Məhkəmə qərarları › İş №3(014)-18/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-18/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-18/2023 18.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, “İİ Vətən Müharibəsi” iştrakçısı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 36/13 nömrəli evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 18 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 01 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Ağdaş şəhəri dörd yol ərazisində olan “HOLVVVVOD” çay evində Samir Abdullayev və Kənan Mustafayev adlı şəxslərlə birlikdə qumar (kart) oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində 01 yanvar 2023-cü il inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 izah etdi ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Ağdaş şəhəri dörd yol ərazisində olan “HOLVVVVOD” çay evində Samir Abdullayev və Kənan Mustafayev adlı şəxslərlə birlikdə qumar (kart) oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol Şəxs tərəfindən imza edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 01 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Ağdaş şəhəri dörd yol ərazisində olan “HOLVVVVOD” çay evində Samir Abdullayev və Kənan Mustafayev adlı şəxslərlə birlikdə qumar (kart) oynadığını, əməlindən səmimi olaraq peşmançılıq çəkdiyini, evli olmaqla himayəsində iki azyaşlı uşağı olmasını, “İİ Vətən Müharibəsi” iştrakçısı olmaqla 3-cü qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun əməlindən səmimi peşmançılıq çəkməsi və himayəsində iki azyaşlı uşağının olması onun əməlində məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оğlunun əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Аzərbаycаn Rеspublikаsı İХM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Аzərbаycаn Rеspublikаsı İХM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, əməlində məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən 21 (iyirmi bir) manat pul və 65 (altmış beş) ədəd oyun ləvazimatı olan oyun kartı dövlət nəfinə müsadirə edilməklə inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə təyin edilsin. İş üzrə maddi sübut - qumara qoyulmuş 21 (iyirmi bir) manat pul və 65 (altmış beş) ədəd oyun ləvazimatı olan oyun kartı dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar