Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-19/2022 13.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 17.12.2021-ci il tarixli, № **********4779 saylı inzibati xəta haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi baş vergi xidməti müşaviri X5 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 17.12.2021-ci il tarixli, № **********4779 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, 01.12.2021-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə X2 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək ona 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçməklə, Ağdaş şəhəri, Səbuhi Səlimoğlu küçəsində yerləşən pərakəndə ticarət mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 01.12.2021-ci il tarixində onun mağazada olmadığı halda barəsində protokol tərtib edilərək cərimə olunmağı qanunsuz və ədalətsizdir. Belə ki, 01.12.2021-ci il tarixində 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları mağazaya gələrək mağazada satıcı işləyən X1 onu mağazaya çağırmağını tələb etmişlər. Satıcı ona zəng edərək, mağazaya çağırmışdır. 9 saylı ƏVİ-nin əməkdaşları ona mağazaya tibbi maskadan istifadə etməyən müştərilərin daxil olduğunu və bu səbəbdən ona İXM-in 211.2-ci maddəsi ilə cərimə tətbiq edəcəklərini bildirmişlər. Həmin qərar ədalətsizdir. Mağazaya daxil olan başqa şəxslərin hərəkətlərinə görə ona cərimə tətbiq olunması qanuna ziddir. Özü mağazada həmin zaman olmamışdır. Mağazanı satıcı işləyən Musabəyov Şəmsəddinə tapşırmışdır. Şəmsəddin mağazaya daxil olan müştərilərə xəbərdarlıq etmiş, həmçinin o, özü də mağazaya daxil olan müştərilərə xəbərdarlıq etmiş, lakin xəbərdarlığına məhəl qoymayıb mağazaya daxil olan müştərilərə qarşı güc tətbiq edərək, onları mağazadan çıxartmağa ixtiyarı yoxdur. Belə olan halda mağazanı bağlamalıdır və bu ədalətsiz qərara görə himayəsində olan övladlarına baxa bilməyəcəkdir. Vəzifəli və hüquqi şəxs olmadığına görə mağazaya daxil olan şəxslərə fiziki şəxs olaraq, yalnız xəbərdarlıq edərək, tibbi maska taxmalarını xahiş edə bilər. Xəbərdarlığına məhəl qoymayıb mağazaya daxil olan müştəriyə güc tətbiq edərək onları oradan çıxarmağa səlahiyyəti yoxdur və qanun da buna icazə vermir. Məkhəmə baxışının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X6 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 17.12.2021-ci il tarixli, № **********4779 saylı inzibati xəta haqqında qərarından X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-19/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-19/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver