Məhkəmə qərarları › İş №3(014)-209/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-209/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-209/2022 10.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Ağdaş rayonu Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 10 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 10 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 29 mart 2022-ci il tarixdə saat 02 radələrində yaşadıqları Ağdaş rayonu Orta Ləki kəndində yerləşən “Ala Qapı” adlanan yerdə şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxsnı döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 izah etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 10 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 29 mart 2022-ci il tarixdə saat 02 radələrində yaşadıqları Ağdaş rayonu Orta Ləki kəndində yerləşən “Ala Qapı” adlanan yerdə şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı təhqiqat bölməsində araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu Orta Ləki kəndində yaşadığını, Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, əvvəllər Rəhmanla onun arasında heç bir dava-dalaş və mübahisəsinin olmadığını, 28.03.2022-ci tarixdə Rəhman içkili vəziyyətdə oğlu Alimi söyüb təhqir etdiyini, bundan sonra oğlu toydan çıxaraq evinə getdiyini, həmin günü yolda Rəhman Alimin qarşısını özünə məxsus avtomobili ilə kəsdiyini, Alim Rəhmana “sən niyə mənə toy məclisində söyüş söyürdün?“ dediyini, bu zaman Rəhman Alimə “yaxşı eləmişəm” deyə söylədiyini, Alimin Rəhmanla mübahisə etmək istəmədiyini və yaşadığı evə çıxıb getdiyini, səhəri gün, yəni 29.03.2022-ci il tarixdə Rəhmanın yenidən Alimə zəng etdiyini, bu zaman Alimin telefonuna digər oğlunun cavab verdiyini, Rəhman ona Alimi yaşadıqları kənddə yerləşən “Ala Qapı” adlanan yerdə çağırdığını, Alimdə evdən çıxaraq həmin yerdə getdiyini, yenidən orada Rəhman Alimə kobud danışdığını, bu zaman Rəhmanı sakitləşdirməyə çalışdığını, lakin Rəhmanın onu və Alimi nalayiq söyüşlərlə söyüb təhqir etdiyini, buna görə oğlu Alimin iki dəfə yumruqla vuraraq Rəhmana xəsarət yetirdiyini, özü isə Rəhmanın boğazından tutaraq avtomobilinə mindirdiyini, bundan sonra Rəhmanın həmin ərazidən çıxıb getdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında əlavə olaraq izahatında Rəhmanla barışmağa cəhd etdiyini, lakin Rəhmanın onunla barışmadığını, əməlindən səmimi peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, buna görə də onun barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Ağdaş rayonu Orta Ləki kəndində yaşadığını, Alim və İbrahim Fərzəliyevlərin onun həmkəndlisi olduğunu, 28.03.2022-ci tarixdə saat 23 radələrində yaşadığı evinin qarşısında dayanan zaman Alim idarə etdiyi qəhvəyi rəngli avtomobillə ona yaxılmaşdığını, Alimin heç bir səbəb olmadan ona yaxılaşaraq üz nahiyyəsindən vurduğunu, bu zaman Alimi avtomobilində olan şəxslər ondan uzaqlaşdıraraq avtomobilə mindirdiyini, Alim avtomobilə minən zaman ona nalayiq söyüşlər söyərək, “gecə saat 02-də “Ala Qapı” yanında səni gözləyəcəm” dediyini, o da Alimə “həmin yerə tək gəl ikimiz söhbət edək” dediyini, bundan sonra yaşadığı evinə qayıtdığını, evdə baxarkən mobil telefonunun üst ekranının sındığını gördüyünü, təxminən 15 dəqiqə sonra “Ala Qapı” adlanan yerə getdiyini, bu zaman orada Alimin anası Nərgizin əmisi Həmzərin onun avtomobilinə əyləşdiyini, Həmzərlə danışdıqlarını, Həmzərin avtomobildən düşərək Alimlə birlikdə getdiyini, təxminən saat 02 radələrinə kimi Alimi orada tək gözlədiyini, bundan sonra evinə qayıtdığını, təxminən 5 dəqiqə sonra yenidən Alimə zəng etdiyini və Alimi “Ala Qapı” adlanan yerə çağırdığını, özü də evdən çıxaraq ora getdiyini, ora çatanda Alimin, atası İbrahimin, qardaşı Yasinin orada olduğunu gördüyünü, Alimə yaxınlaşaraq onu yaşadığı evin qarşısında vurması səbəbini söruşduğunu, bu zaman Alimin anası Nərgizin qaranlıq yerdən çıxaraq onlara yaxınlaşdığını, Alimin atası İbrahimin əlləri ilə onun boyun nahiyyəsindən tutaraq ona qarşı nalayiq ifadələr işlətdiyini, oğlanları Alim və Yasinə onu öldürmələrini söylədiyini, bundan sonra onun bədəninin müxtəlif nahiyyələrinə vurduğunu, sonra onu çökəklik yerə yıxdıqlarını, hər biri təpik və yumruqla onu vurduqlarını, müqavimət göstərərək yerdən qalxdığını, özünə məxsus avtomobilə mindiyini, avtomobili sürərək həmin yerdən uzaqlaşdığını, DİN-nin 102 xidmətinə zəng etdiyini, lakin telefonu sındığı üçün zəng edə bilmədiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, buna görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X2” 209 nömrəli, 30.03.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər, sol gicgah nahiyyəsinin, sağ əlin çəçələ barmağının bayır səthinin, sağ əli İV bağmağının üst səthinin, üst dodağın diş səthinin sıyrıqları, sağ bud çanaq oynağının bayır səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin, sağ diz oynağının ön səthinin, onurğa sütununun döş nahiyyəsinin qançırləri, küt alət təsirindən törənmiş törətmə müddətləri 29.03.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ruhid Yaqublunun 30 aprel 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 29 mart 2022-ci il tarixdə saat 02 radələrində yaşadıqları Ağdaş rayonu Orta Ləki kəndində yerləşən “Ala Qapı” adlanan yerdə şəxsi münasibətlər zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmasını bildirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiziya rəyi və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar