Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-209/2023 29.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomaşınla Ağdaş rayon İcra hakimiyyətinin qarşısında hərəkətdə olarkən avtomobilin şinlərindən tükürpədici səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Avtomobili yüksək sürətlə hərəkət etdirib, müxtəlif manevrlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon YPX tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində kəndçisi X3 ilə Ağdaş rayonunda “Azpetrol” YDM qarşısında görüşmüşlər. Sədi idarə etdiyi “VAZ 2106” markalı, **- RZ-*** dövlət qeydiyyat nişanlı avtamobillə, o isə idarə etdiyi “Mercedes” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə olmuşlar. Sədi avtomobili onun idarə etdiyi avtomobilin arxasınca idarə etmişdir. Onlar icra hakimiyyətinin inzibati binasının qarşısındakı, Heydər Əliyev meydanının yanında olan dairəyə gedib dayanmışlar. Söhbət etdikdən sonra avtomobilə əyləşib, cüzi qaz verib dönərək oradan getmişdir. O, avtoxuliqanlıq etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis leytenantı X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomaşınla Ağdaş rayon İcra hakimiyyətinin qarşısında hərəkətdə olarkən avtomobilin şinlərindən tükürpədici səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Avtomobili yüksək sürətlə hərəkət etdirib, müxtəlif manevrlər etmişdir. Bunu hadisəni görmüş şahidlər, hadisədən sonra həmin ərazidə çəkilmiş video görüntülər və onunla birlikdə avtomobil sürmüş şəxsin izahatları da təsdiq edir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, xx.xx.2023cü il tarixdə Ağdaş rayon İcra hakimiyyətində mühafizəçi kimi xidmətdə olan zaman iki avtomobilin yaxınlıqda olan X5 yaxınlığında sürətlə hərəkət edərək səslər çıxartdıqlarını görmüşdür. O və X6 mühafizəçi kimi xidmətdə olan Şahid2 onlara saxla işarəsi vermiş, lakin avtomobillərin sürücüləri saxlamayaraq hərəkətlərinə davam etmiş və sürüb getmişlər. Bundan sonra həmin avtomobillərin təkərlərinin izləri yerdə qalmış və növbəti gün iş saatında mühafizə etdiyi binanın rəhbərliyi həmin izləri orada görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, xx.xx.2023cü il tarixdə Ağdaş rayon X6 mühafizəçi kimi xidmətdə olan zaman iki avtomobilin yaxınlıqda olan X5 yaxınlığında sürətlə hərəkət edərək səslər çıxartdıqlarını görmüşdür. O və Ağdaş rayon İcra hakimiyyətində mühafizəçi kimi xidmətdə olan Şahid1 onlara saxla işarəsi vermiş, lakin avtomobillərin sürücüləri saxlamayaraq hərəkətlərinə davam etmiş və sürüb getmişlər. Bundan sonra həmin avtomobillərin təkərlərinin izləri yerdə qalmış və növbəti gün iş saatında mühafizə etdiyi binanın rəhbərliyi həmin izləri orada görmüşlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin materiallarında olan X1 xx.xx.2023-cü il tarixdə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində kəndçisi Şəxs ilə “Azpetrol” YDM-də görüşmüşlər. Səid idarə etdiyi “Mercedes” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, o isə idarə etdiyi “VAZ 2106” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtamobillə olmuşlar. Onlar Ağdaş rayon İcra hakimiyyətinin ərazisinə daxil olaraq, ikisi də avtomobillərini yüksək sürətlə idarə edərək, X5 arxasındakı dairəyə getmişlər. Söhbət etdikdən sonra onlar hər ikisi idarə etdikləri avtomobillərini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yol səthi ilə sürtünməsi səsləri çıxardaraq, yol səthində çoxsaylı təkər izləri buraxaraq, üzü icra hakimiyyətinin inzibati binasına qarşı hərəkətdə olmuşlar. Həmin zaman orada dayanan polis əməkdaşları qarşıya çıxaraq Səidi saxlatmaq istəmişlər, Səid isə avtomobili sürərək hərəkətinə davam etmişdir. Hər ikisi avtoxuliqanlıq etmişlər. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş royan İcra hakimiyyətinin ərazisində olan dairənin ətrafında təkərlərin yol səthi ilə sürtünməsi nəticəsində yaranmış çoxsaylı təkər izləri vardır. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, X1 izahatı, şahid izahatları, video görüntülər və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs əməlinin mahiyyətini başa düşmədiyindən və əməlindən peşman olmadığından ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixindən, saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-209/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-209/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver