Məhkəmə qərarları › İş №3(014)-200/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-200/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-200/2023 05.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə Bakı şəhər X17 İdarəsinin polis kapitanı X3 xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı X12 haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər X17 İdarəsinin polis kapitanı X6 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhər X17 İdarəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə yol nişanlarının tələblərinə riayət etməmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək ona 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə baş etibarnamə ilə sərəncamında olan “VAZ 21099 markalı”, **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhər Əbdülvahab Salamzadə küçəsində hərəkətdə olduğu zaman X16 X8 tərəfindən saxlama əmri almışdır. Qaydalara uyğun olaraq avtomobili saxlamış və əməkdaş ona yaxınlaşaraq sənədlərini istəmişdir. O, “X11” Qanunun tələbinə uyğun olaraq X15 avtomobilə aid sənədləri və sürücülük vəsiqəsini təqdim etmişdir. Həmçinin əməkdaşdan onu hansı əsasla saxladığını soruşmuşdur. İnspektor ona söyləmişdir ki, o X11 Qanunun tələbini pozmuş, yəni yol nişanlarının tələbinə uyğun hərəkət etməmiş və buda müşahidə kamerasına əks olunubdur. O, əməkdaşa bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 122.5-ci maddəsinə əsasən o xüsusi texniki vasitə ilə qeydə alınan qayda pozuntusuna görə onu saxlaya və protokol yaza bilməz. Həmçinin ona bildirmişdir ki, qayda pozuntusu vardırsa xüsusi texniki vasitə ilə real vaxt rejimində qeydə alınaraq mərkəzi informasiya sisteminə inteqrasiya etməli və vətəndaş üçün yaradılmış elektron kabinetə yerləşdirilməlidir. Ona söyləmişdir ki, qanunsuz, olaraq hərəkətdən uzaqlaşdırdığı üçün aidiyyəti üzrə onun rəhbərliyinə müraciət edəcəkdir. Bunu eşidən əməkdaş sanki özündən çıxmış, rayon sakini olduğunu istehza ilə ifadə edərək "heç olmasa şikayəti hara edəcəyini bilirsənmi" deyib ondan uzaqlaşa-uzaqlaşa “sür get cəriməni evə göndərərəm” deyib xidməti avtomobilə əyləşərək ərazidən uzaqlaşmışdır. Ona hüquqları izah edilmədən aralarındakı dialoqa son qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana poçt vasitəsi ilə məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, o Bakı şəhər DYPİ Polis Baş X1 tərəfindən AR İXM-in 327.1-ci maddəsinə əsasən TP5285679 nömrəli X12 Haqqında Qərarla 40 (qırx) azn cərimə olunmuşdur. Həmin qərardan Ağdaş Rayon Məhkəməsinə şikayət vermiş və Məhkəmə 14 noyabr 2022-ci il tarixli 3(014)-600/2022 saylı qərarla X12 haqqında qərarı ləğv etmiş və işi yenidən aiddiyəti üzrə baxılması üçün X15 göndərmişdir. Buna baxmayaraq X16 yenidən prosesual tələbləri pozaraq sübutlar təqdim edilmədən və iştirakı olmadan barəsində TP ******* nömrəli X12 haqqında qərar qəbul etmişdir. Qərar ona rəsmi şəkildə təqdim olunmayıbdır .Qərarın nüsxəsini Ağdaş Rayon Polis Şöbəsinin DYP bölməsindən şəxsi təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Ona yazılmış bu cərimə ədalətsizdir. Onu hərəkətdən uzaqlaşdıran inspektorla İnzibati Qərarda qeyd olunan inspektor fərqli adamlardır. Həmçinin onun hərəkətdən uzaqlaşdırıldığı anla X12 haqqında qərarın tərtib edilmə saatı uyğunlaşmır. Barəsində tərtib olunmuş X12 haqqında qərar qanunvericiliyin tələbinə zidd şəkildə tərtib olunmuşdur. Üzərindən xeyli müddət keçsədə, hətta bu barədə Daxili İşlər Nazirliyinin Rəhbərliyinə, o cümlədən Baş X16 idarəsinə müraciət etsə də şikayəti araşdırılmır və qayda pozuntusunu əks etdirən görüntülər nə elektron kabinetə yerləşdirilmir, nə də ona təqdim olunmur. Ona ancaq şikayətinin Daxili İşlər Nazirliyinə çatdırılması barəsində sms bildirişi gəlibdir. İştirakı olmadan X12 haqqında işə baxılıb və qərar verilibdir. Pozulmuş normativ hüquqi aktları Məhkəmənin diqqətinə çatdırmaq istəyir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət vermiş şəxs dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, işin materiallarına əlavə edilmiş Bakı şəhər X17 İdarəsinin polis kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X7 xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 40 (qırx) manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmuşdur. Belə ki, əgər K.Cumayev inzibati xəta törətməsi ilə razılaşmışdırsa, belə olan halda onun barəsində inzibati xəta haqqında protokol deyil, inzibati xəta haqqında qərar qəbul edilməli idi. Əksinə, K.Cumayev inzibati xəta törətməsi ilə razılaşmamışdırsa, belə olan halda inzibati xəta haqqında protokol tərtib edilməli və onun iştirakı ilə baxılması üçün yuxarı səlahiyyətli vəzifəli şəxsə göndərilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi X7 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolla tanış edilməmiş, onun izahatı alınmamış və xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X4 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar xx.xx.2023-cü tarixdə qəbul edilərək, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X5 məlumat verilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məlumat verilmədən baxılması nəticəsində X7 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər X17 İdarəsinin polis kapitanı X3 xx.xx.2023-cü il tarixli X12 haqqında qərarı qəbul edilərkən X5 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Eyni zamanda, inzibati xəta vaxtında düzgün araşdırılmadığından (ümumiyyətlə araşdırma aparılmadığından), həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs tərəfindən inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında işlərdə sübut növü hesab edilə bilən heç bir sübut mövcud deyil. Belə olan halda isə sübut etmə yükü inzibati orqanın üzərində qalır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı halda isə nə maddi sübutlar, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, nə digər sənədlər, nə xüsusi texniki vasitələrin göstəriciləri ilə, nə də qanuna uyğun olaraq tərtib edilməyən inzibati xəta haqqında protokolla və qanunvericiliklə müəyyən edilmiş digər protokollarla inzibati xətanın baş verməsi təsdiq olunmur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X17 İdarəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü ildə qəbul edilmiş TP № ******* saylı X12 haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər X17 İdarəsinin polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş TP № ******* saylı X12 haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar