Məhkəmə qərarları › İş №3(014)-192/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-192/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-192/2025 16.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1989-cu ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı övladı olan, Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 yanvar 2025-ci il tarixdə tanıdığı Ağdaş rayon sakini X8 10 manat müqabilində çəkisi 0,24 qram olan bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 16 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün 16 aprel 2025-ci tarixdə qərar qəbul edilərək aidiyyətı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X11 izahatında göstərdi ki, Şəxs 04 yanvar 2025ci il tarixdə tanıdığı Ağdaş rayon sakini X8 10 manat müqabilində çəkisi 0,24 qram olan bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımış, əməliyyat-axtarış tədbirləri zamanı Şəxs üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı İstintaq Bölməsində araşdırma aparılmış və Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə istehlak miqdarından az olduğundan cinayət təqibin başlanması rədd olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon X16 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 01 aprel 2025-ci il tarixdə inzbati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərar qəbul edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək, izahatında göstərdi ki, 04 yanvar 2025-ci il tarixdə tanışı Qadir Qədirova zəng edərək narkotik vasitə istəmiş, Qadir Qədirov ondan karta 10 manat pul atmasını və ona narkotik vasitə verəcəyini bildirmişdir. O, Qadir Qədirovun kartına pul atdıqdan sonra onlar “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər və Qadir Qədirov ona narkotik vasitə vermişdir. Onlar söhbət edib ayrılan zaman polis əməkdaşları gələrək onları saxlamışlar. O da üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təhvil vermişdir. Şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitə onda maraq doğurduğundan ilk dəfə narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Əməlindən peşmandır. Himayəsində üç azyaşlı övladı və onkoloji xəstəlikdən əzab çəkən atası var, anası ölmüş arvadı ilə boşnamışdır. Uşaqlara və xəstə atasına ondan başqa baxan, qulluq edən yoxdur. Bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunanların nəzərə alınıb barəsində həbslə əlaqəli olmayan tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 yanvar 2025-ci il tarixli protokoldan və “şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 05 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 04 yanvar 2025-ci il tarixdə saat 18:43də şübhəli şəxs qismində tutulmuş, 05 yanvar 2025-ci il tarixdə 00:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Ağdaş rayon X14 Bölməsinin müstəntiqi Nahid Rəhimovun “Sübutların qiymətləndirilməsi haqqında” 20 mart 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş rayon X16 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında 01 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi yarandığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X14 Bölməsinin müstəntiqi Davud Şıxməmmədovun qərarı əsasında inzibati iş üzrə icraat başlanılmışdır. 15 aprel 2025-ci il tarixli, 1294/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2025-ci il tarixli, 597 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitlərdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin izibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəlişəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam vəobyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində protocol tərtib edilmiş şəxsin izahatı, ekspert rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq üzərində 0,24 qram nakrotik vasitə qurudulmuş marixuana saxlayaraq daşımışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1191/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Şəxs ilə cavabdeh X10 arasında Xaçmaz rayon Uzunoba icra nümayəndəliyində qeydə alınmış 19 iyul 2010-cu il tarixli 04 saylı nikah qeydi pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş 21 yanvar 2016-cı il təvəllüdlü X7, 13 noyabr 2018-ci il təvəllüdlü X4 və 09 noyabr 2014-cü il təvəllüdlü X5 ataları Şəxs himayəsində saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-318/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 11 yanvar 2022-ci il tarixdən başlayaraq 09 noyabr 2014-cü il təvəllüdlü X5, 21 yanvar 2016-cı il təvəllüdlü X7 və 13 noyabr 2018-ci il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılmaları üçün Şəxs xeyrinə hər ay hər uşaq üçün 80 manat, cəmi 240 (iki yüz qırx manat) manat aliment tutulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 8014)-149/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərardadının surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-318/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsinin icrası üsulu və qaydası dəyişdirilərək həmin qətnamə ilə borclu X3 21 yanvar 2016-ci il təvəllüdlü X7, 13 noyabr 2018-ci il tarixli X4, 09 noyabr 2014-cü il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.26 misli həddində sabit pul məbləğində alimentin tutularaq tələbkar Şəxs ödənilməsinə dair qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən məhkəmə qətnamləri ilə müəyyən olunur ki, Şəxs himayəsində üç azyaşlı övladı var və uşaqlar anadan ayrı atanın himayəsində yaşayırlar, Şəxs himayəsində olan hər üz azyaşlı uşağını təkbaşına böyüdür. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində üç azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, himayəsində üç azyaşlı uşağının olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi baxımından ədalətli, qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs 04 yanvar 2025-ci il tarixdə saat 18:43-dən 05 yanvar 2025-ci il tarixdə saat 00:50-dək şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmaması, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görülməsi barədə məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2025ci il tarixli 597 nömrəli rəyi nəzərə alınmalı, Şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməli və onun ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş 0,24 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 hüquqlarının müdafiəsinə 04 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 0,24 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar