Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-193/2025 16.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş rayon Polis X1 Bölməsinin sahə rəisi X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda heç yerdə işləməyən, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16 aprel 2025-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində ucadan danışıb səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında izahatında göstərdi ki, 16 aprel 2025-ci il tarixdə saat 11:30 radələrində Ağdaş rayon X7 Bölməsinin müstəntiqi Sirac Kərimovun icraatında olan cinayət işi ilə əlaqədar olaraq Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs izahatının alınması ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinə dəvət olunması üçün yaşadığı ünvana Post Patrul Xidməti Bölüyünün polis əməkdaşları getmişlər. Həmin ünvanda yaşadığı evin qarşısında Şəxs küçədə ucadan qışqıraraq səs-küy salıb ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsdən sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdiyindən Şəxs nizam intizama dəvət edib Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun barəsində Ağdaş rayon X7 Bölməsində cinayət işi ilə bağlı araşdırma aparılır və polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, lakin o getmədiyinə görə polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. O, da əsəbi olduğundan söyüşlər söymüş, həmin söyüşləri həm polis əməkdaşlarına, həm də ümumi olaraq ünvanlamışdır. Daha sonra polis əməkdaşlarına heç yerə getməyəcəyini, özü istədiyi təqdirdə gedəcəyini demişdir. Sonra onu polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X8 izahat verərək göstərdi ki, 16 aprel 2025-ci il tarixdə saat 11:30 radələrində Ağdaş rayon X7 Bölməsinin müstəntiqi Sirac Kərimovun icraatında olan cinayət işi ilə əlaqədar olaraq Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs izahatının alınması ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinə dəvət olunması üçün yaşadığı ünvana Post Patrul Xidməti Bölüyünün polis əməkdaşı Yusif Rəhimovla birlikdə getmişlər. Həmin ünvanda yaşadığı evin qarşısında Şəxs küçədə ucadan qışqıraraq səsküy salıb ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsdən sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdiyindən Şəxs nizam intizama dəvət edib Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. X3 məhkəmə iclasında digər şahid X5 izahatına oxşar izahat verdi. İş materiallarında olan 16 aprel 2025-ci il tarixdə Ağdaş rayon X13 Patrul Xidməti Bölüyünün polis nəfəri Elçin Cəfərov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, 16 aprel 2025-ci il tarixdə saat 11:30 radələrində Ağdaş rayon X7 Bölməsinin müstəntiqi polis baş leytenantı Sirac Kərimovun icraatında olan cinayət işi ilə əlaqədar olaraq Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs izahatının alınması ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinə dəvət olunması üçün yaşadığı ünvana Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Yusif Rəhimovla birlikdə həmin ünvana getmişlər. Həmin ünvanda yaşadığı evin qarşısında Şəxs küçədə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən sakit olmasını, ictimai qaydanı pozmamağı tələb etmişlər. Həmin şəxsə törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduğunu bildirərək ona göstərilən maddənin tələblərini izah etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Həmin şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması halları olduğuna görə onlar Şəxs nizam intizama dəvət edib Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə, himayəsində bir azyaşlı övladının olmasını həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 aprel 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-193/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-193/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver