Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-194/2025 30.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası X6 Xidmətinin (DƏMX) X10 Şöbəsinin nümayəndəsi Nümayəndə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, Azərbaycan Respublikası X6 Xidmətinin (DƏMX) X10 Şöbəsinin rəis müavininin seriya MN ******* saylı, 01 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X6 Xidmətinin (DƏMX) X10 Şöbəsinin rəis müavininin 01 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X9 həmin qərardan şikayət vermişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, o, 10 sentyabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək Ağdaş rayonu, Ləki qəsəbə tam orta məktəbdə direktor işləmişdir. Qeyd olunan tarixdə yaş həddinə görə işinə xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur (18 mart 2025-ci il tarixli, MN ******* saylı protokol). Məsələ ilə bağlı ƏSMN-nin Mingəçevir üzrə sektor müdirini əvəz edən M.Məmmədovla görümüşdür. Məlum olmuşdur ki, məktəbdə kiçik xidmətedici işçi kimi işləmiş Kifayət Məmmədovanın rəhbər orqanlara ünvanlamış olduğu şikayət ərizəsi ilə bağlı (müqaviləsi olmadan işçini işə götürdüyünə görə) cərimə olunmuşdur. 17 iyun 2024-cü il tarixdə Kifayət Məmmədovanın yaş həddinə görə işinə xitam verilmiş, lakin ailə vəziyyəti ilə bağlı rəhbərlikdən onunla müddətli müqavilə bağlanması üçün xahiş etmiş və onunla 04 (dörd) ay müddətinə müqavilə bağlanması üçün razılıq verilmişdir. Kifayət Məmmədova söz arxayınçılığına görə 01 sentyabr 2024-cü il tarixdən işdən çıxmış və gündəlik “İşçilərin işə dəvamiyyəti kitabı”na imza etmişdir. O, 10 sentyabr 2024-cü il tarixdə işə çıxdıqda o, və kollektivə təqdimat iclasında Kifayət Məmmədovanı məktəbdə görmüşdür. Məktəb uzun müddət əvəzetmə ilə idarə olunduğundan bütün sahələr üzrə çatışmazlıqlar, nöqsanlar çox olmuş, həmçinin kollektiv onun üçün yeni idi. Əmək müqavilələrini yoxlamaq üçün “Asan imza” aktiv deyildir. 2024/2025-ci tədris ilində məktəb üzrə 1 sinif komplekti azaldığına görə texniki işçilərin ümumi stata vahidindən 0,5 ştat bajidi azalmışdır. Buna görə Kifayət Məmmədova ilə 01 oktyabr 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək 03 (üç) ay müddətinə müddətli müqavilə bağlanmasına dair MARTJ razılıq məktubu verilmiş və həmin müddət üçün onunla müddətli müqavilə bağlanmışdır. Məhz sentyabr ayın 1-dən deyil, oktyabr ayının 1-dən müqavilənin bağlanmasına etiraz olaraq rəhbər orqanlara şikayət etmiş, 20 fevral 2025-ci il tarixədə isə şikayətinə baxılmasının dayandırılması üçün Ağdaş rayon Notarisuna müraciət etmiş, rəsmi arayış almış, rayon Təhsil Sektoruna təqdim etmişdir. Bütün bunlara baxmayaraq Kifayət Məmmədovanın müqaviləsi olmadan işə dəvamiyyətinin onun direktor təyin edildiyi gündən 10 gün əvvəl başladığını, şikayət ərizəsinə baxılmasının hazırda təqaüddə olmasını nəzərə alaraq ondan tutulması üçün ƏSMN tərəfindən qərara alınan 3000 (üç min) manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, 10 sentyabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək Ağdaş rayonunun Ləki qəsəbə tam orta məktəbdə direktor işləmişdir. O, 10 sentyabr 2025-ci il tarixdən 02 oktyabr 2025-ci il tarixədək Kifayət Məmmədovanın həmin məktəbdə işləməsinə icazə vermişdir. Buna səbən rəhbərliyin bu barədə məlumatı olması və rəhbərliyin ona yaxın günlərdə müqaviləni bərpa edəcəklərini bildirməsi olmuşdur. O, işə girdiyi ilk 5 gün təhvil-təslimlə məşğul olmuş, sonradan isə xanımın orada işləməsinə göz yummuşdur. O, Kifayət Məmmədovanı qanunsuz işlətməsini etiraz etmir, lakin həmin xanım ondan əvvəl də həmin məkdəbdə işləmişdir. o, hazırki qərarla razılaşmır ona görə ki, ondan əvvəl direktor vəzifələrini icra edən şəxs barəsində də protokol tərtib edilməli idi, lakin onun barəssinddə protokol tərtib edilməmişdir. Hazırda təqaüddədir, həmin cəriməni ödəməyə imkanı yoxdur, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası X6 Xidmətinin (DƏMX) X10 Şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, vətəndaş Kifayət Məmmədovanın şikayəti əsasında araşdırılma aparılmış, aparılmış araşdırma nəticəsində tərəflərin izahatları alınmış və Hürü Əliyeva öz izahatında da Kifayət Məmmədovanın qanunsuz işləməsini etiraf etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmamalıdır. İş materiallarında olan “İşçilərin işə dəvamiyyəti kitabı”nın surətindən görünür ki, X2 01 sentyabr 2024-cü il tarixdən “İşçilərin işə dəvamiyyəti kitabı”na imza etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, 02 oktyabr 2024cü il tarixdə işə götürən X9 ilə işçi X2 arasında Ağdaş rayon Ləki qəsəbə 6 nömrəli tam orta məktəbdə əsas, kiçik xidmətedici vəzifəsinə təyin edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iş günü 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli, iş saat 08:00-da başlanmalı, 17:00-də bitməli, nahar vaxtı 13:00dan 14:00-dək olmalıdır. İş materiallarında olan X2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X10 şöbəsinə notarial qaydada ünvanlandığı ərizənin sürətindən görünür ki, ünvan 1 məktəbində xadimə ştatı üzrə işlədiyi 2024-cü tədris ilində ona hesablanmış əmək haqqı ilə bağlı olduğu şikayətinə baxılmasının dayandırılmasınə xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X6 Xidmətinin X10 Şöbəsinin rəis müavini X1 tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, təqdim edilmiş sənədləri və işin faktiki hallarını araşdırmaqla, belə nəticəyə gəlir ki, X9 qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət X10 şöbəsinin 01 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Adı çəkilən qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Belə ki, qərardan şikayət vermiş şəxs öz izahatında Kifayət Məmmədovanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb etdiyini etiraf etmişdir. Bundan əlavə məhkəmə iclasında tədqiq olunan “İşçilərin işə dəvamiyyəti kitabı” və əmək müqaviləsiilə müəyyən olunur ki, X2 il mək müaviləsi 02 oktyabr 2024-cü il tarixdən bağlanmasına baxmayaraq o, 01 sentyabr 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixə kimi davamiyyət kitabına imza edərək həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Lakin, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Ona görə də, X4 Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət X10 şöbəsinin 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmət X10 Şöbəsinin 01 aprel 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-194/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-194/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver