Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-207/2022 10.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1967-ci ildə Ağdaş rayonunun Aral İki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 26.03.2022-ci il tarixdə, saat 14:00 radələrində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X4 26 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana çəkməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsinin tələbini pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onlarla heç bir ədavət və düşmən münasibəti yoxdur. 26.03.2022-ci il tarixdə onun özünə məxsus “VAZ-21011” markalı, dövlət qeydiyyat nişanının sonu 765 olan avtomobil ilə yaşadığı kənddə küçə ilə idarə edib yaşadığı evə gedən zaman həmin vaxt arxadan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib arxadan onun idarə etdiyi avtomobilə yaxınlaşmış, o da idarə etdiyi avtomobili yolun kənarına sürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanından yüksək sürətlə avtomobili idarə edib sürüb getmiş, daha sonra o, özünə məxsus avtomobili idarə edib Zərərçəkmiş şəxs idarə etdiyi “Ford” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlamış və Zərərçəkmiş şəxs saxlatmışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən yerə düşən zaman Elnura yaxınlaşaraq idarə etdiyi avtomobili yüksək sürətlə idarə etməməsini söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsla onun arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşərək bir neçə dəfə onun sifət nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt həmkəndlisi Pərviz oğlu Süleyman orada olmuşdur. Sonradan səs-küyə X7 və X9 gələrək onları ayırmışlar. Onunla Zərərçəkmiş şəxs arasında olan mübahisə və dava-dalaş 26.03.20222-ci il tarixdə təxminən saat 14:00 radələrində həmkəndlisi Tahir Sadıqovun yaşadığı evin qarşısındakı küçədə baş vermişdir. Dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Onunla Zərərçəkmiş şəxs arasındakı mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs da yumruqla bir neçə dəfə onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, hərdən bir spirtli içki və narkotik vasitə qəbul edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tanıyır. Onunla heç bir ədavət və düşmən münasibəti yoxdur. X16 məxsus “Ford Tranzit” markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobili kəndin içərisi ilə sürən zaman qarşıda Şəxs idarə etdiyi göy rəngli “VAZ 21011” markalı avtomobillə onun qarşısında sağa-sola hərəkətlər etmişdir. O da idarə etdiyi “Ford Tranzit” markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobillə Şəxs idarə etdiyi avtomobili aşağı sürətlə keçib Tahir Sadıqovun yaşadığı evin qarşısında avtomobili saxlayan zaman Şəxs idarə etdiyi göy rəngli “VAZ 21011” markalı avtomobillə onun yanında saxlayaraq “sən nə üçün mənim idarə etdiyim avtomobili keçib getmisən” sözlərini söyləmişdir. O da Ayaza “mən səni sürətlə ötüb keçməmişəm” sözlərini söyləmişdir. Həmin vaxt aralarında sözlə mübahisələri yaranmışdır. Mübahisə zamanı Şəxs onun sinəsindən tutaraq yumuruqla sifət və baş nahiyəsindən bir neçə dəfə vuraraq onu döymüşdür. Həmin vaxt orada olan X5 onları birbirindən ayırmağa çalışmış, Ayazı ondan ayıra bilməmişdir. Sonradan kənardan onların davadalaşlarına bibisi oğlu X7 və X9 gələrək onları bir-birindən ayırmışlar. Şəxs kənardan daş parçasını əlinə götürərək onun ünvanına nalayiq söyüşlər söyərək əlində olan daşı ona tərəf atsa da daş parçası ona dəyməmişdir. Sonra dava-dalaş baş verdiyi yerdən ayrılaraq çıxıb getmişdir. Onunla Şəxs arasında baş vermiş dava-dalaş zamanı yanlarında həmkəndlisi X5 olmuş, səslərinə kənardan bibisi oğlu X7 və həmkəndlisi X9 gələrək onları bir-birindən ayırmışlar. Aralarında olan mübahisə və dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Onunla Şəxs arasında baş vermiş dava-dalaş zamanı o, Şəxs heç bir yerindən vuraraq döyməmiş və Şəxs heç bir xəsarət yetirməmişdir. “Ford” markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobil tanışı X8 məxsusdur. Onun həmin avtomobili idarə etməyi üçün heç bir etibarnaməsi yoxdur. Sürücülük vəsiqəsi vardır. 26.03.2022-ci il tarixdə idarə etdiyi “Ford” markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobili idarə etməyi üçün Samir Sadıqov özü ona icazə vermişdir. Buna görə də Şəxs barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X10 izahatında bildirdi ki, 26.03.2022-ci il tarixdə qonşusu Şəxs, qohumu Zərərçəkmiş şəxs döyərək sağlamlığına xəsarət yetirmişdir. Şəxs kənddə həmişə dava salır. Hər gün sərxoş olur. Danışığını bilmir. Kəndin çox insanları dava-dalaş etdiyi üçün onunla danışmır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, 26.03.2022-ci il tarixdə Ağdaş rayonu Aral İki kəndində yaşayan X10 Azərbaycan Respublikası DİN-in 102 Xidməti - Zəng mərkəzi sisteminə zəng edərək qonşusu Şəxs (içkili və narkotik aludəçisi) evinə qonaq qismində gələn Zərərçəkmiş şəxs döyülməsi, mütəmadi narahatlıq yaratmasını bildirmişdir. Həmçinin, X10 həmin tarixdə ərizə ilə Ağdaş RPŞ-yə eyni məzmunlu müraciət etmişdir. Həmçinin, Ağdaş rayon Aral Bir kənd sakini Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək 26.03.2022-ci il tarixdə təxminən saat 14:00 radələrində Şəxs onun baş, sifət və qarın nahiyələrindən vuraraq döyməsini bildirmiş, hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İşin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 21 aprel 2022-ci il tarixli, 211 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət boynun aşağı 1/3-nin arxa səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddəti 26.03.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İşin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 21 aprel 2022-ci il tarixli, 211 saylı ekspert rəyindən görünür ki, Şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşin materiallarında olan 21 aprel 2022-ci il tarixli, 250 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs analizində marixuana aşkarlanmışdır. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş 10.05.2022-ci il tarixli, MN № ******* və 10.05.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 29 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 10 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 29 aprel 2022-ci il tarixdən 10 may 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətaların sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətaların sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 (iyirmi) gün, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 (iyirmi) gün olmaqla, cəmi 1 (bir) ay 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10.05.2022-ci il tarixindən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-207/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-207/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver