Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-184/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Ağdaş rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı X4 iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 19.03.2021-ci il tarixdə Ağdaş rayon Dəhnəxəlil kənd sakini Şəxs Ağdaş şəhərinin Pirəzə kənd sakini Zərərçəkmiş şəxs məxsus 333 manat dəyərində olan “Samsung A12” markalı mobil telefonu oğurlamışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 19.03.2021-ci il tarixdə Ağdaş rayon Dəhnəxəlil kənd sakini Şəxs Ağdaş şəhərinin Pirəzə kənd sakini Zərərçəkmiş şəxs məxsus 333 manat dəyərində olan “Samsung A12” markalı mobil telefonu oğurlamışdır. Daxil olmuş müraciət 31 mart 2021-ci il tarixdə Ağdaş RPŞ-də HK-1-357 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 həvalə edilmişdir. Daxil olmuş müraciət əsasında təhqiqatçı X5 tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis kapiatnı X5 tərəfindən 31 mart 2021-ci il tarixdə Azərbaycan Respubilkası CPM-nin 86, 39.1.2, 207 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman yuxarıda qeyd edilən “Samsung A12” markalı mobil telefon Ağdaş rayon, Dəhnəxəlil kəndində yaşayan, Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında, Zərərçəkmiş şəxs adlı şəxsi əvvəllər tanımadığını, 19.03.2021-ci il tarixdə günorta saatlarında Ağdaş rayon bazarında kafedə oturub yemək yeyərkən adının sonradan Elşən olduğunu bildiyi şəxsin ona yaxınlaşaraq oturmaq istədiyini söylədiyini, Elşənə oturmasını dediyini, Elşənin oturub yemək sifariş etdiyini, sonra Elşənin ona spirtli içki içmək istədiyini söylədiyini, ona görə araq sifariş etdiyini, birlikdə oturub spirtli içki içdiklərini, sonra Elşənin ona “Xan” çay evinə getmələrini təklif etdiyini və orada qadın xidmətçi olduğunu söylədiyini, birlikdə həmin çay evinə getdiklərini, orada piyvə içdiklərini, orada olarkən Elşənin telefonunu ona verdiyini və telefonda videolara baxdıqlarını, sonra Elşənin ona sacaqlı pendir istədiyini və gedib almasını söylədiyini, çay evində həmin pendirdən olmadığı üçün marketə getdiyini, marketdən pendir aldıqdan sonra marketdən çıxarkən Elşənin telefonun onda qalmasını gördüyünü, həmin telefonu oğurlamaq qərarına gəldiyini, ona görə də, çay evinə qayıtmadığını və taksi ilə yaşadığı kəndə getdiyini bildirmişdir. Həmçinin o, izahatında Elşəndən oğurladığı telefonu 20.03.2021-ci il tarixdə Ağdaş rayon bazarında tanımadığı 2 nəfər şəxsə 120 manata satdığını, sərxoş olduğu üçün Elşənə məxsus telefonu oğurladığını bildirmişdir. Məhkəmdən bir daha belə hallara yol vermiyəcəyini bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında, ailə üzvləri ilə birlikdə Ağdaş rayon Pirəzə kəndində yaşadığını, ona məxsus olan “Samsung A12” markalı telefonun Şəxs tərəfindən oğurlandığını, barəsində inzibati xəta üzrə iş aparılan şəxs Şəxs ilə barışmadığını, ona dəyən ziyanlığın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid X2 məhkəmə iclasında izah etdi ki, Zərərçəkmiş şəxs onun oğlu olduğunu, Elşənin ruhi xəstə olduğunu eyni zamanda Elşənin sprtli içki aludəçisi olduğunu, nə etsə də, ona sprtli içkini tərgidə bilmədiyini, 19.03.2021-ci il tarixdə Elşənlə birlikdə Ağdaş rayon mərkəzinə gəldiklərini, orada müəyyən işlərin gördüklərini, oradan alınası şeyləri aldıqdan sonra geri qatyıtmaq üçün afdobus dayanacağına getdiyini, həmin vaxt Elşənin ona evə getməsini, özünü isə sonra gələcəyini söylədiyini, Elşəndən nə üçün şəhərdə dayandığını soruşduğunu, Elşənin də ona yemək yeyəcəyini, sonra isə işlərinin olduğunu, onları həll edib gələcəyini söylədiyini, Elşənə gedib evdə yemək yeməsini desə də, Elşənin onu dinləmədiyini və ondan uzaqlaşdığını, axşam satlarında işə Elşənin evə sərxoş vəziyyətdə gəldiyini, Elşənin telefonunun üstündə olmadığını, Elşəndən telefonunun harada olmasını soruşsa da, Elşənin ona düzgün cavab verə bilmədiyini, ertəsi gün Elşəndən telefonun harda olmasını soruşduğunu, Elşənin də telefonu itirməsini söylədiyini bundan sonra 23.03.2021-ci il tarixdə Ağdaş RPŞ-nə gəlib oğlu Eşənin telefonunu itirməsi barədə ərizə ilə müraciət etdiyini, bundan evdə olarkən Elşənlə yənə danışdığını, ondan telefonu necə itirməsini soruşduğunu, Elşənində həmin vaxt müxtəlif sözlər dediyini və Rəşad adı şəxsin, Elşənin Rəşad adlı şəxslə oturub spirtli içki içməsini söylədiyini, elşənin telefonunu Rəşad adlı şəxsin oğurlamasından şübhələndiyini bildirmişdir. Həmçinin o, izahatında oğlu Elşənə məxsus Samsung A12 markalı mobil telefonu da 02.03.2021-ci il tarixdə təzə halda 333 manata aldığını, yəni telefonu oğurlanması nəticəsində ona 333 manat dəyərində ziyan dəydiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərər çəkmiş şəxslər X1 və Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləndirilən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1978-ci il tarixdə Ağdaş rayon, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayon, Dəhnəxəlil kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 27 aprel 2021-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-184/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-184/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver