Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-21/2023 06.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 saylı, 18 mart 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, 960 (doqquz yüz altmış) manat aliment borcunu üzürlü səbəb olmadan Zərərçəkmiş şəxs ödəməmişdir. Buna görə onun barəsində 06 yanvar 2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 saylı, 18 mart 2020-ci il tarixli icra vərəqəsinin Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və xx.xx.2022-ci il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyini, icra vərəqəsinə görə Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulmalı olduğunu, icra sənədinin icrası ilə bağlı Şəxs təyin olunmuş alimenti vaxtı-vaxtında ödəməsi üçün rəsmi qaydada xəbərdarlıq edildiyini, dəfələrlə izahatının alındığını, lakin icra sənədi üzrə borclu Şəxs dörd aydır ki, aliment ödəmədiyini, buna görə onun 960 manat aliment borcunun yarandığını, Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə çağırılaraq izahatı alınaraq, ondan qalıq qalan 960 manat aliment borcunun ödənilməsinin tələb olunduğunu, lakin Şəxs tərəfindən zərərçəkmiş şəxsə olan aliment borcunun ödənilmədiyini, icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı sorğular verilsə də, icra sənədi üzrə borclunun tələbin ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlakının olmadığını, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə, icra sənədini qərəzli olaraq icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, əvvəllər alimenti vaxtı-vaxtında ödədiyini, lakin son vaxtlarda xəstə olduğuna görə işləyə bilmədiyini, maddi vəziyyətinin pisləşdiyini, buna görə də alimenti ödəyə bilmədiyini, həmin borcu ödəməməsində heç bir qərəzinin olmadığını, hazırda Ağdaş Rayon Məhkəməsinin 2(014)-517/2020 saylı, 18 mart 2020-ci il tarixli icra sənədi üzrə yığılmış 960 (doqquz yüz altmış) manat aliment borcundan 300 manatını Zərərçəkmiş şəxs ödəyə biləcəyini, qalıq qalan 660 manat borcunu isə hər ay alimenti ödəyəndə az-az ödəyəcəyinə söz verdiyini bildirdi və 300 manat pulu zərərçəkmiş şəxsə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)- 517/2020 saylı 18 mart 2020-ci il tarixli icra sənədi üzrə ona 960 manat aliment borcunun olduğunu bildirdi, lakin Şəxs ona hazırda həmin borcdan 300 manat ödədiyinə və bundan sonra da hər ay alimenti ödəyərkən borcundan az-az məbləğdə ödəniş edəcəyinə söz verdiyinə görə onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi və Ağdaş rayon İcra və Probasiya Şöbəsinin cra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 22 avqust 1989-cu ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-21/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-21/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver