Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-209/2025 17.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1997-ci ildə Goranboy rayonu, Muzdurlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işdə işləyən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 52, mənzil 79 (yeni qaydalara əsasən – Gəncə şəhəri, X11 prospekti, giriş 47, M9, M2) ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ Tağım Baş yol patrul xidmətinin inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə 21 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 20 aprel 2025-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Ağdaş rayonundan keçən hissəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq yolun səthində çox saylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-209/2025 nömrəli, 05 may 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, həbsetmənin əvvəlinin 05 may 2025-ci il tarixindən, saat 17:25-dən hesablanması, qərarın icrasının Ağdaş rayon Polis Şöbəsinə həvalə edilməsinə dair yekun qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli qərarından şikayət vermiş və inzibati xəta haqqında material şikayətlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-157/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərаr qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 05 may 2025-cü il tarixli, 3(014)-209/2025 saylı qərarı ləğv edilmiş, iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 20 aprel 2025-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Ağdaş rayonundan idarə etdiyi yük avtomobili ilə Goran rayonundan yük yükləyib Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Yevlax rayonunda yerləşən postda X8 əməkdaşı onu saxlatmış və o, maşından düşmüşdür. X8 əməkdaşı özünü təqdim etmədən ona maşını kənara çəkməsini bildirmiş və o, bunun səbəbini soruşduqda, ona “maşını kənara çək söhbət edəcəyik” deyilmişdir. X8 əməkdaşı onunla kobud rəftar etdiyi üçün o, maşını sürüb getmişdir. Bu zaman polis əməkdaşları xidməti avtomobillə Ağdaş rayonunun ərazisinədək arxasınca gəlmişlər. Ağdaş rayonu ərazisində polis əməkdaşı idarə etdiyi xidməti avtomobili onun idarə etdiyi maşının üzərinə sürmüşdür. O, buna əhəmiyyət verməyərək yoluna davam etmişdir. Polis əməkdaşları təxminən 20-30 km arxasınca gəlmişlər. Daha sonra onu Qaradağ rayonunda yerləşən X10 postunda saxlamışlar. Maşını tərəziyə qaldırması ondan tələb olunmuş və o, maşını tərəziyə qaldırmışdır. Daha sonra idarə etdiyi maşının duracağa getməli olduğu bildirilmişdir. Maşınını duracağa aparandan sonra barəsində protokol tərtib olunmuş və Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra barəsində olan inzibati xəta haqqında material baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 05 may 2025-ci il tarixli qərarı ilə ona 20 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. O, həmin qərarla razılaşmamış və apellyasiya şikayəti vermiş, şikayəti qismən təmin edilərək inzibati həbsdən azad edilmişdir. O, özünü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilmir. Barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, o, heç bir pozuntuya yol verməmişdir. Məhkəmə iclasında Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, onun idarə etdiyi maşının çəkisi yüklə birlikdə 40 ton olduğundan avtoxuliqanlıq edə bilməzdir. Yol Polisi əməkdaşı onunla kobud rəftar etdiyi üçün əsəbləşmiş və maşına əyləşərək idarə etməyə başlamışdır. O, avtoxuliqanlıq hərəkətləri etməmiş, lakin polis əməkdaşlarına “tabesizlik” göstərmişdir. Ona Yevlax şəhərində maşının duracağa yerləşdirilməsi barədə heç nə deyilməyib. Yük maşınını idarə etmək üçün lazım olan kateqoriya olmadan idarə etmişdir. Həmin yük maşınını idarə etmək üçün “E” kateqoriyası lazımdır, lakin onun B və C kateqoriyalı sürücülük vəsiqəsi var. O, 3 ay olar ki, yük maşını idarə edir. O, Yevlax rayonunda X10 postunda saxlanılmış, lakin protokol Qaradağ rayonunda yerləşən postda tərtib edilmişdir. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs DİN-in Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, 21 aprel 2025-ci il tarixdə Yevlax rayonunda yerləşən X10 postunda xidmətdə olarkən qarşıdan gələn avtomobilin sürücüsünün sürücülük hüququnun məhdudlaşdırılmasına dair məlumat gəlmişdir. Həmin məlumatın doğruluğunu yoxlamaq üçün qarşıdan gələn avtomobilin saxlamasına dair göstəriş vermişlər. Avtomobil saxlanıldıqdan sonra Elton Həmidi maşından düşərək onlara yaxınlaşmışdır. Onlar həmin şəxsin sənədlərini yoxlayarkən sürücülük hüququnun məhdudlaşdırılması məlum olmuşdur. Elton Həmidi ağır tonlajlı yük avtomobili idarə edirdi və həmin vaxt avtomobil yüklü olmuşdur. Onlar Eltona sürücülük hüququnun məhdudlaşdırıldığını bildirib, idarə etdiyi yük avtomobilini kənara çəkməsinə dair göstəriş vermişlər. Elton Həmidi avtomobili idarə etmək istəyərkən o, avtomobilin qarşısına keçərək Eltonu saxlamaq istəmiş, lakin Elton Həmidi onların sözlərinə əhəmiyyət verməyərək idarə etdiyi avtomobilə əyləşərək yoluna davam etmişdir. Bundan sonra Eltonun idsarə etdiyi yük avtomobilini təqib etməyə başlamışlar. Elton ağır tonlajlı yük avtomobili ilə yolda təhlükəli manevrlər edərək arxadan gələn avtomobillərə təhküləli şərait yaratmağa başlamış, hətta onların idarə etdikləri xidməti maşını da vurmaq istəmişdir. Elton Həmidiyə dəfələrlə saxla işarəsi verilməsinə baxmayaraq, Elton onların qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərinə davam etmişdir. Hətta Eltonun təhlükəli manevrlər etməsi xidməti avtomobilin kamerası vasitəsi ilə video qeydə alınmışdır. Artıq yolda təhlükəli vəziyyət yarandığından X9 təqib etməyərək xidməti yerlərinə geri qayıdıb bununla bağlı rəhbərliyə raportla müraciət etmişlər. Məhkəmə iclasında Şahid1 Şahid2 izahatına uyğun izahat verərək bildirdi ki, xidmətdə olarkən sənədlərin yoxlanılması məqsədi ilə Elton Həmidinin idarə etdiyi avtomobilə saxla əmri vermişlər. Elton Həmidi yük avtomobilini saxlamış və Şahid2 özünü təqdim edərək sənədlərinin yoxlanılacağını bildirmişdir. Elton Həmidi həmin vaxt narazılıq etmiş və Rauf digər avtomobil saxlanılarkən Elton Həmidi avtobili idarə edərək hərəkətə gətirmişdir. Şahid2 avtomobilin qarşısına keçərək avtomobilin saxlanılmasını Eltondan tələb etmiş, lakin Elton Həmidi polisin qanuni tələblərinə əməl etməyib polis əməkdaşının üzərinə avtomobili sürərək öz yolun davam etmişdir. Onlar dərhal xidməti maşınla Elton Həmidini təqib etməyə başlamış, dəfələrlə ondan avtomobili saxlamasını tələb etmişlər. Elton Həmidi onlara məhəl verməyərək asfalt yolda təhlükəli manevrlər edərək, ictimaiyyətin nəzərini üzərinə çəkməklə təhlükəli vəziyyət yaratmış, hətta istifadələrində olan xidməti avtomobili vurmaq istəmişdir. X9 təxminən 2-3 kilometr təqib etdikdən sonra bu barədə rəhbərliyə raportla müraciət edərək xidməti əraziyə geri qayıtmışlar. Şahid1 suallara cavab olaraq bildirdi ki, Yevlax rayonu ərazisində yerləşən post stasionar postdur və istənilən avtomobil sənədlərin yoxlanılması məqsədilə həmin postda dayandırıla bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru tərəfindən tərtib edilmiş 21 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 aprel 2025-ci il tarixdə saat 16:55 radələrində Bakı Qazax Gürcüstan yolunun Ağdaş rayonundan keçən hissəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, səlahiyyətli şəxs tərəfindən Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin mənasından belə başa düşülür ki, şəxsin həmin maddə ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi üçün mexaniki nəqliyyat vasitəsi qəflətən sürətləndirilməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izləri buraxılmalıdır. Lakin iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “Renault Premium 460 DXİ” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə YPX əməkdaşının “saxla” işarəsinə, həmçinin bununla bağlı tələbinə əməl etməyərək, hərəkətinə davam etmişdir. Həmçinin videogörüntüdən yağışlı hava şəraitində Şəxs tərəfindən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq yolun səthində çoxsaylı təkər izlərinin buraxılması müəyyən edilmir. Göründüyü kimi Şəxs idarə etdiyi “Renault Premium 460 DXİ” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmadığı və ya yolun səthində çoxsaylı təkər izləri buraxmadığı halda, onun əməli yanlış olaraq İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibаti məsuliyyət nəzərdə tutulmuşdur. Qanun normasının məzmunundаn görünür ki, şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün pоlis işçisi və yа ictimаi qаydаnın mühаfizə vəzifələrini icrа edən hərbi qulluqçu şəxsə qаrşı qаnuni tələblər irəli sürməli, inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin əməlinin polis işçisi və yа hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasına yönəlməli və subyektiv tərəfinin elementi kimi şəxs özünün əməlinin hüquqa zidd xarakterini dərk etməli, onun nəticələrini qabaqcadan görməli və həmin nəticələri arzu etməli, yəni şəxsin bu əməli qəsdən törətməsi müəyyən olunmalıdır. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən polis əməkdaşlarının o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlardan görünür ki, Bakı – Qazax – Gürcüstan sərhədi yolunun 264 km-də (Yevlax rayonunun ərazisi) yerləşən post, stasionar postdur. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Yol-Patrul Xidmətinin əməkdaşlarının Yevlax rayonu ərazisində olan stasionar postda Elton Həmidinin sürücülük vəsiqəsini və onun idarə etdiyi “Renault Premium 460 DXİ” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin texniki sənədlərini yoxlayan zaman müəyyən edilmişdir ki, Elton Həmidinin qeyd olunan yük avtomobilini idarə etmək üçün tələb olunan müvafiq kateqoriyası olmamışdır. Belə ki, Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin kateqoriyaları və altkateqoriyaları göstərilir. X7 idarə etdiyi “Renault Premium 460 DXİ” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən onun sürücülük vəsiqəsi B,C kateqoriyalı olsa da, tələb olunan E kateqoriyası olmamışdır. Bu faktı Yol Patrul Xidmətinin məhkəmədə dindirilən əməkdaşları ilə yanaşı Şəxs özü də təsdiq etmişdir. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs məxsus AC575275 nömrəli, B,C kateqoriyalı sürücülük vəsiqəsi var və 11 yanvar 2030-cu il tarixədək etibarlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yevlax rayonu ərazisində yerləşən postu stasionar postdur və həmin postda xidmət aparan Yol-Patrul Xidmətinin əməkdaşlarının Elton Həmidinin idarə etdiyi “Renault Premium 460 DXİ” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini dayandırmaq, sənədlərini yoxlamaq və Elton Həmidinin həmin yük avtomobilini idarə etmək hüququ olmadığından avtomobilin cərimə meydançasında saxlanılmalı olmasına dair tələbləri qanuni olmuş, lakin Elton Həmidi polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmayaraq yük avtomobilidi idarə edərək Yevlax rayonu ərazisində yerləşən stasionar postu tərk etmişdir. İnzibati xətalar qanunvericiliyində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin tövsif edilməsi ilə bağlı müvafiq norma olmadığından, məhkəmə hesab edir ki, bu prosessual münasibətləri tənzimləyən Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə müraciət edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu 02 noyabr 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında bu inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə olunması və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati qaydada həbs olunması, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunması nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh, həmin Məcəllənin 511.1.3-cü maddəsində nəzərdə tutulan tənbehdən daha yüngül olduğundan, Şəxs əməlinin daha yüngül tənbeh nəzərdə tutulan maddə ilə tövsif olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə uyğundur. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izаhаtını və şahidlərin ifadələrini dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs 20 aprel 2025-ci il tarixdə Yevlax rayonu ərazisində yerləşən stasionar postda “Renault Premium 460 DXİ” yük markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmək üçün tələb olunan kateqoriyası olmadığından həmin avtomobilin cərimə meydançasına yerləşdirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yevlax rayonu ərazisində yerləşən stasionar postunda xidmət aparan Yol-Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb yuxarıda qeyd edilən avtomobili idarə edərək postu tərk etmiş, bununla da o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas yoxdur. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Həmidi X3 Xətalar Məcəlləsinin 535.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilməli, həmçinin bu iş üzrə 05 may 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək inzibati qaydada həbsdə saxlanıldığı 10 (on) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və həbs müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs bu iş üzrə 05 may 2025-ci il tarixdən 15 may 2025-ci il tarəxədək inzibati qaydada həbsdə saxlanıldığı 10 (on) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 05 (beş) gün müddətə inzibati həbs tənbehi saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-209/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-209/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver