Məhkəmə qərarları › İş №3(014)-19/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-19/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-19/2025 16.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 küçəsi, 27 nömrəli ev ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 2 yanvar 2025-ci il tarixdə, saat 02:15 radələrində Ağdaş rayonu, Şıxlı kəndi ərazisində yerləşən Fəqan adlı şəxsin kafesində Namiq, Məhəmməd, Sadiq və Səhhət adlı şəxslərlə qumar (kart) oynamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 2 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında, Şəxs 2 yanvar 2025-ci il tarixdə, saat 02:15 radələrində Ağdaş rayonu, Şıxlı kəndi ərazisində yerləşən Fəqan adlı şəxsin kafesində Namiq, Məhəmməd, Sadiq və Səhhət adlı şəxslərlə qumar (kart) oynadığını, bununla da oun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, onun barəsində tərəfindən 2 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu, Şıxlı kəndi ərazisində yerləşən Fəqan adlı şəxsin kafesində masadar (ofisiant) işlədiyini, 2 yanvar 2025-ci il tarixdə, saat 02:15 radələrində tanışları həmin kafeyə gəldiklərini, orada yemək yediklərini, daha sonra yeməyin hesabını ondan öyrəndiklərini, daha sonra onlara çay gətirdiyini, həmin vaxt oraya polislərin gəldiyini, daha sonra onları izahat vermək üçün Ağdaş rayon Polis şöbəsinə apardıqlarını, həmin vaxt kart (qumar) oynamadığını, protokolda qeyd olunanların əsasız olduğunu bildirərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Xəyal Süleymanovun yazdığı raportdan görünür ki, 02.01,2025-cü il tarixdə saat 02:15 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İlahi Muxtarov və polis kiçik serjantı Musa Cəbrayılov ilə birlikdə Ağdaş rayonu Şıxlı kəndində xidmətdə olarkən 5 nəfər şəxsin Fəqan adlı şəxsin kafesində pul qarşılığında qumar (kart) oynadığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbini izah etmişlər. Həmin şəxslərin barəsində qanunla müəyyən edilmiş tədbir görülməsindən ötrü onları Ağdaş RPŞ-nin inzibati binasına gətirmişlər. Növbətçi Hissədə həmin şəxslərin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 65, mənzil 1-də qeydiyyatda olan Şəxs, Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan Şəxs, Ağdaş rayonu Şıxlı kəndində qeydiyyatda olan X4, ünvan 1 küçəsi 27-də qeydiyyatda olan Şəxs və Mingəçevir şəhəri M.Fizuli küçəsi ev 19/85, mənzil 63-də qeydiyyatda olan Şəxs olmaları müəyyən olunmuşdur. İşin materiallarında olan video görüntüdən görünür ki, 5 nəfər şəxs kart (qumar) oyun oynayırlar, eyni zamanada masanın üzərinə pul əskinasları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 2 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs kart (qumar) oynamamağı ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Ağdaş Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 3(014)-19/2025 saylı qərarı ilə iş üzrə maddi sübut olan 36 ədəd oyun kartları məhv edilməsi və 44 manat pulun dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməklə ona 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Ağdaş Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 3(014)-19/2025 saylı qərarı ilə iş üzrə maddi sübut olan 36 ədəd oyun kartları məhv edilməsi və 44 manat pulun dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar