Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-199/2025 29.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 29 avqust 1980-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş şəhəri, Şahid2 prospekti 110 ünvanında yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 aprel 2025-ci il tarixdə saat 19:43 radələrində Ağdaş şəhəri, Şahid2 prospektində ucadan danışıb səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda, Şəxs Gəncə şəhər Narkoloji Dispanserinin 28 aprel 2025-ci il tarixli rəyinə əsasən THC (marixuana) istifadə etməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında izahatında göstərdi ki, Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan X5 DİN-nin 102xidmətinə '‘Anar” adlı şəxs tərəfindən təhqir edilməsi ilə bağlı etdiyi müraciət əsasında polis əməkdaşları həmin ünvana getmişlər. Ünvana çatdıqları zaman '’Oliqarx" çay evinin qarşısında - küçədə Şəxs Röya Yusifovanın DİN-in 102 Xidmətinə etdiyi şikayətlə bağlı məlumat vermişlər. Bu zaman Şəxs küçədə ucadan qışqırıb səs-küy salaraq, ünvansız söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları ona sakit olmasını, ictimai qaydanı pozmamasını bildirib nizam-intizama dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Polis əməkdaşları dərhal ərazidə xidmət aparan PPXB-ün polis əməkdaşlarını hadisə yerinə çağırmışlar. PPXB-ün əməkdaşları hadisə yerinə gəldiyi zaman Şəxs yenidən səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamış və onun əməlində AR İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri olduğu üçün polis əməkdaşları Şəxs Ağdaş rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Şəxs narkotik vasitə qəbulunda şübhəli olduğu üçün o, Gəncə şəhəri Narkoloji Dispanserinə ambulator məcburi Narkoloji-tibbi müayinə üçün aparılmış və onda narkotik vasitə olan marixuana istifadə etməsı halı aşkar olunmuşdur. Daha sonra Şəxs barəsində 28 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun azyaşlı övladı “Oliqarx” istifahət mərkəzinə gedir. Dəfələrlə övladından ora getməməsini tələb etməsinə baxmayaraq oğlu yenə də həmin yerə getmişdir. O, həmin istirahət mərkəzinə gedərək oğlunun həmin mərkəzə girişinə icazə verilməməsini tapşırmış bundan sonra səs-küy yaranmış və polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində bir gün qaldıqdan sonra polis əməkdaşları ona gözündə problem olduğunu bildirmişlər və daha sonra onu Gəncə şəhərinə apararaq narkoloji müayinədən keçirmişlər. Ondan analiz alınmamasına baxmayaraq onda müsbət nəticə çıxmışdır. O, əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin iki il olar ki, narkotik vasitədən istifadə etmir. Hazırda əməllərindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, 27 aprel 2025-ci il tarixdə saat 19:43 radələrində Ağdaş rayon Polis Şöbəsinin ƏİQ-da xidmətdə olduğu zaman Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan X5 DİN-nin 102xidmətinə "Anar’' adlı şəxs tərəfindən təhqir edilməsi ilə bağlı etdiyi müraciət əsasında qrup üzvləri ilə birlikdə həmin ünvana getmişlər. Ünvana çatdıqları zaman “Oliqarx’' çay evinin qarşısında - küçədə Şəxs özlərini təqdim edərək Röya Yusifovanın DİN-in 102 Xidmətinə etdiyi şikayətlə bağlı ona məlumat vermişlər. Bu zaman Şəxs küçədə ucadan qışqırıb səs-küy salaraq, ünvansız söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsdən sakit olmasını, ictimai qaydanı pozmamasını bildirib nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirdiyi üçün onlar dərhal ərazidə xidmət aparan PPXB-ün polis əməkdaşlarını hadisə yerinə çağırmışlar. PPXB-ün əməkdaşları hadisə yerinə gəldiyi zaman Şəxs yenidən səsküy salmağa, ünvansız küçə söyüşləri söyməyə başladığı üçün PPXB-nün əməkdaşları ilə birgə onun şəxsiyyətini müəyyən etmək və barəsində qanuni tədbir görülməsi üçün Ağdaş RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Şahid1 sualları cavablandıraraq bildirdi ki, həmin vaxt ətraf 8-10 nəfər adam var idi. Onlar hadisə yerinə çatdıqda mübahisə olduğu onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan Ağdaş rayon X7 Bölməsinin təhqiqatçısı Rəcəb Rəcəbov tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 aprel 2025-ci il tarixli raportdan görünür ki, Ağdaş RPŞ-nin ƏİQ-da xidmətdə olduğu zaman Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan X5 DİN-nin 102-xidmətinə '‘Anar” adlı şəxs tərəfindən təhqir edilməsi ilə bağlı etdiyi müraciət əsasında ƏİQ-un üzvləri: RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid1 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X6 ilə birlikdə həmin ünvana getmişlər. Ünvana çatdıqları zaman '’Oliqarx" çay evinin qarşısında - küçədə Şəxs özlərini təqdim edərək Röya Yusifovanın DİN-in 102 Xidmətinə etdiyi şikayətlə bağlı ona məlumat vermişlər. Bu zaman Şəxs küçədə ucadan qışqırıb səs-küy salaraq, ünvansız söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsdən sakit olmasını, ictimai qaydanı pozmamasını bildirib nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Onlar dərhal ərazidə xidmət aparan PPXB-ün polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid3 hadisə yerinə çağırmışlar. PPXB-ün əməkdaşları hadisə yerinə gəldiyi zaman Şəxs yenidən səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Şəxs əməlində AR İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri olduğu üçün PPXB-ün əməkdaşları ilə birgə onun şəxsiyyətini müəyyən etmək və barəsində qanuni tədbir görülməsi üçün Ağdaş RPŞ-nə gəlirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X8 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 10 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2025-ci il tarixli, 683 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomoniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli, 1492/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) metamfetamin aşkar edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs 2-ci qrup əlildir və 220 manat məbləğində pensiya alır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 535.1-ci maddəsilə nəzərdə tutulan eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, Şəxs İİ qrup əlil olduğundan ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilə bilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs 27 aprel 2025-ci il tarixdə saat 20:43də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Hazırda Şəxs barəsində inzibati həbs tətbiq edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində məcburi müalicə təyin edilməməlidir, lakin məhkəmə narkoloji ekspertizasının 28 aprel 2025-ci il tarixli, 683 nömrəli rəyində Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görüldüyündən Şəxs yaşayış yeri üzrə ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Şəxs yaşayış yeri üzrə ixtisaslaşdırılmış tibb müəssisəsində qeydiyyata alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-199/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-199/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver