Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-205/2022 09.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 08 may 2022-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi özünə məxsus “VAZ-21101” markalı 90CL475 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 242-ci km-də hərəkətdə olarkən manevr etmə qaydasını pozduğuna görə onu saxlayan DPYİ-nin Yol Patrul Xidməti Alayının qanuni tələbinə qəsdən tabe olmamış, həmçinin həmin vaxt onun sidik analizində şəxsi istehlak miqdarında narkotik vasitə aşkar olunmuş Ağdaş şəhəri, Babək prospektində qanunsuz olaraq narkotik vasitə istehlak etdiyi müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə Şəxs barəsində 09 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və izahatında bildirdi ki, 08 may 2022-ci il tarixdə etdiyi özünə məxsus “VAZ-21101” markalı 90CL475 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 242-ci km-də hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə DPYİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşı tərəfindən saxlanılaraq Ağdaş RPŞ-ə gətirilmiş, daha sonra tibbi müayinədən keçirilmiş və narkotik maddədən istifadə etməsi müəyyən olunmuşdur, həmin narkotik vasitəni bir neçə gün əvvəl istifadə etmişdir, narkotik vasitə istifadəçisi deyildir, əməlindən peşmandır. İş üzrə şahid DPYİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşı X1 məhkəmə iclasında 08 may 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində xidməti vəzifəsini yerinə yetirərkən Şəxs idarə etdiyi özünə məxsus “VAZ-21101” markalı 90CL475 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 242-ci km-də hərəkətdə olarkən manevr etmə qaydalarını pozduğuna görə tərəfindən saxlanıldığını, ondan sənədlərini təqdim etməsini tələb etdiyini, lakin Şəxs ona aqressivlik göstərərək öz qanunsuz hərəkətlərini davam etdirdiyini, onun qanuni tələbinə qəsdən tabe olmadığını, buna görə əlavə kömək çağırdığını, bundan sonra onun hərəkətlərindən şübhələndiyindən onun müayinədən keçirildiyini və Şəxs narkotik vasitədən istifadə etməsinin müəyyən edildiyini, buna görə də onun Ağdaş rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verildiyini təsdiq etdi. İş üzrə şahid X2 məhkəmə iclasında 08 may 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində xidmətdə olarkən DYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşı X1 tərəfindən köməyə çağırıldığını, Şəxs “VAZ-21101” markalı 90CL475 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 242-ci km-də hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə DPYİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşı tərəfindən saxlanıldığını, onun tabesizlik göstərdiyini, Şəxs hərəkətlərindən şübhələndiklərindən onun müayinədən keçirildiyini və Şəxs narkotik vasitədən istifadə etməsinin müəyyən edildiyini, buna görə də onun Ağdaş rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verildiyini təsdiq etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə barədə 08 may 2022-ci il tarixli 551 №-li protokoldan görünür ki, Şəxs narkotik sərxoşluq olması müəyyən edilmişdir. İnzibati xəta haqqında 08 may 2022-ci il tarixli 63 №-li inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08 may 2022-ci il tarixli 17:59-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, yəni daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 08 may 2022-ci il tarixdən, saat 17:59-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxxx 1992-ci ildə Ağdaş şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində on beş gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 may 2022-ci il tarixdən, saat 17:59-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-205/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-205/2022
09.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver