Məhkəmə qərarları › İş №3(014)-185/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-185/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-185/2022 21.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-689/2021 saylı, 04.05.2021-ci il tarixli icra sənədinə əsasən X1 Şəxs ilə birgə nikahlarından anadan olmuş 26 may 2011-ci il təvəllüdlü X3 və 08 iyul 2015-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 15:00-dan bazar günü saat 18:00-a dək, tətil və bayram günlərinin isə üçdən bir hissəsi olmaq şərti ilə ananın yaşadığı ünvan 2 ünvanda ünsiyyətdə olma hüququ təmin edilməlidir. Lakin borclu öhdəliklərini vaxtında icra etməmişdir. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-689/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsi ilə X1 uşaqları ilə ünsiyyətdə olma vaxtları müəyyən edilmişdir. Uşaqların anası ilə görüşmələrinə etirazı yoxdur. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Maddi imkanı pis olduğu üçün 3 ilə yaxındır ki, Bakı şəhərində yaşayır. Axtarışda olması barədə yalnız bugün məlumatı olmuşdur. Uşaqları sonuncu dəfə 15 gün öncə anası ilə görüşmüşdür. Bundan başqa, ananın sabit yaşadığı yer mövcud deyil. Belə ki, məhkəmənin qətnaməsində tələbkarın ünvanı kimi göstərilən ünvanda G.Məmmədova hazırda yaşamır. Qətnamə qəbul edilərkən o, həmin ünvanda kirayəşin olaraq yaşasa da, hazırda harada yaşadığı məlum deyil. Onun isə tələbkarın ünvanını tapmaq imkanı yoxdur. Bununla yanaşı məhkəməyə məlumat üçün bildirir ki, G.Məmmədova hədə-qorxu ilə pul tələb etdiyinə görə barəsində cinayət işi başlanmışdır və hazırda həmin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Eyni zamanda, uşaqlarla görüşə dair məhkəmə qərarının icrasının Ağdaş rayonunda həyata keçirilməsi də onlara çətinlik yaradır. Belə ki, qətnamənin məzmunundan görünür ki, uşaqlar ana ilə Bakı şəhərində onun mənzilində görüşməlidir. Lakin icra orqanı Ağdaş rayonunda yerləşir. Bu isə görüş günü uşaqların Ağdaş rayonuna gətirilməsi və daha sonra Bakı şəhərinə icra məmurunun iştirakı ilə aparılmasını mümkünsüz edir. Bunlara baxmayaraq, o, öz təşəbbüsü ilə həmişə məhkəmə qərarını icra etməyə hazırdır. Nə əvvəllər, nə də indi məhkəmə qərarının icrasından imtina etməmişdir. Heç vaxt görüşə süni maneə yaratmamışdır. İcra orqanının icraata başalamaq haqqında qərarının və tələbin könüllü icrası barədə bildirişinin surətlərini buğun almışdır. Axtarışda olması barədə isə ümumiyyətlə məlumatı olmamışdır. Hazırda yenidən ailə qurmuşdur. ailəlidir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra vərəqəsinin icrası barədə tələblərini pozmamışdır. Onun məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra vərəqəsinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, işin materiallarında olan 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(014)-689/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Bu qərarın arxasında aparılmış qeydlərdən görünür ki, həmin qərarın surəti borclu Şəxs 21.04.2022-ci il tarixdə verilmişdir. Tələbin könüllü icrası haqqında 07 iyul 2021-ci il tarixli, 4/e150794 saylı bildirişdən görünür ki, borclu Şəxs icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bu bildirişin arxasında aparılmış qeydlərdən görünür ki, həmin qərarın surəti borclu Şəxs 21.04.2022-ci il tarixdə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi m əcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Göründüyü kimi borcluya tələbin könüllü icrası üçün verilmiş vaxt başa çatmadan icra məmuru tərəfindən tələbin məcburi icrası tələbi edilmiş və bu barədə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun konkret hansı qanuni tələblərinin yerinə yetirilməməsi və yerinə yetirilməmənin nədə ifadə olunması inzibati xəta haqqında protokolda əsaslandırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar