Məhkəmə qərarları › İş №3(014)-199/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-199/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-199/2023 27.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün inspektoru, polis serjantı X2 iştirakı ilə xx.xx.1997-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 27 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, Şəxs 25 mart 2023-cü il tarixdə saat 18:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul edərək idarə etməyə görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmış, sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrilmiş, orada həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün inspektoru, polis serjantı X3 məhkəmə iclasında izah etdi ki, Şəxs 25 mart 2023-cü il tarixdə saat 18:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul edərək idarə etməyə görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmış, sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrilmiş, orada həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 25 mart 2023-cü il tarixdə saat 18:00 radələrində idarə edərkən Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün inspektoru, polis serjantı X3 tərəfindən saxlanıldığını, bundan sonra Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrildiyini, orada narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edildiyini, əməlindən peşman olduğunu ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin 24 mart 2023-cü il tarixli 571 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktınından görünür ki, Şəxs narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 494 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabioiddən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İnzibati materiala əlavə edilmiş görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün 27 mart 2023-cü il tarixli arayişindən görünür ki, BDYPİ-nin X1 yoxlanılarkən Şəxs son bir il ərzində Azərbaycan Respublikasının 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş İXP5309941 nömrəli, 25 mart 2023cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 mart 2023-cü il tarixdə saat 18:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106 MİNİK” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul edərək idarə etməyə görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmış, sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrilmiş, orada həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətaya görə inzibati tənbeh almış Şəxs əməlindən peşman olduğunu bildirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh növü olan həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 27 mart 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar