Məhkəmə qərarları › İş №3(014)-191/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-191/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-191/2025 16.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1304/2016 saylı, 28 aprel 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 12790 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1304/2016 saylı, 28 aprel 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağın saxlanılması üçün ümumilikdə 160 manat alimentin tutularaq X1 verilməlidir. İcra vərəqəsi 16 fevral 2017-ci il tarixdə icra məmuru Taleh Kərimovun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs yaşadığı ünvana bildiriş və müxtəlif vaxtlarda xəbərdarlıq məktubları göndərilmişdir. Lakin Şəxs yeri müəyyən edilmədiyindən barəsində axtarış elan edilmiş və Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeri müəyyən edilərək Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. O, borclunun borcunu ödəməsi məqsədi ilə müxtəlif hərəktlər etmiş, borclu illə danışıqlar aparmış, lakin borclu borundan ödənişlər edilməsini təmin etməmişdir. Hazırda borclunun 12790 manat məbləğində borcu qalmışdır. Tələbkar İcra şöbəsinə müraciət edərək borclunun Azərbaycan Respublikası ərazisində olduğunu bildirərək yaranmış aliment borcunu tələb edir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə məhkəmə qərarı ilə ayrıldıqdan sonra yenidən birgə yaşamağa başlamışlar. Birgə olduqları zaman ailənin bütün ehtiyaclarını özü qarşılayırdı. Daha sonra yenə də ayrılmışlar və uşaqların saxlanılması üçün alimentə dair ödənişlər etmişdir. Daha sonra həbsdə olmuş və ödənişlər edə bilməmişdir. Həbsdən 2020-ci ilin aprel ayında çıxmış, gücü çatdığı qədər ödənişlər etmişdir. Himayəsində xəstə anası var və anasına o, baxır. Bundan başqa fəhlə işləyir və gəliri olduqca zəifdir. Buna görə də ödəniş etməkdə çətinlik çəkir. Həmçinin ödəniş edə bilmədiyindən çağırışlara gəlməyə utanmışdır. O, 12790 manat məbləğində aliment borcu ilə razılaşmır. Hazırda borcu ödəmək iqtidarında deyildir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, Şəxsla barışmamışdır. Şəxs uşaqların saxlanılması üçün heç bir köməklik etmir. Onunla əlaqə saxlamaq da olmur. İcra məmurunun təkidi ilə bir dəfə 100 manat özü ödəniş etmiş, 200 manat isə Veyisin anası ödəniş etmişdir. Hazırda Şəxs 12790 manat məbləğində borcu vardır və həmin borcun ödənilməsini tələb edir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1304/2016 saylı, 28 aprel 2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, 03 oktyabr 2007-ci il təvəllüdlü X5 və 05 oktyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin hər ay cavabdeh Şəxs tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan 16 fevral 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1304/2016 saylı, 28 aprel 2016-cı il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 16 fevral 2017-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin, 10 mart 2017-ci il və 05 aprel 2017-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Məmmədov X3 Şəhər Məhkəməsinin 2(051)- 1304/2016 saylı, 28 aprel 2016-cı il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-564/2017 saylı, 04 may 2017-ci il tarixli qərardadının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1304/2016 saylı, 28 aprel 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqadar, yəni borcu ödənilib qurtarana kimi borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 28 aprel 2017-ci il tarixli, 03 oktyabr 2023-cü il tarixli, 02 sentyabr 2024-cü il tarixli borclunun axtarılması barədə qərarlarının surətindən görünür ki, borclu ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsinə dair qərarlar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəmsinin 3(014)-517/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı borcu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxsin barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməlidir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 16 aprel 2025-ci il tarixdən saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 16 aprel 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar