Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-197/2025 25.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X23, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 və onun vəkili X4 iştirakları ilə, 20 noyabr 1986-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, və yaşayan X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-749/2021 saylı 16 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən X7 xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 sentyabr 2009-cu il təvəllüdlü X17, 23 sentyabr 2011-ci il təvəllüdlü X12 və 10 sentyabr 2014-cu il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsinə dair icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Bununla da, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X28 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-749/2021 saylı 16 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 sentyabr 2009-cu il təvəllüdlü X17, 23 sentyabr 2011-ci il təvəllüdlü X12 və 10 sentyabr 2014-cu il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsinə dair icra sənədi icraatına 13 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Həmin tarixdə borcluya bildiriş göndərilmişdir. Borclunun izahatı 30 mart 2022-ci il tarixdə alınmışdır. Bundan sonra X13 bildiriş verilməklə icra sənədində olan tələb və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. X3 icra sənədi üzrə olan alimenti heç vaxt vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Onun barəsində inzibati cəlb edilmə və müxtəlif tədbirlər görülməsinə baxmayaraq X18 aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bu səbəbdən X10 bugünə X6 4040 manat aliment borcu yaranmışdır. X9 aliment borcunu ödəməsi tələb olunsa da, borclu 4040 manat borcu üzrsüz səbəbdən ödəmir. X1 aliment borcunun hamısının birdəfəlik ödənilməsini tələb edir. X16 isə borcu birdəfəlik ödəyə bilmir. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. X16 hətta çağırışlara gəlmədiyinə görə barəsində borclunun axtarılması haqqında qərar qəbul edilmiş və borclu axtarış nəticəsində gətirilmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq X10 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X29 məhkəmə iclasında sualları cavablandırrkən bildirdi ki, əvvələr şəxs 8 gün həbs olunmuşdur, o, borclu barəsində protokol tərtib edib məhkəməyə verdikdən sonra borclu 700 manat ödəniş etmiş, hazırda 3340 manat aliment borcu vardır. 3 gün əvvəl Həsrətin iş yerindən qızın hesabına 1119 manat məbləğində pul vurulmuşdur. X25 aliment borcunun tam ödənilməsini istəyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xəstə olduğu üçün işləyə bilmədiyindən, borcunu ödəyə bilməmişdir. Hazırda Qəribli yolu üzərində tikinti yerində işə girmişdir, oradan aldığı maaş ilə borcunu tamamilə ödəyəcəkdir. Hazırda həmin məbləğdən ödəniş edə bilmir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə 16 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X7 xx.xx.2021-ci il tarixdən başlayaraq, 15 sentyabr 2009-cu il təvəllüdlü X17, 23 sentyabr 2011-ci il təvəllüdlü X12 və 10 sentyabr 2014-cu il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 13 aprel 2021-ci il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2021-ci il tarixli № 84216/2021-71-6-003 saylı bildirişin surətindən görünür ki, X13 bildiriş 13 aprel 2021-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-139/2023 saylı 06 mart 2023-cü il tarixli qərarından görünür ki, X16 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş və, həbsin əvvəli 04 mart 2023-cü il tarixdən saat 00:30-dan hesablanması qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş X13 inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. X16 məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 14 may 2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X16 müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə onun hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili X14 həyata keçirmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X10 hüquqlarının müdafiəsinə 05 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X13 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. X16 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 14 may 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. X13 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 55 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-197/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-197/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver