Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-205/2023 19.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün baş inspektoru, polis baş leytenantı X2 oğlunun iştirakı ilə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Kəlbəcər rayonu Soyuqbulaq kəndində qeydiyyatda olan və Ağdaş rayonu Qolqəti kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 19 aprel 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, Şəxs 23 mart 2023-cü il tarixdə saat 16:45 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə etdiyi “KİA CEED MİNİK” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul edərək idarə etməyə görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün baş inspektoru, polis baş leytenantı X3 tərəfindən saxlanılmış, sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrilmiş, həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün baş inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında izah etdi ki, Şəxs 23 mart 2023-cü il tarixdə saat 16:45 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə etdiyi “KİA CEED MİNİK” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul edərək idarə etməyə görə tərəfindən saxlanılmış, sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrilmiş, orada həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə etdiyi “KİA CEED MİNİK” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 23 mart 2023-cü il tarixdə saat 16:45 radələrində idarə edərkən Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün baş inspektoru, polis baş leytenantı X3 tərəfindən saxlanıldığını, bu zaman inispektor ona qırmızı işıqdan keçdiyini bildirdiyini, o isə belə bir pozuntu etmədiyini, bundan sonra isə polis əməkdaşı onu polis bölməsinə gedərək kamera görüntüsünə baxmalı olduğunu bildirdiyini, o da etiraz etmədiyini, polis bölməsinə getdiyini, lakin polis bölməsində ona kamera görüntüsü göstərilmədiyini, narkotiklə bağlı analiz verməli olduğunu bildirdiklərini, o da etiraz etmədən analiz verdiyini, bundan sonra ona analizin nəticəsinin müsbət çıxdığını, narkotik vasitə qəbul etdiyini etiraf etsə məsələni uzatmayacaqlarını, o isə onlarla razılaşmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini, daha sonra Mingəçevir şəhərində yerləşən narkoloji disponserdə analiz verməli olduğunu bildirdiklərini, o da yenə də buna etiraz etmədən iki 2 polis əməkdaşı ilə sözügedən müəssisəyə gedərək analiz verdiyini, analizi götürən həkim ona hərəkətlərinin, danışığınmın və geyiminin qaydasında olduğunu bildirdiyini, hazırda narkotik istifadə etmədiyini, lakin 1 il müddətində nə narkotik vasitə qəbul etdiyini bildirərək tərtib etdiyi akta qol çəkməyini israr etdiyini, o da heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirərək akta qol çəkməkdən imtina etdiyini, bundan sonra DYP-nin Ağdaş rayon bölməsinə qayıtdığını, “KİA CEED MİNİK” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin sürücülük vəsiqəsi ondan alınaraq DYP-nin Ağdaş rayon bölməsində saxlanca yerləşdirildiyini, ona çıxıb getməli olduğumu bildirdiklərini, bundan sonra həqiqətin müəyyən edilməsi üçün Bakı şəhərinə gedərək bu sahə üzrə ixtisaslaşmış ən mötəbər müəssisə olan Respublika Narkoloji Mərkəzində analiz verdiyini, analiz nəticəsində onda hər hansı bir narkotik vasitə və ya pisxotrop maddə aşkar edilmədiyini, buna dair ona xx.xx.2023-cü il tarixli, 1670 nömrəli akt verildiyini, əlavə olaraq Bakı Sağlamlıq Mərkəzində analiz verdiyini, analiz nəticəsində onda hər hansı bir narkotik vasitə və ya pisxotrop maddə aşkar edilmədiyini, buna dair ona xx.xx.2023-cü il tarixli, L021453 nömrəli rəy verildiyini, məcburi köçkün olduğunu, müharibə şəraitində iki il hərbi xidmət keçdiyini, hərbi xidmətdən qayıtdıqdan sonra evə qazanc gətirmək məcburiyyətində qaldığını, avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olduğunu, hər zaman nümunəvi insan olduğunu, heç vaxt narkotik vasitə və ya pisxotrop maddə istifadə etmədiyini, heç vaxt hər hansı bir inzibati xəta, həmçinin cinayət törətmədiyini, məsuliyyətə cəlb edilmədiyini, DYP-nin Ağdaş rayon bölməsi tərəfindən barəsində tərtib edilmiş protokolun ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin 23 mart 2023-cü il tarixli 566 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktınından görünür ki, Şəxs narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. İnzibati materiala əlavə edilmiş görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün 27 mart 2023-cü il tarixli arayişindən görünür ki, BDYPİ-nin X1 yoxlanılarkən Şəxs son bir il ərzində Azərbaycan Respublikasının 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş İXP5306541 nömrəli, 23 mart 2023cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 mart 2023-cü il tarixdə saat 16:45 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə etdiyi “KİA CEED MİNİK” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni qəbul edərək idarə etməyə görə Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünün baş inspektoru, polis baş leytenantı X3 tərəfindən saxlanılmış, sürücü narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə şübhəsi olduğundan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti bölüyünə gətrilmiş, həkim narkoloq tərəfindən tibbi müayinə olunan zaman onun narkotik vasitə olan THC (marixuana) qəbul etməsi və həmin maddənin təsiri altında olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2023-cü il tarixli, 1670 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçrilməsi haqqında aktdan görünür ki, Şəxs veridiyi sidiyin test üsulu nəticəsində müayinəsi zamanı narkotik vasitələrin təsiri altında olmadığı müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı Sağlamlıq mərkəzinin xx.xx.2023-cü il tarixli, L0214553 saylı narkotik vasitələrin təyini rəyindən görünür ki, Şəxs veridiyi anlizlərin müayinəsi neqativ çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmamışdır. Onun nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 mart 2023-cü il tarixli İXP5306541 saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-205/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-205/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver