Məhkəmə qərarları › İş №3(014)-196/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-196/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-196/2025 01.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi Nümayəndə4, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları X14 tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin 14 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə barəsində 14 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Arif Ələkbərov şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin inspektoru X15 tərəfindən 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən 07 dekabr 2024-cü il tarixdə tərəfindən Rusiya Federasiyasının vətəndaşı X10 Məcəlləsinin tələbi pozulmaqla iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildiyi üçün sözügedən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin inspektoru X15 tərəfindən tərtib edilmiş həmin protokola İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən 14 aprel 2025-ci il tarixdə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan görünür ki, iş icazəsi olmadan əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi işə cəlb etmiş vəzifəli şəxs inzibati məsuliyyət daşıyır. İşin faktiki halları bundan ibarətdir ki, Ağdaş şəhəri ərazisində onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iaşə obyekti vardır. Həmin obyektin bir hissəsi şadlıq sarayı, bir hissəsi isə restoran kimi fəaliyyət göstərir. Həmin şadlıq sarayı toy şənliyi keçirən şəxslərə icarəyə verilir. Yəni, toy sahibi, övladına toy etmək istəyən şəxs şadlıq sarayına yaxınlaşaraq, təyin etdiyi toy gününü bildirir və həmin gün şadlıq sarayının boş olub-olmadığını, qiymətləri, göstərilən xidmətin keyfiyyəti və s. ilə maraqlanır, əgər şəxs həmin şərtləri bəyənirsə, onlarla razıdırsa, şadlıq sarayını bir günlük icarəyə götürür. 07 dekabr 2024-cü il tarixdə keçirilən toy şənliyinin sahibi vətəndaş Fərid Hacıyev olmuşdur. Onların toy şənliyini keyfiyyətli təşkil edilməsi üçün hər cür şəraitləri var, yəni öz aşbaz, ofisiant, audiovizual materialların çəkilişi üçün operator və s. hamısı lazımi qaydada təşkil olunur. Onların toy sahibinin gətirdiyi əlavə şəxslərə müdaxilə etmələri mümkün deyil. Toy sahibi toyu təşkil edən şəxs kimi, şadlıq sarayına bir gün faktiki idarəçiliyi həyata keçirir. Barəsində inzibati protokolun tərtib edilməsi səbəbini araşdırarkən müəyyən etmişdir ki, həmin gün, toy sahibi tərəfindən ya qohumu, ya tanışı, ya başqa cür münasibəti olan şəxs kimi Rusiya Federasiyasının vətəndaşı olması göstərilən Yaşar Hüseynov toy şənliyinə nəzarət və köməklik etməsi üçün toya gətirilmişdir. O, həmin şəxsi nə tanımır, nə münasibətdə deyil, nə işçi kimi işə götürməmiş, hər hansı işə cəlb etməmişdir. Həmin şəxs şadlıq sarayında yalnız həmin gün həmin toyun keçirildiyi dövrdə olmuşdur. Toy sahibi olan şəxslər adətən öz adamlarından inandıqları şəxsi toya nəzarət və köməklik etmələri üçün, məsələn, toy şənliyinə hədiyyə olaraq gətirilən pulların yığılmasına nəzarət etməyə, toyda dava-dalaş olmasın deyə nəzarət edən, qohumları-qardaşları arasında nüfuza sahib olan şəxslər şadlıq sarayına gətirilirlər. Nə onun, nə də şadlıq sarayında işləyən şəxslərin toy sahibinin adamlarına, qohumlarına, tanışlarına müdaxilə etmək ixtiyarları yoxdur. Hətta toyda xoşagəlməz hal olduqda belə, onlar dərhal hüquq-mühafizə orqanına müraciət edib, özbaşınalığa yol vermirlər. Qeyd olunduğu kimi iş icazəsi olmadan əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi işə cəlb etməmiş və o, etmədiyi əmələ görə məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında X5 nümayəndəsi Nümayəndə4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Arif Ələkboruvun barəsində olan qərar heç bir qanuni əsas olmadan tərtib edilmişdir. Belə ki, Miqrasiya Xidmətinin əməkdaşları araşdırma aparmadan Rusiya Federasiyasının vətəndaşı olan Yaşar Hüseynovun “Ağdaş Palace” ailəvi istirahət mərkəzində işləməsi faktını subut edə biləcək hər hansı hərəkət etməmişlər, yəni istirahət mərkəzinə gəlib həmin şəxsin xidmət göstərməsini və ya insanlara qulluq etməsi hallarını müəyyən etməmişlər. Yaşar Hüseynov bir dəfə qohumunun toyunda kömək məqsədi ilə iştirak etmişdir. Digər günlərdə “Ağdaş Palace” ailəvi istirahət mərkəzində işləməmiş və ya ona əmək haqqı verilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin nümayəndəsi Nümayəndə3 şikayətin dəlillərini əsassız hesab edərək, verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında əsasnamənin 9.9-cu bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək məqsədilə 10 mart 2025-ci il tarixdə X12 idarəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyası vətəndaşı Yaşar Hüseynovun (pasport: 5********) qeydiyyatda olduğu Ağdaş rayonu, Qolqəti kəndində ünvan yoxlaması keçirilmişdir. Şəxsin qeydiyyata düşdüyü ünvanda yaşamadığı müəyyən olunmuş, eyni zamanda Ağdaş RİH yanında Qolqəti İƏD nümayəndəliyi tərəfindən təqdim edilən arayışda şəxsin qeydiyyata düşdüyü ünvanda yaşamadığı qeyd olunmuşdur. Şəxslə telefon vasitəsilə əlaqə saxlanılmış, “Ağdaş Palace” yaxınlığında yerləşən ehtiyat hissələri dükanında olduğunu bildirmişdir. Şəxslə görüş keçirilmiş, şəxs yazılı izahatında Qolqəti kəndində qeydiyyatda düşsə də, Ağdaş şəhəri, Maşad küçəsində yerləşən nənəsinə məxsus evdə yaşadığını bildirmişdir. Eyni zamanda, Ağdaş şəhərində yerləşən “Ağdaş Palace” ailəvi istirahət mərkəzində ofisant kimi fəaliyyət göstərdiyini, hər ay 4-5 toy məclisində işləmək üçün dəvət olunduğunu, təşkil edilən toy məclisindən asılı olaraq saat 1700-dan 00:00-dək fəaliyyət göstərdiyini qeyd etmişdir. Gördüyü işin qarşılığında “Ağdaş Palace” rəhbərliyi tərəfindən gündəlik 15 manat əmək haqqı verildiyini və iş vaxtı yemək xərcinin “Ağdaş Palace” rəhbərliyi tərəfindən qarşılandığını bildirmişdir. Şəxsin yazılı izahatı əsasında 10 mart 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Şəxs barəsində 11 mart 2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 300 manat məbləğində cərimə olunmuş və qərar şəxs tərəfindən icra olunmuşdur. İşəgötürən tərəf olan “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin rəhbəri X3 Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması ilə əlaqədar 13 mart 2025-ci il tarixli 19/4529/di nömrəli bildirişlə 19 mart 2025-ci il tarixə X12 idarəsinə dəvət olunmuş, lakin şəxs çağırış üzrə gəlməkdən boyun qaçırmışdır. X14 barəsində Hüseynov Yaşarın yazılı izahatı və sosial şəbəkədən əldə edilmiş görüntülər əsasında 19 mart 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, “İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında” 19 mart 2025-ci il tarixli, 19/55/QD nömrəli qərardad qəbul edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 02 aprel 2025-ci il tarixdə işə baxılmasında iştirak etmək üçün X12 idarəsinə dəvət olunmuşdur. Lakin şəxs göstərilən tarixdə inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmişdir. “İnzibati xəta haqqında işin baxılmasının başqa vaxta keçirilməsi barədə” 02 aprel 2025-ci il tarixli, 19/59/QD nömrəli qərardad qəbul edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 14 aprel 2025-ci il tarixdə işə baxılmasında iştirak etmək üçün X12 idarəsinə dəvət olunmuş, şəxs bu dəfə də göstərilən tarixdə inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmişdir. X14 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan əcnəbini işə cəlb etdiyinə görə barəsində 14 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilmişdir. X14 tərəfindən X12 idarəsinin qeyd edilən qərarından edilən şikayətdə Rusiya Federasiyası vətəndaşı Yaşar Hüseynovun 07 dekabr 2024-cü il tarixdə keçirilən toy şənliyinin sahibi Fərid Hacıyev tərəfindən dəvət edildiyini bildirir. Lakin “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin sosial şəbəkə hesablarında fərqli tarixlərdə edilən paylaşımlarda Hüseynov Yaşar “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin digər ofisantları ilə eyni geyimdə xidmət göstərməyə hazırlaşarkən görüntülənir. Həmçinin şəxsin anası Şahid1 Səbuhir qızının 11 mart 2025-ci il tarixdə verdiyi yazılı izahatında ailə xərclərinin oğlu Hüseynov Yaşar tərəfindən qarşılandığını, eləcə də oğlunun Ağdaş şəhərində yerləşən “Ağdaş Palace”da ofisant işlədiyini, gündəlik olaraq 10 manat qazandığını bildirmişdir. Sosial şəbəkə görüntüləri və yazılı izahatlar Rusiya Federasiyasının vətəndaşı Yaşar X1 tərəfindən iş icazəsi alınmadan işə cəlb edildiyini açıq-aşkar göstərməkdədir. Qeyd olunanların nəzərə alınıb Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin 14 aprel 2025ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X16 izahatında bildirdi ki, o, X12 İdarəsində Miqrasiya rejmi nəzarət şöbəsində inspektor vəzifəsində işləyir. Ağdaş rayonu X12 İdarəsinin xidməti ərazisi olduğuna görə orada yaşayan vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin ünvaında müntəzəm yoxlamalar keçirilir. Yoxlama zamanı Rusiya Federasiyasının vətəndaşı Yaşar Hüseynovun qeydiyyatda olduğu ünvanda yaşamamsı tərəflərindən aşkar olunmuşdur. Şəxs öz yazılı izahatında “Ağdaş Palace” ailəvi istirahət mərkəzində ofisiant işləməsini qeyd etmişdir. Qeyd olunan hal şəxs tərəfindən izahatında etiraf olunduğundan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxs, yəni Arif Ələkbərov barəsində protokol tərtib edilmiş və ünvanına göndərilmişdir. İşə baxılması üçün vaxt təyin edilmiş və Arif Ələkbərova bildiriş göndərilmiş, lakin Arif Ələkbərov gəlmədiyi üçün işə mahiyyəti üzrə baxılmış və qərar qəbul edilmişdir. Yaşar Hüseynov idarədə olarkən izahatı alınmış və o, izahatında “Ağdaş Palace” ailəvi istirahət mərkəzində ofisiant işlədiyini və qarşılığında müəyyən məbləğdə məvacib aldığını qeyd etmişdir. X13 sözügedən obyektdə fərqli tarixlərdə ofisiant işləməsi sosial şəbəkədən əldə edilmiş videogörüntülərdə əks olunmuşdur. Bununla da, belə qənaətə gəlmək olur ki, Yaşar Hüseynov müxtəlif vaxtlarda “Ağdaş Palace” ailəvi istirahət mərkəzində ofisiant işləmiş, həmçinin onun həmin obyektə işləməsi özünün verdiyi izahatı ilə də sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 şahid X4 izahatına uyğun izahat verdi Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. Ağdaş rayonu, Qolqəti kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşama icazəsi almışdır. O, heç yerdə işləmir, qohumlarının dəstəyi ilə yaşayırlar. Hərdən qohumları həyətdə işləməyə çağırırlar və o da həyətlərdə işləyərək öz qazancını təmin edir. O, Nümayəndə4 tanımır, ətrafında olan insanlardan onun iş adamı olduğunu, həmçinin onun “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin sahibi olduğunu bilir. O, hərdən qohumları və ya dostları ilə “Ağdaş Palace” ailəvi istirahət mərkəzinə gedir, yemək yeyir və çıxıb evə gəlir. Daha sonra Yaşar Huseynov sualları cavablandıraraq bildirdi ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ona yaxınlaşaraq yaşayış yerini tərk etdiyini bildirib onu Miqrasiya İdarəsinə dəvət etmişlər və izahatını almışlar. Ondan “Ağdaş Palace” ailəvi istirahət mərkəzində işləyib-işləməməsi soruşulmuş, o da işləmədiyini bildirmişdir. Daha sonra ona fotoşəkillər göstərilmiş, o da 07 dekabr 2024-cü il tarixdə dostunun toyunda içkilərə nəzarət edib toy sahiblərinə kömək məqsədi ilə “Ağdaş Palace” ailəvi istirahət mərkəzinə getdiyini bildirmişdir. O, həmin vaxt qəhvəyi rəngli köynək geyinmiş, daha sonra üşüdüyü üçün “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin işçiləri tərəfindn ona göy rəngli jilet verilmişdir. O, “Ağdaş Palace” ailəvi istirahət mərkəzinə dostunun toyuna kömək etmək məqsədi ilə getmişdir. Dövlət Miqrasiya Xidmətində “Ağdaş Palace” ailəvi istirahət mərkəzində işləməsinə dair verdiyi izahatını təsir altında yazmışdır. Belə ki, Miqrasiya İdarəsinin əməkdaşları ondan “Ağdaş Palace” ailəvi istirahət mərkəzində işlədiyini qeyd etmədiyi halda deportasiya olunacağını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin rəisi vmie miqrasiya xidməti müşaviri X19 tərəfindən qəbul edilmiş 14 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X14 578.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. X12 İdarəsinin inspektoru X16 tərəfindən tərtib edilmiş 19 mart 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən 07 dekabr 2024-cü il tarixdən X14 tərəfindən Rusiya Federasiyasının vətəndaşı X10 Məcəlləsinin tələbi pozulmaqla iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Dövlət Miqrasiya İdarəsinə ünvanlanmış 12 mart 2025-ci il tarixli məktubun surətindən görünür ki, X14 13 oktyabr 2015-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, baza məlumatlarına əsasən “Ağdaş Palace” ailəvi istirahət mərkəzi **********-33002 kodlu təsərrüfat subyekti (obyekti) 26 may 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 mart 2025-ci il tarixli, 5-32-12/2-116/2025 saylı arayışının surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı olan X22 kənd ərazisində yaşamayıb və halhazırda yaşamır. Yaşar Hüseynovun tərəfindən Dövlət Miqrasiya Xidmətinə verilmiş 10 mart 2025-ci il tarixli izahatın surətindən görünür ki, X25 Miqrasiya Xidmətində araşdırma aparılan zaman şəxsən əlyazma üsulu ilə izahat vermiş və izahatında müvəqqəti yaşama icazəsi aldıqdan sonra Ağdaş şəhərində yerləşən “Ağdaş Palace” ailəvi istirahət mərkəzində günlük on beş manat əmək haqqı alaraq ofisiant işlədiyini bildirmişdir. Şahid1 Səbuhir qızı tərəfindən Dövlət Miqrasiya Xidmətinə verilmiş 11 mart 2025-ci il tarixli izahatın surətindən görünür ki, Şahid1 Dövlət Miqrasiya Xidmətində araşdırma aparılan zaman şəxsən əlyazma üsulu ilə izahat vermiş və izahatında Yaşar Hüseynovnun oğlu olduğunu, oğlunun Ağdaş şəhərində yerləşən “Ağdaş Palace” ailəvi istirahət mərkəzində gündəlik 10 manat əməkhaqqı qarşılığında işləyərək ehtiyaclarının oğlu Yaşar Hüseynov tərəfindən qarşılandığını bildirmişdir. MYİ seriyalı 0****** nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı X26 rayonu, Qolqəti kəndində qeydiyyata düşməklə 26 dekabr 2024-cü il tarixdən 26 dekabr 2026-cı il tarixədək Azərbaycan Respublikasında yaşamasına icazə verilmişdir. Rusiya Federasiyası tərəfindən verilmiş RUS seriyalı 55 058123 nömrəli pasportun surətindən görünür ki, 07 yanvar 1999-cu il təvəllüdlü X2 Federaiyasının vətəndaşı olmaqla, Tomsk oblastında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayətçi X14 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi ərizəsinə əlavə etməmiş və Arif Ələkbərovun nümayəndəsi Nümayəndə4 da məhkəmə icraatı zamanı şikayətin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, X14 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla və iş icazəsi alınmadan əcnəbi şəxs Yaşar Hüseynov ilə əmək müqaviləsi bağlamadan onu işə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallarla müəyyən olunur ki, X27 Federasiyasının vətəndaşıdır və o, 26 dekabr 2024-cü il tarixdən 26 dekabr 2026-cı il tarixədək müvəqqəti yaşama icazəsi almışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında əsasnamənin 9.9-cu bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək məqsədilə X12 İdarəsinin əməkdaşları tərəfindən 10 mart 2025-ci il tarixdə Rusiya Federasiyası vətəndaşı Yaşar Hüseynovun qeydiyyatda olduğu Ağdaş rayonu, Qolqəti kəndində ünvan yoxlaması keçirilmiş, şəxsin qeydiyyata düşdüyü ünvanda yaşamadığı və “Ağdaş Palace” ailəvi istirahət mərkəzində ofisinat işləməsi müəyyən olunmuşdur. Yaşar Hüseynovun “Ağdaş Palace” ailəvi istirahət mərkəzində ofisiant işləməsi onun və anasının X12 İdarəsində vermiş olduğu izahatları, eyni zamanda məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının verdikləri izahatla da öz təsdiqini tapır. Bundan başqa, iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə və fotoşəkillərə baxış keçirilmiş və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin sosial şəbəkə hesablarında fərqli tarixlərdə edilən paylaşımlarda Yaşar Hüseynov “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin digər ofisantları ilə eyni geyimdə xidmət göstərir. X14 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsini bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin, şahidlərin izahatları ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X5 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Yaşar Hüseynovun “Ağdaş Palace” ailəvi istirahət mərkəzində işləməməsi barədə izahatına gəldikdə isə məhkəmə qeyd edir ki, onun bu izahatı “Ağdaş Palace” ailəvi istirahət mərkəzinin sosial şəbəkə hesablarında fərqli tarixlərdə edilən paylaşımları, istirahət mərkəzinin digər əməkdaşları ilə eyni geyimdə xidmət göstərməyə hazırlaşarkən görüntülənməsi, istirahət mərkəzində olan müştərilərə xidmət göstərməsi, bunu etiraf etməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına verdiyi izahatı, həmçinin onun anası Şahid1 oğlu X23 şəhərində yerləşən “Ağdaş Palace”da ofisant işləməsi barədə izahatı ilə təkzib edilir. Yuxarıda qeyd olunan sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Yaşar Hüseynovun məhkəmə iclasında Arif Ələkbərovun xeyrinə verdiyi ifadə sonuncunun məsuliyyətdən yayındırılması üçün atılmış bir addımdır və bu səbəbdən onun məhkəmə iclasında verdiyi həmin ifadə həqiqəti əks etdirən sübut kimi qəbul edilməməlidir. Beləliklə, ərizəçi X8 istinad edilən inzibati xəta hadisəsinə qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən təqdim edilən sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, həmin sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və X5 əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməz. X5 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, X5 əməlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin 14 aprel 2025-ci il tarixli, MN № ******* saylı qərarı qanuni və əsaslı olduğundan inzibati tənbeh verilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X12 İdarəsinin 14 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar