Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-188/2025 23.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinin rəis müavininin seriya MN ******* saylı 19 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinin rəis müavininin 19 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət vermişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, barəsində inzibati tənbeh vermə haqqında həmin qərarın qəbul olunmasına səbəb "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş vəzifəli şəxs kimi tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamaqla inzibati xəta törətməsi göstərilmişdir. Həmin qərarla razı olmadığını və aşağıda göstərdiyi əsaslara görə qərarın ləğv edilməli olduğunu bildirir. Belə ki, ondan əvvəl "X14" MMC-nin mərhum prezidenti bir neçə ay bundan əvvəl bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Əməkdaşlarla Sığorta şirkəti arasında icbari sığorta müqaviləsinin bağlanması barədə şirkətin məktubları Cəmiyyətin hüquqi ünvanı mərhumun ünvanı göstərildiyindən həmin ünvana göndərilmişdir. Ona məlum olmayan səbəblərdən mərhumun yaxınları və ya ailə üzvləri tərəfindən həmin məktublar geri qaytarılmamış və ya aidiyyati üzrə Cəmiyyətə təqdim olunmamışdır (göndərilməmişdir). Bütün bunlardan isə onun xəbəri olmamışdır. Ona görə də tərəfindən Cəmiyyətin əməkdaşları ilə icbari sığorta müqaviləsinin bağlaması mümkün olmamışdır. Bütün bunlar barədə xəbəri olan kimi əməkdaşlarla qanunvericiliyin tələblərinə uyğun olaraq icbari sığorta müqavilələri bağlanaraq rəsmiləşdirilmişdir. Hesab edir ki, o, heç bir inzibati xəta törətməmişdir və hərəkətlərində hər hansı bir inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinin rəis müavininin 19 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Daha sonra inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, əməkdaşlarla Sığorta şirkəti arasında icbari sığorta müqaviləsinin bağlanması barədə X11 Şöbəsinin məktubu ünvan 1 ünvanına "X14" MMC-nin ondan əvvəlki prezidenti mərhum X6 adına göndərilmiş, onun həmin məktubdan məlumatı olmamış, inzibati xəta olması 10 mart 2023-cü il tarixdə aşkar olunmuş və bu barədə protokol tərtib olunmuş, lakin onun həmin protokoldan da məlumatı olmamış, 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsindən 19 mart 2025-ci il tarixdə ona “Asanpay” vasitəsilə 1500 manat cərimə olunması barədə mesaj gəlmiş, 18 mart 2025-ci il tarixdə "X14" MMC-nin özü də daxil 4 (dörd) işçisi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması ilə əlaqədar "xxxx" Sığorta Şirkəti ASC ilə müqavilə başlanmışdır. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyinə görə məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AH********** saylı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ilə "X14" MMC-nin işçiləri X7, X4, X5 və X3 arasında soğorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "X14" MMC-nin "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 47.4 (qırx yeddi manat qırx qəpik) sığorta haqqı ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X3 tərəfindən 5 (beş) sayda əmək müqaviləsində, işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmamaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinin pozulmasına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 10 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, istehsalatda işçilərlə bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Aəzrbaycan Respublikası Qanununa əsasən müvafiq işçiləri icbari qaydada sığorta etdirmək fəzifəsi müəyyən edilmiş fikiki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamasına görə “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 10 mart 2025-ci il tarixdə X1 barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda X1 iştirak etmədiyi qeyd olunmuşdur, lakin inzibati protokol tərtib edən orqan tərəfindən Elşən Məmmədzadəyə protokol tərtib olunacağı barədə bildiriş göndərilməsinə və yaxud məlumat verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bir sözlə sözügedən protokolun Elşən Məmmədzadəyə göndərilməsini təsdiq edən heç bir sənəd iş materiallarında öz əksini tapmamışdır. İnzibati xəta haqqında protokolun tərtib olunmasından məlumatı olmadan X1 barəsində 19 mart 2025-ci il tarixdə 1500 AZN məbləğində cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da sözügedən iş üzrə X1 hüquqları pozulmuşdur. Belə ki, 11 dekabr 2024-cü tərtib olumuş MN № ******* saylı inzibati xəta haqqında protokolun X3, hələ barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdən əvvəl, xx.xx.2025ci il tarixdə "xxxx" Sığorta Şirkəti ASC ilə "X14" MMC-nin işçiləri, X3 özü də daxil olmaqla, X7, X4 və X5 arasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamış, bununla da inzibati xəta aradan qaldırılmışdır. Bu da inzibati xəta haqqında icraat aparan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, onun tərəfindən göstərilənləri təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı məsələsini həll edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinin rəis müavininin 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinin rəis müavininin 19 mart 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün qərarı qəbul etmiş səlahiyyətli orqana Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) X11 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-188/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-188/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver