Məhkəmə qərarları › İş №3(014)-183/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-183/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-183/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 17 mart 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş rayonu, Kotanarx kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə qayınatası Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Zərərçəkmiş şəxs su qrafinkasını stolun üzərinə vuraraq sındırmiş, Şəxs həmin su qrafinkası ilə bir dəfə Zərərçəkmiş şəxs başının sağ alın nahiyəsindən vuraraq ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı N.Əliyevin 16 aprel 2021-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görüməsi üçün Ağdaş RPŞ-nin İTB-ə göndərilmişdir. Buna görə də Şəxs barəsində 27 aprel 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi, 17 mart 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş rayonu, Kotanarx kəndində qızı X2 ailəsi ilə birlikdə yaşadığı evdə kürəkəni Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olduğunu, mübahisə zamanı Zərərçəkmiş şəxs su qrafinkasını stolun üzərinə vuraraq sındırdığını, qrafinkanın qırığının Zərərçəkmiş şəxs başına dəyərək onu yaraladığını, Zərərçəkmiş şəxs vurmadığını və xəsarət yetirmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasında 17 mart 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş rayonu, Kotanarx kəndində ailəsi ilə birlikdə yaşadığı evdə qayınatası Şəxs aralarında mübahisə olduğunu, mübahisə zamanı su qrafinkasını stolun üzərinə vuraraq sındırdığını, qayınatası Şəxs qrafinkanın qırığı onun başına vuraraq xəsarət yetirdiyini, hazırda onunla barışmadığını və ona şikayətçi olduğunu bildirdi. İş üzrə şahid X1 məhkəmə iclasında əri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı ilə eyni məzmunlu izahat verdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 18.03.2021-ci il tarixli 162 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət-alnın sağ nahiyəsinin yarası kəsici alət (ola bilər şüşə qırıntısı) təsirindən töoənmiş, törənmə müddəti 17.03.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1960-cı ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Güvəkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib üç yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar