Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-201/2025 30.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin X1 polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxx 1991-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-də baş kredit mütəxəssisi işləyən, evli, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 16 aprel 2025-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində yaşayan Zərərçəkmiş şəxs kredit düzəldəcəyini vəd edərək ondan aldadaraq 300 manat pul almış, lakin daha sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 300 manat məbləğində ziyan vurması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs 16 aprel 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs ona kredit düzəldəcəyini vəd edərək 300 manat pul aldığını və daha sonra aldadıldığını bildirmişdir. Müraciətlə əlaqədar Ağdaş rayon X4 şöbəsində araşdırma aparılmış, Zərərçəkmiş şəxs müraciətində göstərdikləri xüsusatlar toplanmış materialda öz təsdiqini tapmadığı müəyyən edilmiş və cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, eyni zamanda Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından, həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün material Ağdaş rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Həmin material əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2024-cü ilin noyabr ayında “Whatsapp” sosial şəbəkəsində Nərminin özünə məxsus Honor X8 markalı mobil telefonunu satması ilə bağlı statusunu görmüş və Nərminə mesaj yazaraq mobil telefonu almaq istədiyini bildirmişdir. Təxminən bir həftə sonra axşam saatlarında iş yoldaşı Orxanla birlikdə Nərminin işlədiyi Ağdaş rayonu, H.Əliyev prospektində, köhnə xəstəxananın yaxınlığında yerləşən marketə getmiş, orada Nərmin ilə görüşüb ona məxsus mobil telefona baxmışdır. Telefon işlək vəziyyətdə olduğundan Nərminə 200 manat pul verib mobil telefonu almışdır. Telefonu alan zaman Nərmindən telefonun sənədlərini verməsini istəmiş, Nərmin isə telefonun sənədlərini itirdiyini demişdir. Səhəri gün Nərminin mobil telefonu satın aldığı “Soliton “mağazasına yaxınlaşmış, telefonu mağazada yoxladan zaman Nərminin 2025-ci ilin mart ayınadək ödənişinin qaldığı məlum olmuşdur. Mağazadan ayrıldıqdan sonra Nərminə zəng edərək, ona telefonun mart ayınadək ödənişinin qalmasını demiş və bunu nə üçün əvvəlcədən deməməsini soruşmuşdur. Nərmin isə bundan xəbərinin olmadığını, özünün ödəcəyini demişdir. 2025-ci ilin fevral ayınadək Nərminlə əlaqəsi olmamışdır. Fevral ayının əvvəllərində Nərmindən satın aldığı Honor X8 markalı mobil telefon bağlanmış, telefona zəng gəlib getməmiş, yalnız telefondan internet üçün istifadə etmək mümkün olmuşdur. Mobil telefon bağlandığı üçün Nərminə zəng edib telefonun kredit ödənişi ödənilmədiyi üçün bağlandığına dair məlumat vermişdir. 2025-ci ilin aprel ayının 5-də Nərminə zəng edərək telefonun kredit ödənişinin qaldığını, telefonu işlədə bilmədiyini demişdir. Nərmin də ona kredit verməsi üçün köməklik etməsini, kredit götürə bildiyi halda telefonun pulunu ödəcəyini və 1000 manat kredit götürmək istədiyini bildirmişdir. Nərmin 16 aprel 2025-ci il tarixdə Təşkilata yaxınlaşmış, o da Nərminin kredit tarixçəsini yoxlamış, Nərminin “Azpulmat”a 504 manat, “Soliton” LTD-yə mobil telefona görə isə 188 manat borcunun və gecikmələrinin olduğunu, buna görə də ona kredit verə bilməyəcəyini demişdir. Daha sonra o, Nərminə 150 manat verməsini, qalanını isə həll edəcəyini, "xxxx" MMC-yə olan borcunu ödədikdən sonra kredit tarixçəsini yenidən yoxlayacağını bildirmişdir. Nərmin də həmin məbləği ona vermiş və həmin 150 manat pulun üzərinə 38 manat da əlavə edib Nərminin telefon üçün "xxxx" MMC-yə olan borcunu bağlamışdır. 17 aprel 2025-ci il tarixdə Nərmin zəng edərək, məsələnin nə yerdə qalmasını soruşmuş, o da telefonun pulunu ondan almaq üçün belə etdiyini, ona kredit verə bilməyəcəyini demişdir. Nərmin də bundan əsəbləşib ondan şikayət edəcəyini bildirmişdir. Bundan sonra Nərmin onun və arvadının iş yerlərinə gedərək aldatma yolu ilə ondan 300 manat alması ilə yalandan şərləmişdir. O, Zərərçəkmiş şəxs 150 manat almış və həmin pulla telefon borcunu bağlamışdır. Zərərçəkmiş şəxs 300 manat pul almamışdır. Şəxs sualları cavablandıraraq bildirdi ki, Nərminin telefona görə "xxxx" MMC-yə 4 aylıq borcu qalmışdır. Təxminən aylıq 42-44 manat ödəniş hesablanmışdır. O, telefonu 2024-cü ilin noyabr ayında almış, daha sonra telefonun borcunun ödənilməsi ilə maraqlanmamışdır. Yanvar ayında telefonun kredit borcu ödənmədiyindən xəbərdarlıq SMS-i gəlmiş və telefon bağlanmışdır. Nərmin işdən çıxdığı və yaşadığı ünvanı dəyişdiyi üçün çətinliklə Nərmini tapmış, söhbət əsnasında Nərmin işdən çıxdığı üçün maddi imkanı olmadığından telefona olan borcunu ödəyə bilməyəcəyini söyləmişdir. Həmçinin Nərmindən telefon üçün verdiyi pulu geri tələb etmiş və telefonu geri qaytarmaq istədiyini bildirdikdə, Nərmin pulu xərclədiyini bildirmişdir. Daha sonra Nərmin ondan kredit götürmək istədiyini və həmin pulla borcunu bağalayacağını demişdir. Nərmindən 150 manat məbləğində pulu iş yerində kameralar olduğundan qanunsuz alınan pul kimi başa düşülməməsi üçün Təşkilatın mətbəxində almışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, əvvəllər "xxxx" Bank olmayan Kredit Təşkilatından kredit götürmüşdür. Həmin təşkilatın əməkdaşı Şəxsla tanış olmuş və onun əlaqə nömrəsini götürmüşdür. Şəxs 3 ay bundan əvvəl özünə məxsus “Honor X8” markalı mobil telofonu 200 manata satmış və 2 aylıq krediti qalmışdır. Şəxs ona iki aylıq 44 manat ödənişi özü ödəyəcəyini bildirmişdir. Təxminən 1 həftə bundan əvvəl Şəxs “whatsapp” vasitəsilə yazaraq ona kredit verə biləcəyini demiş, o da 700 manat kredit borcunun olduğunu və ona kredit düşmədiyini bildirmişdir. Rüfət ona “Azpulmat”a olan borcunu ödəməsini, daha sonra ona kredit verəcəyini təklif etmiş, o da “Azpulma”ta 504 manat borcunun olduğu hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Rüfət ona 200 manat pul verməsini, qalan ödənişi isə özü ödəyəcəyinə dair vəd vermişdir. 16 aprel 2025ci il tarixdə kredit götürməsi üçün "xxxx" Bank olmayan Kredit Təşkilatına getmiş və orada Rüfətin təqdim etdiyi sənədləri imzalamışdır. Bundan sonra Rüfət iş otaqında kameralar olduğunu bildirib ona mətbəxə keçməsini təklif etmiş və onlar birlikdə mətbəxə keçərək Şəxs 300 manat pul vermişdir. Rüfət ondan pulu alandan sonra ödəniş terminalı vasitəsi ilə ona məlum olmayan hesaba ödəniş etmişdir. Daha sonra Rüfət ona növbənin çox olduğunu, saat 6-ya kimi gözləməli olduğunu bildirmişdir. Daha sonra Rüfət uşaqlarını götürmək üçün getməli olduğunu bildirib getmişdir. O, saat 17:30-a kimi gözləmiş və həmin kredit təşkilatının Orxan adlı əməkdaşından kredit barədə maraqlanmış, Orxan da növbənin çox olduğunu, gedib sabah gəlməsini bildirmişdir. O da evə getmiş və növbəti gün ona məlum olmuşdur ki, Rüfət onun borcunu bağlamamış və onu aldadaq pulunu almışdır. Rüfətə zəng edərək borcunun ödənilmədiyini bildirmiş, Rüfət də ona həmin pulla telefonun kreditini bağladığını bildirmişdir. Zərərçəkmiş şəxs verilən sualları cavablandıraraq bildirdi ki, kredit götürməsi üçün ərizə ilə müraciət etməsə də, Təşkilatda sənədlər imzalamışdır. O, kreditin ödənilməsinə dair qəbzləri Rüfətdən dəfələrlə tələb etsə də, Rüfət müxtəlif bəhanələr gətirərək qəbzləri ona göndərməmişdir. O, kredit götürməsi üçün Rüfətə 300 manat vermiş, qalan ödənişi Rüfət özü ödəyəcəyinə söz vermişdir. Həmin məbləği isə kredit götürdükdə Rüfətə geri qaytaracaqdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, Nərmin onun işlədiyi "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-nin müştərisi olmuşdur. Nərmin statusunda özünə məxsus telefon satmasına dair paylaşım etmişdir. O da iş yoldaşı olan Rüfətə bu barədə məlumat vermiş və onlar birlikdə gedib 200 manat məbləğində pulu Nərminə verərək həmin telefonu almışlar. Onlar telefonu alarkən kreditdə olmasını bilməmişlər. Rüfət sonradan telefona görə Nərminin 198 manat borcunun olmasını öyrənmiş və Nərmin krediti özü ödəyəcəyini bildirmişdir. Nərmin ödəniş etmədiyindən Rüfətin istifadəsində olan telefon bağlanmışdır. Daha sonra Nərmin kredit üçün müraciət etmiş, lakin onun gecikmələri və üzərində öhdəlikləri olduğundan ona kredit verilə bilmədiyinə dair məlumat verilmişdir. Bundan sonra Rüfət Nərmindən 150 manat pul alaraq və üzərinə də özü əlavə edərək telefon borcunu bağlamışdır. Rüfət Nərmindən 300 manat pul almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında 23 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X5 Bölməsinin təhqiqatçısı Rəcəb Rəcəbovun qərarı əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Ağdaş rayon X5 Bölməsinin təhqiqatçısı X3 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs 16 aprel 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinə müraciətində göstərdikləri xüsusatlar toplanmış materialda öz təsdiqini tapmadığı müəyyən edilmiş və cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 17 aprel 2025-ci il tarixli, 16750920 və 16750921 saylı ödəniş qəbzlərindən görünür ki, Nərminin Əsədlin adına "xxxx" MMC-nin hesabına ümumilikdə 188 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X6 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekası yoxlanılan zaman müəyyən edilmişdir ki, vətəndaş Şəxs kartotekasında əvvəllər inzibati məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aldadaraq 300 manat məbləğində pulu Zərərçəkmiş şəxs alması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında biri digərini təkzib edən ziddiyyətli izahatlar verərək, əvvəl Şəxs ona əxlaqsız təklif etdiyini, onunla intim əlaqədə olacağı təqdirdə kredit borclarını bağlayacağını, sonra 1000 manat kredit vermək üçün Rüfətin ondan 300 manat əlavə pul istəməsini, daha sonra isə telefonla danışan zaman Rüfət ona 150 manat pul tapıb iş yerinə gəlməsi, kredit təşkilatına gələndən sonra ondan 300 manat istəməsini bildirmiş, eləcə də ondan 300 manat pul alınmasını Rüfətin iş yoldaşı Şahid da bildiyini qeyd etmişdir. Şahid isə məhkəmə iclasında Şəxs izahatına uyğun izahat verərək Rüfətin Nərmindən 150 manat pul almasını, 38 manat da üzərinə əlavə edərək Nərminin telefona olan borcunu ödədiyini bildirmiş, həmçinin izahatında göstərmişdir ki, Rüfət Nərmindən 300 manat pul alsaydı onun məlumatı olardı. Belə ki, o, Zərərçəkmiş şəxs Şəxs daha əvvəl tanımış, aralarında normal münasibətləri olmuşdur. Rüfət Nərmindən 300 manat pul alsaydı sonuncu bu barədə ona məlumat verərdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs 150 manat məbləğində pul almasına gəldikdə isə məhkəmə hesab edir ki, bu fakt işin təkzibedilməz hissəsi olmaqla iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs, Şəxs və Şahid izahatları ilə öz təsdiqini tapır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs 150 manat məbləğində pulu alaraq sonuncunun adına olan kredit borcunu bağlaması ilə bağlı olan hərəkətlərini Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozitiv şərtləri ilə müqayisəli şəkildə təhlil etdikdə, belə nəticə ortaya çıxır ki Şəxs Zərərçəkmiş şəxs 150 manat məbləğində pulu alarkən niyyəti həmin pulu mənimsəmək, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə ələ keçirmək deyil, sonuncunun "xxxx" MMC-dən kreditlə satın aldığını “Honor X8” markalı mobil telefonunun borcunu bağlamaq olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs özü də etiraf edir ki, "xxxx" MMC-dən kreditlə 12 ay müddətində “Honor X8” markalı mobil telefon almış və hər ay 44 manat ödəniş etmişdir. Həmin mobil telofonu 7 və ya 8 ay işlətdikdən sonra 200 manata Şəxs satmışdır. Şəxs telefonu alan zaman qalan krediti özü bağlayacağını ona bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə izahatında qeyd etmişdir ki, Nərmindən “Honor X8” markalı mobil telefonu alan zaman Nərmin həmin mobil telefon üçün ayda 44 manat ödəniş etdiyini, telefonun bir aylıq ödənişi qaldığını və pula ehtiyacı olduğu üçün 200 manata satdığını ona bildirmiş, o da telefonu almışdır. Telefonu alandan sonra "xxxx" MMC-yə gedib kredit məbləği və müddəti ilə maraqlandıqda həmin telefonun 4 aylıq ödənişinin qalması ona məlum olmuşdur. O, telefonu 2024-cü ilin noyabr ayında almış, daha sonra telefonun borcunun ödənilməsi ilə maraqlanmamışdır. 2025-ci ilin yanvar ayında telefonun kredit borcu ödənmədiyindən xəbərdarlıq SMS-i gəlmiş və telefon bağlanmışdır. Nərmin işdən çıxdığı və yaşadığı ünvanı dəyişdiyi üçün çətinliklə Nərmini tapmış, söhbət əsnasında Nərmin işdən çıxdığı üçün maddi imkanı olmadığından telefona olan borcunu ödəyə bilməyəcəyini söyləmişdir. Həmçinin Nərmindən telefon üçün verdiyi pulu geri tələb etmiş və telefonu geri qaytarmaq istədiyini bildirdikdə, Nərmin pulu xərclədiyini bildirmişdir. Nərmindən aldığı 150 manat məbləğində pulla “Honor X8” markalı mobil telefonun borcunu ödəyərək Nərminin adına olan krediti bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, iş yoldaşı olan Rüfət onun yanında 200 manat məbləğində pulu Nərminə verərək “Honor X8” markalı mobil telefonu almışdır. Rüfət sonradan telefona görə Nərminin 198 manat borcunun olmasını öyrənmiş və Nərmin krediti özü ödəyəcəyini demişdir. Nərmin ödəniş etmədiyindən Rüfətin istifadəsində olan telefon bağlanmışdır. Bundan sonra Rüfət Nərmindən 150 manat pul alıb üzərinə də özü müəyyən məbləğ əlavə edərək sonuncunun adına olan kredit borcunu bağlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi 17 aprel 2025-ci il tarixli, 16750920 və 16750921 saylı ödəniş qəbzləri ilə də müəyyən olunur ki, Nərminin Əsədlin adına "xxxx" MMC-nin hesabına ümumilikdə 188 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi Şəxs Zərərçəkmiş şəxs 150 manat məbləğində pul alması və 17 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adına 168 manat və 20 manat olmaqla, ümumilikdə 188 manat məbləğində ödəniş edilməsi Zərərçəkmiş şəxs, Şəxs və Şahid izahatları, o cümlədən 17 aprel 2025-ci il tarixli, 16750920 və 16750921 saylı ödəniş qəbzləri ilə ilə sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 07 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-201/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-201/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver