Məhkəmə qərarları › İş №3(014)-202/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-202/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-202/2025 19.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş RPŞ-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X3, Müdafiəçi –Mingəçevir Vəkil Bürosunun vəkili Vəkil, Mütəxəssis-psixoloq Abdullayeva Sevinc kərəm qızının, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Əlövsət qızının və X6, Zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 21 avqust 1974-cü ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 29 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 01 mart 2025-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində Zərərçəkmiş şəxs Əlövsət qızı və X8 döyərək onlara dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş RPŞnin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X12 məhkəmə iclaında bildirdi ki, Şəxs 01 mart 2025-ci il tarixdə saat 13:30 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində Zərərçəkmiş şəxs Əlövsət qızı və X8 döyərək onlara dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, heç vaxt Zərərçəkmiş şəxs Əlövsət və nəvəsi X9 qarşı zor tətbiq etməmişdir. 01 mart 2025-ci il tarixdə o, anasını özünün Mingəçevir şəhərində yaşadığı evə gətirmək üçün Ağdaş rayonunun Yuxarı Nemətabad kəndinə getmişdir. O, anasını birdəfəlik həmin həyətdən çıxartmaq istəmiş, çünki Mənzurə və onun ailə üzvləri mütəmadi olaraq onun anasını narahat etmişlər. Saat 13:30 radələrində anası həyəti toyuq-cücəni rahatlamaq üçün həyətə çıxdıqda həyətdən səs-küy gəlmiş, o, bacısı, gəlinləri və qonşuları dərhal həyətə çıxmışlar və anasının mənzurə ilə mübahisə etdiyini görmüşlər. Həmin vaxt onlar da mübahisəyə qoşulmuş və aralarında sözlü mübahisə baş vermişdir. Daha sonra onlar Mənzurə və nəvəsini həyətdə qoyub evlərinə daxil olmuşlar, bir neçə dəqiqə sonra isə Yaşarla birlikdə Mingəçevir şəhərinə getmişlər. bundan sonra isə Mənzurənin onun barəsində polis şöbəssinə şikayət etdiyini eşitmişdir. Daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, mübahisə zamanı Mənzurənin nəvəsi Zeynəb onları mobil telefon vasitəsi ilə videoya çəkmiş və həmin video görüntüdə də onların heç kimə zor tətbiq etmədən mübahisə yerini tərk etdikləri görünür. Əvvəllər Mənzurə onlara qarşı zor tətbiq etdiyindən Mənzurənin barəsində protokol tərtib olunmuş və o, cərimə edilmişdir. Hazırda Mənzurə həmin hadisənin qisasını onlardan alır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahatı alınmış Zərərçəkmiş şəxs Əlövsət qızı bildirdi ki, 01 mart 2025-ci il tarixdə saat 13-14 radələrində o, nəvələrinə baxmaq üçün bayıra çıxdıqda Pərvanəgilin onun hasarının kənarına ağac budaqlarını yığdıqlarını görüb onlara iradını bildirmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə yerində nəvəsi Zeynəb, Gövhər, Pərvanə, Aynur Əhmədova, Günel Əliyeva, Elnur və İnqilab olmuşlar. Mübahisə zamanı Şəxs əlindəki ağac parçası ilə onun qolundan, ayağından və belindən bir neçə zərbə vurmuşdur. Bundan sonra o, yıxılmış, orada olan Elnur Əliyev və qonşuları İnqilab onun üzərinə gələrək onu qarnına təpiklə vurub qaçmışlar. Daha sonra Şəxs video çəkiliş aparmaq istəyən nəvəsi Zeynəbin üzərinə hücum çəkib ağac parçası ilə Zeynəbin başından və belindən bir neçə zərbə vurmuş, gözündən isə bir yumru zərbəsi vurmuşdur. Həmin vaxt Zeynəbin əlində olan telefon yerə düşüb sınmışdır. Daha sonra Şəxs, Gövhər Əliyeva, Aynur Əhmədova və Günel Əliyeva çıxıb getmişlər, o, da Zeynəblə yaşadığı evə getmişdir. X29 baş vermiş hadisə barədə polisə şikayət etmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, 01 mart 2025-ci il tarixdə Ağdaş RPŞ-nə müraciət edən zaman nəvəsinin döyülməsi ilə bağlı şikayət etməyi unutmuşdur. Həmin vaxt özü xəsarət aldığına görə həyəcanlı olmuşdur. Hadisə baş verən gün həkimə müraciət edərkən Zeynəbin belində olan ağrılar barədə məlumat vermişlər, 04 mart 2025-ci il tarixdə isə Zeynəbin başında olan ağrılar barədə məlumat vermişlər. Nəvəsi mübahisəni əvvəlindən sonuna qədər mobil telefon vasitəsi ilə çəkmişdir. Məhkəmə iclasında mütəxəssisin və qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş X14 bildirdi ki, mart ayında evdə olarkən qar yağdığından qartopu oynamaq üçün həyətə çıxmışdır. Həmin vaxt üzərində olan telefon vasitəsi ilə çəkiliş etməyə başlamışdır. O, həyətdə olarkən anası, yəni nənənsi Gövhər də həyətdə idi. Bir müddət sonra nənəsi Gövhərlə qonşuları Pərvanənin dalaşmasını görmüş və çəkiliş etdiyi üçün əlində olan telefonla mübahisəni video qeydə almağa başlamışdır. Həmin vaxt Pərvanə onun nənəsini vurmağa başlamışdır. Nənəsini vurduqdan sonra Pərvanə onu da döymüş, əlində olan telefon da yerə düşərək qırılmışdır. Pərvanə onun başından və bədənin müxtəlif nahiyələrindən əli ilə və ağacla vurmuş, o da qışqırmağa başlamışdır. Onun səsinə atası bağdan gəlmişdir. Həmin vaxt bibisi ona zəng etmiş və nənəsinin Pərvanə tərəfindən döyülməsini ona bildirmişdir. Daha sonra atası Təcili Tibbi yardım çağırmış və onları xəstəxanaya aparmışdır. X17 arasında tez-tez mübahisələr baş verir. Həmin vaxt Pərvanəgilin həyətinə qurlaşdırılmış kamerlar işıqlar söndüyü üçün çəkiliş aparılması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, hadisə olan gün Pərvanə ona zəng edərək onları maşınla Mingəçevir şəhərinə aparmasını xahiş etmişdir. O, Pərvanəgilə gəlib əşyaları avtomobilə yığarkən Pərvanənin həyətində Gövhər, Mənzurə və əlavə bir neçə xanımın mübahisə etdiklərini görmüşdür. Həmin vaxt həyətdən səslər gəlirdi. Belə ki, qadınların arasında söz mübahisə olduğunun şahidi olmuşdur. Bir neçə dəqiqə davam edən mübahisə zamanı qadınlar biri-birilərinə zor tətbiq etməmişlər. Mübahisə bitdikdən sonra Pərvanənin əşyalarını maşına yığmış və onlar birlikdə qapını bağlayaraq Mingəçevir şəhərinə getmişlər. onun dayandığı yerdən tərəflərin mübahisə etdikləri yer aydın şəkildə görünürdü. Həmin vaxt həmin ərazidə Elnur və İnqilab olmamışlar. O, özü də həmin kənddə yaşadığından Elnurun uzun müddətdir Qarabağda işlədiyini bilir. İş materiallarında olan arayışdan görünür ki, vətəndaş Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş RPŞ-nin məsul növbətçi polis mayoru X24 RPŞ-nin rəisi polis polkovniki Vəfalı Həsənalıyevə ünvanladığı raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:41-də Bakı şəhərində yaşayan Əlibəyli Maya adlı şəxs DİN-in 102 XZM-nə zəng edərək, Əliyev İnqilab, Gövhər və Pərvanə adlı şəxslərin onun Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində yaşayan anasını döymələri barədə məlumat vermişdir. İş materiallarında olan Ağdaş RPŞ-nin məsul növbətçi polis mayoru X24 RPŞ-nin rəisi polis polkovniki Vəfalı Həsənalıyevə ünvanladığı raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:20-də Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi X25 RPŞ-ə məlumat verərək, Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yaşayan 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ biləyinin sıyrılmış yarası, bel nahiyasinin əzilməsi xəsarətləri və 2016-cı il təvəllüdlü X6 isə kürək nahiyəsində ağrıları ilə Ağdaş RMX-ya müraciət etmələri barədə məlumat vermişdir. İş materiallarında olan xx.xx.2025 tarixli 87 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət-sağ saidin aşağı 1/3-nin arxa səthinin səthi yarası, küt alət təsirindən törənmiş törəmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2025 tarixli 86 saylı ekspert rəyindən görünür ki, X6 bədənində olan xəsarətlər-sağ təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözaltı nahiyənin qançırı küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilməmişdir. İş materiallarında olan Ağdaş RPŞ-nin məsul növbətçi polis mayoru X24 RPŞ-nin rəisi polis polkovniki Vəfalı Həsənalıyevə ünvanladığı raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:05-də Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi X30 RPŞ-ya məlumat verərək, Ağdaş rayonu Yuxarı Nemətabad kəndidə yaşayan 2016-cı il təvəllüdlü X1 təpə nahiyəsinin əziyi xəsarəti ilə Ağdaş RMX gətirilməsi, X6 valideyninin onun qonşusu tərəfindən vurulması nəticəsində xəsarət alması barədə məlumat vermişdir. İş materiallarında olan Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Pünhan Yusibovun tərtib etdiyi 05 mart 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində yaşayan Maya Əlibəyi Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayonu Yuxarı Nemətabad kənd sakini Zərərçəkmiş şəxs Ağdaş RPŞyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Şəxs, İnqilab Əliyev və Elnur adlı şəxs Zərərçəkmiş şəxs üzərinə hücüm edərək döyməsini bildirmişlər. Araşdırma zamanı X10 müraciəti ilə əlaqədər Elnur Əliyevin +99***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış, telefon danışığı zamanı xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞyə olunan müraciətlə bağlı məlumat verilmiş və izahatının alınması üçün Ağdaş RPŞ-nin Təhqiqat Bölməsinə dəvət olunmuşdur. Vətəndaş özünü Ağdaş rayon Yuxarı Nemətabad kəndində qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü X18 olduğunu, Zəngilan rayonunda işlədiyinə görə izahat vermək üçün Ağdaş rayonuna gələ bilmədiyini, barəsində olan şikayətlə bağlı Zərərçəkmiş şəxs onun anası Gövhər Əliyeva ilə qonşusu olmasını, onların aralarında olan hasara görə mübahisə və münaqişə etmələrini, buna görə 2024-cü ilin sentybar ayında yaşamaq üçün ailəsi ilə birgə Mingəçevir şəhərinə köçməsini və hərdən Ağdaş rayonu Yuxarı Nemətabad kəndində 2025-ci ilin yanvar ayında gəlməsini, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə bacısı Şəxs arasında olan mübahisə və davadalaş zamanı Zəngilan rayonunda fəhlə işlədiyini və həmin vaxt Ağdaş rayonunda olmadığını, Zərərçəkmiş şəxs heç bir vaxt vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, barəsində olan şikayətin tam olaraq əsassız olmasını, Zərərçəkmiş şəxs ilə Maya Əlisoy onunla ədavət apardığına görə yalandan şikayət etdiyini bildirmişdir. İş materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanası PHŞ-in 10 mart 2025-ci il tarixli arayışlarından görünür ki, Zərərçəkmiş şəxs 01 mart 2025-ci il tarixdə xəstəxananın X20 sağ baldırın sıyrılmış, əzilmiş yarası, bel nahiyəsinin əziyi diaqnozları ilə, X14 01 mart 2025-ci il tarixdə kürək nahiyəsində ağrı, xx.xx.2025-ci il tarixdə isə sağ təpə nahiyəsinin əzilməsi diaqnozları ilə müraciət etmişlər. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 17 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə həvalə edilmişdir. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçrilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2025 ci il tarixdə saat 13:30 radələrində Zərərçəkmiş şəxs, Şəxs və sonuncunun ailə üzvləri arasında sözlə mübahisə baş vermiş və onlar bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Zərərçəkmiş şəxs ilə Şəxs, X2 və X16 arasında sözlə mübahisə olduqdan sonra Şəxs, X2 və X16 mübahisə baş verdiyi yerdən çıxıb getmişlər. Video görüntüdə tərəflərin bir-birilərinə zor tətbiq etmələri və ya Şəxs Zeynəb Əliyevanın gözündən vurub telefonu yerə salması müşahidə olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3(014)-358/2024 saylı Ağdaş Rayon Məhkəməsinin qərarından məlum olur ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və ona 300 ( üç yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X18 26 fevral 2025-ci il tarixdən 18 mart 2025-ci il tarixədək Zəngilan rayonunun Ağalı kəndində suvaqçı fəhləsi kimi işləmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Şahid mübahisənin əvvəlindən sonuna qədər Şəxs həyətində olduğunu və dayandığı yerdən mübahisə yerinin aşkar şəkildə göründüyünü, Şəxs heç kimə qarşı zor tətbiq etməddiyini, tərəflər arasında yalnız sözlü mübahisə baş verdiyini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskə baxış keçirilərkən həmin video görüntülərdə Zərərçəkmiş şəxs, Şəxs və sonuncunun ailə üzvləri arasında sözlə mübahisə baş verdiyi, onların bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmələri və sözlü mübahisədən sonra Şəxs, X2 və X11 mübahisə baş verdiyi yerdən çıxıb getmələri öz işlər. Video görüntüdə tərəflərin birbirilərinə zor tətbiq etmələri öz əksini tapmır. Zərərçəkmiş şəxs Şəxs Zeynəb Əliyevanın gözündən vurub telefonu yerə salmasını bildirsə də videogörüntülərdən görünür ki, Zeynəb Əliyeva çəkiliş apararkən Şəxs çıxıb gedir və Zeynəb Əliyeva onun arxasınca danışaraq çəkiliş aparır. Bundan əlavə, iş materiallarında olan raportlardan və ərizələrdən görünür ki, həmin gün Zərərçəkmiş şəxs Elnur Əliyev və qonşuları İnqilab Əliyev tərəfindən də döyüldüyünü bildirsə də iş materialları ilə məlum olur ki, adı çəkilən şəxslərin hər ikisi həmin vaxt hadisə yerində, ümumiyyətlə Ağdaş rayonunda olmamışlar. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin izahatları arasında olan ziddiyyət Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olması barəsində şübhələr yaranmasına səbəb olur və bu şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar