Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-200/2022 06.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs V.Məcidovun, qərarından şikayət verilən şəxs A.Abuşovun iştirakı ilə, X1 Ağdaş rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı X4 inzibati tənbeh vermə haqqında 09 aprel 2022-ci il tarixli, ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı X4 inzibati tənbeh vermə haqqında 09 aprel 2022-ci il tarixli, ******* saylı qərarının ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayətini müdafiə edərək Ağdaş RPŞ-nin əməkdaşı polis baş leytenantı Afiq Abuşov 09.04.2022-ci il saat 09:20-də mərkəzi bazarın daxilində yerləşən mağazasına daxil olaraq maska niyə taxmamısınız deyərək ona protokol tərtib edəcəyini, o A.Abuşovun bu iradına etiraz edərək mazağazada ondan başqa ikinci bir şəxsin olmadığına görə nə üçün maska taxmalı olduğunu, mağaza şüşəbənd olduğu üçün yuxarı şüşələrin olmadığını, yəni qapalı məkan olmadığını, həm də pəncərənin açılan hissəsinin açıq olduğunu, qeyri qanuni protokol yazmaq istədiyini bildirmiş, cavabında isə A.Abuşovun ona mənə qanun öyrətmə, burda qanun mənəm, istədiyim formada sənə protokol yaza bilərəm sözlərini dediyini, o, da onunla polisin etik-davranış qaydalarına sığmayan bu davranışına görə həmin an DİN-nin 102 qaynar xəttinə zəng edərək, onun qanunsuz hərəkətindən şikayətini bildirdiyini, bundan sonra A.Abuşovun daha da əsəbləşdiyini və ona buna görə protokol tərtib edəcəyini bildirdiyini və onun bu hərəkətini kobudluq kimi qəbul etdiyini, hətta onun aqressiv adam olduğunu hiss edərək onu daha da qızışdırıb hövsələdən çıxarmaq üçün, o, nə qışqırırsan deyərək, burda mən deyən olmalıdır dediyini, o, A.Abuşovun İXM-nin 211.2-ci maddəsini ona qeyri-qanuni olaraq tətbiq etdiyini və CPM-nin 308-ci maddəsini pozduğunu bildirdiyini, lakin, A.Abuşov getdikdən sonra ona ******* nömrəli protokol tərtib etmiş və 15.04.2022-ci il tarixdə ona poçt vasitəsi ilə göndərildiyini bildirdi, buna görə də Ağdaş rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı X6 tərəfindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunması barədə inzibati tənbeh vermə haqqında 09 aprel 2022-ci il tarixli, ******* saylı qərarının ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən şəxs Ağdaş rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında 09 aprel 2022-ci il tarixdə saat 09 radələrində Ağdaş rayon mərkəzi bazarında yerləşən toxum mağazasına daxil olduqda vətəndaş X1 işlədiyi mağaza daxilində, yəni qapalı məkanda tibbi maskadan istifadə etmədiyini gördüyünü və dərhal onun fotoşəklini çəkdiyini, sonra yaxınlaşaraq özünü təqdim edib ondan nə üçün tibbi maskadan istifadə etmədiyini soruşduğunu, bu zaman vətəndaş V.Məcidovun ona kobudcasına mağazada ondan başqa ikinci bir şəxsin olmadığını, mağazasının pəncərəsinin açıq olduğunu, belə vəziyyətdə nə üçün maska taxmalı olduğunu dediyini, bundan sonra ona karantin qaydalarına riayət etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğu üçün onun barəsində protokol tərtib olunacağını bildirdiyini, bundan sonra bu barədə raportla rəhbərliyə məlumat verdiyini və X1 09 aprel 2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə edildiyini, Vüqar Məcidovu əvvəllər tanımadığını, onunla heç bir qərəzinin olmadığını, sadəcə onun qapalı məkanda, yəni mağazada işləyərkən tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğu üçün cərimələndiyini bildirdi. Şikayət vermiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, şikayətə əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X6 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, X3 mağazada öz vəzifəsini icra edərkən tibbi maskadan istifadə etməmişdir. İşə əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X6 tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 №-li qərarının xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri tədbirlərinə riayət etməyərək işlədiyi mağazada tibbi maskadan istifadə etməmişdir. Odur ki, hesab edirəm ki, X1 şikayəti əsassız olduğuna görə təmin edilməməli, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X4 inzibati tənbeh vermə haqqında 09 aprel 2022-ci il tarixli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərardan şikayət verilməsi müddəti buraxılmamışdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilməsin. Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə müvəkkili X4 inzibati tənbeh vermə haqqında 09 aprel 2022-ci il tarixli, ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-200/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-200/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver