Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-2/2021 29.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: xx xxx 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Şəxs sərxoş vəziyyətdə etibarnaməsiz idarə etdiyi VAZ-21041 markalı K 2** PM *** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən çayxananın qarşısında Ağdaş-Ləki avtomobil yolunun 11-ci km-də yolun kənarında arxaya sürərkən idarə etdiyi VAZ-21041 markalı K 2** PM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol buferi ilə orada park etmiş Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini X2 məxsus Mersedes Benz E 220 markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ krelini vurub əzməsi nəticəsində ona 130 manat maddi zərər vurmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı E.Mütəllimovun xx xxx 2020-ci il tarixli qərarı ilə Şəxs və X1 ərizələri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1, 333.2 və 333.3-cü maddələrinin tərkibi olduğundan barəsində həmin maddələr ilə tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞnin DYPB-ə göndərilmiş, Ağdaş RPŞ-nin Yol patrul xidmətinin inspektoru, polis serjantı E.Qasımov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında potokol tərtib edilərək Azərbaycan Respublikası İXM-nin 332.1,.333.2 və 333.3-cü maddələri ilə baxılması üçün xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və xx xxx 2020-ci il tarixdə saat təxminən 21:30 radələrində onun Ağdaş rayonu “Ləki dörd yolu” adlanan yerdə çayxana olduğunu, həmin vaxt onun həmkəndlisi Ruhin və Eldəniz ilə çay içdiyini, daha sonra onların çölə çıxdıqlarını və onun qardaşı Xəyyam Hacıyevə məxsus idarə etdiyi “Vaz 2104” markalı K291 pm 150 nömrəli avtomobilə əyləşdiyini, onun yolun kənarında, çayxananın qarşısında saxladığı idarə etdiyi “Vaz 2104" markalı K291 pm 150 nömrəli avtomobili kənara çəkmək üçün avtomobili arxaya sürdüyünü, həmin vaxt isə onun idarə etdiyi “Vaz 2104” markalı K 291 pm 150 nömrəli avtomobili təxminən bir metr arxaya sürən zaman idarə etdiyi “Vaz 2104” markalı K 291 pm 150 nömrəli avtomobilin arxa sol buferinin Əliqulu Həşimov arxada saxladığı ona məxsus "Mercedes" markalı ** TJ *** nömrəli avtomobilin ön sağ buferinə toxunduğunu, həmin vaxt onun idarə etdiyi "Vaz 2104" markalı K 291 pm 150 nömrəli avtomobilin arxada olan Əliquluya məxsus avtomobilə dəyməsini hiss etdiyini və idarə etdiyi “Vaz 2104” markalı K 291 pm 150 nömrəli avtomobili qabağa sürüb saxladığını, həmin vaxt onun avtomobilinin də əzildiyini, hadisə vaxtı deyil, hadisə baş verəndən sonra spirtli içki qəbul etdiyini, avtomobili etibarnamə olmadan idarə etdiyini, hadisə vaxtı onun da avtomobilinə ziyan dəydiyini, odur ki, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1,333.2 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, ancaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 332.1,333.2 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid olmadığı üçün onun barəsində həmin Məcəllənin 333.3-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizlyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ məhduldaşdırılmaqla cərimə tənbehi tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu,Yuxarı Ləki kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-2/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-2/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver