqi Sırac Kərimovun 08 aprel 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, HK-1-5279 materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş rayon X6 X9 göndərilməsinə, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 264-cü maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 10 aprel 2025-ci il tarixli arayışından görünür ki, Şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat sistemində yoxlanılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 30 mart 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ön hissədən və sol arxa hissədən, “VAZ 21074 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə sağ arx tərəfdən zərbə dəymişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi barədə 30 mart 2025-ci il tarixli, 336 nömrəli protokolun surətindən görünür ki, Şəxs tibbi müayinədən keçirilmiş və onda 0,44 % yüngün sərxoşluq olması müəyyən edilməmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 17 iyul 2023-cü il tarixdə “VAZ 2107 minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Zərərçəkmiş şəxs3 sərəncamına vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 10 fevral 2025-ci il tarixdə “VAZ 21074 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Şəxs sərəncamına vermişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Əlizadə X4 göstərilən tələblərini pozaraq, avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, özünün etirafedici ifadəsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi barədə 30 mart 2025-ci il tarixli, 336 nömrəli protokol və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini spirtli içkidən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4.-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsində şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini, həmçinin nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyət vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar