Məhkəmə qərarları › İş №3(014)-202/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-202/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-202/2021 03.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, 06.08.1998-ci il tarixdə Türkiyə Respublikası, İstambul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron rayonu, Xırdalan 28, 16, 35-də yaşayan X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 03 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, X3 12.03.2021-ci il tarixdə saat 15:20 radələrində Bakı-Qazax- Gürcüstan yolunun 260-cı kilometrliyində Etibarnamə ilə idarə etdiyi Toyoto Prius markalı **-Oİ-*** dövlət qeydiyyat nişanlı avtomaşıla hərəkətdə olan zaman manevr etmə qaydasını düzgün yerinə yetirməmiş, nəticədə beton arakəsməyə dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş X3 əməlini etiraf edərək göstərmişdir ki, 12 mart 2021-ci il tarixdə etibarnamə əsasında ona məxsus olan “Toyota Prius” markalı **-Oİ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Abşeron rayonundan Gəncə şəhərinə getməli olmuşdur. Avtomobili o, idarə etmiş və avtomobildə tək olmuşdur. Gəncəyə gələn zaman xatırlamadığı rayon ərazisində marketə daxil olmuş, sonra isə digər bir xatırlamadığı rayonda yolda avtomobili saxlayıb əllərini yumuşdur. Sonradan isə baş verənləri xatırlamır. Yolda hərəkətdə olduğu zaman avtomobilə nə isə dəydiyini çox qaranlıq olaraq xatırlayır. Lakin sonradan olan yol-nəqliyyat hadisəsinin necə və hansı şəraitdə baş verməsini xatırlamır. Özünə gələn zaman isə avtomobilin yolun sol kənarında olan daş lövhəyə çırpılı vəziyyətdə olduğunu görmüş və xəsarət aldığını bilmişdir. Almış olduğu xəsarətlərlə bağlı isə Ağdaş RMX-na müraciət etmişdir. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə inzibati tənbeh təyin edilməlidir. İnzibati materiala əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 26.03.2021-ci il tarixli 115 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Şəxs bədənində aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin yarası, hər iki göz ətrafının, hər iki diz nahiyyəsinin qançırları bərk küt alətin təsiri nəticəsində əmələ gəlmiş, 12.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İşə materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizanın 06.04.2021-ci il tarixli 868/K saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Şəxs götürülmüş qan nümunəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, barbitur turşusu törəmələri, fenotiazin, pirazalın, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupu törəmələri, salisilatlar və kannabinoid ( çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşə materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “ X1 Xidməti” MMC-nin 07.04.2021 -ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, 12 mart 2021-ci il tarixdə təxminən saat 15:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 260-cı kilometrliyində “Toyota Prius” markalı **-Oİ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi Azərbaycan Avtomobil Yollar Agentliyinin balansında olan yol təsərrüfatına 304.80 manat ( üç yüz dörd manat 80 qəpik) məbləğində maddi ziyan vurulmuşdur. İnzibati materiala əlavə edilmiş 12.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi əlamətləri olduğundan baxılması üçün Ağdaş RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məxsus sürücülük vəsiqəsi təyin edilmiş 2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tənbehinin icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Yevlax 7 saylı rayonlararası X2 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : X3 Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, ona 700 manat inzibati cərimə təyin edilisn. Qərarın icrası Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına aid hissədə Yevlax 7 saylı İmtahan Qeydiyyat Şöbəsinə, inzibat cərimə hissəsində isə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar